Aleksander-Arnold Robertsona çatdı

8.01.2023 13:21 237
Dünya futbolu
Aleksander-Arnold 2018/19 mövsümünün startından bəri premyer-liqada 45-ci məhsuldar ötürməsini verdi.

Football-plus.az xəbər verir ki, bu müddətdə yalnız bir futbolçu – De Bruyne (51) onu qabaqlayır. “Liverpul”un digər oyunçusunun – Robertsonun hesabında da 45 ötürmə var.

Qeyd edək ki, “mersisaydlılar” premyer-liqanın 19-cu turunda “Brentford”a 1:3 hesabı ilə məğlub oldu.