“Milan” üçün yeni rekord

2.10.2023 17:53 234
Dünya futbolu
“Milan”ın 2022/23 mövsümü üçün maliyyə hesabatı açıqlanıb. Bu planda vəziyyət yetərincə normallaşıb.

İtaliya klubu son 17 ildə ilk dəfə maliyyə ilini qazancla başa vurub. Bu məlumat “Milan”ın direktorlar şurasının sentyabrın 27-də keçirilən iclasında açıqlanıb. Klubun ötən mövsümü 6 milyon avro qazancla başa vurduğu məlum olub. Maraq üçün qeyd edək ki, “Milan” 2021/22 mövsümünü 66,5 milyon avro zərərlə bitirmişdi. Klub 2006-cı ildən sonra ilk dəfə maliyyə ilində müsbət saldoya nail olub. Bu planda həmin il qeydə alınan göstəricinin təxminən 2,5 milyon avroya bərabər olduğunu da xatırladaq.

Son mövsümdə gəlirlərin ümumi məbləği 400 milyon avrodan bir qədər çox olub. Bu, “Milan” üçün yeni rekorddu. Xatırladaq ki, Stefano Pyolinin çalışdırdığı komanda 2022/23 mövsümündə A seriyasını 4-cü yerdə başa vurmuş və Çempionlar Liqasının yarımfinalına qədər irəliləmişdi.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul