• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Kürəyimi elə-belə yerə söykəməmişəm"

Premyer-liqa / Manşet

1-10-2023, 20:0

"Kəpəz" Misli premyer-liqasının 8-ci turunda evdə "Qəbələ"yə məğlub oldu - 0:1.

"Football-plus.az" xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "sarı-göylər"in baş məşqçisi Azər Məmmədov jurnalistlərin suallarını cavablandırdı. Mütəxəssisin oyunla bağlı fikirləri:

"Qarşılaşmayla bağlı danışılası çox şey yoxdu. Təəssüf ki, evdəki məğlubiyyət seriyamız davam edir. Futbolçular uduzmamaq üçün əllərindən gələni etsə də, uduzduq. "Qəbələ"ni təbrik edirəm. Sözün düzü, bizim üçün altı xallıq matç idi. Yeganə hədəfimiz rəqibə uduzmamaq idi. Məğlubiyyətə baxmayaraq, çempionat davam edir. Futbolçularıma güvənirəm. Hədəfimiz dəyişməyib. Sona qədər premyer-liqada qalmaq uğrunda mübarizə aparacıq".


- Azarkeşlər oyundan sonra yenə sizi istefaya səslədi. Sizi evdəki ardıcıl məğlubiyyətlər daha çox narahat edir, yoxsa istefa şüarları?
- Açıq deyəcəm... Məğlubiyyətlərə görə daha çox narahatıq. Bilirik ki, həqiqi "Kəpəz" azarkeşləri qələbəyə layiqdi. Həm evdəki yenilgilərə, həm də əsl azarkeşlərimizə görə nigaranıq. İstefa şüarlarına gəlincə, "Kəpəz"in hansı baş məşqçisini istefaya səsləməyiblər ki? Komandanı mənə etibar ediblərsə, başda İlqar Nadiri olmaqla hər kəsin etimadını doğrultmağa çalışacam. Bu gün reallıq odu ki, sonuncu pilləyə düşdük. Amma uğurlu nəticələr qazana bilmək üçün gücümüz var. Bir neçə matçda göstərmişik ki, biz oynamağı bacarırıq. Futbolda sabitliyə az rast gəlinir. Daha dəqiq desəm, hər komandada bu cür ağrılı periodlar olur.

- "Kəpəz" evdə daha asan məğlub edilir. Bunun xüsusi səbəbi var?
- Əlbəttə. Məncə indiyə qədər bu hər kəsin diqqətini çəkməliydi. Görürük ki, komanda səfərdə rahat çıxış edir. Bəli, azarkeşlərə ehtiyacımız var. Amma bir şey etiraf etməliyəm. Oyunun gedişində iki çox güclü təzyiq hiss edirəm. Biri komandanın premyer-liqadan düşməməsi üçün onu qoruyub-saxlamağın vacibliyi və buna uyğun addımlar atmaq, digəri isə azarkeşlərin bəzi davranışları. Oyun başlayan kimi "filankəsi əvəz et, o birini meydana sal" kimi sözlərlə qışqırırılar. Futbolçu bunu eşidir və təbii ki, özünü yaxşı hiss etmir. Eləsi var ki, uzun müddət oyununu itirir, eləsi də var ki, canına qorxu düşür. Niyyətim səhvləri azarkeşlərin üstünə atmaq deyil. Meydanda olan biziksə, məğlubuyyətin məsuliyyəti də üzərimizdədi. Ümumiyyətlə, ilk turda evdə "Neftçi"ni udmuşuqsa, deməli yenə qələbələr qazana bilərik.

- Bəziləri deyirdi ki, "Gəncənin klubunda gəncəlilər işləməlidi". Bu gün onları yanınızda görmürük. Niyə sizi meydanda tək qoyublar?
- Tək olduğumu düşünmürəm. Hər şeydən əvvəl uca Allahım var. Şükür ki, məni hər zaman diqqətdə saxlayır. Bundan başqa, "Kəpəz" rəhbərliyi və Məşqçilər korpusu da mənə dəstək olur. Hər birinin inamını hiss edirəm. Bəhs etdiklərim bu gün mənə güvənirsə, deməli kürəyimi elə-belə yerə söykəməmişəm. Əlimdən gələni edəcəm ki, komandanı premyer-liqada saxlayım. Çünki Gəncə təmsilçisi bura layiqdi. Büdcəsi az, problemi çox olsa belə "Kəpəz"in yeri elita olmalıdı. Dərk edirik ki, məqsədə çatmaq üçün səhvlərimizi daha diqqətli analiz etməliyik.

- Oyundan-oyuna "İstefa" qışqıranların sayı artır...
- Nə edə bilərik? "Kəpəz"i həqiqi sevənlərin komandanı sona qədər dəstəkləyəcəklərini bilirəm. Bəzi adamlar futbola fərqli prizmadan yanaşır. Onlar hər matç qələbə və yaxşı oyun tələb edirlər. Etiraf edək ki, bu həmişə olmaya bilər. Uzun sözün qısası, o istəklər "Kəpəz"ə aid deyil. İndiki durumda hər qarşılaşma fərqli ab-havada keçir. Oyunlar eyni alınmır.

- 9-cu turda "Sumqayıt"la səfərdə qarşılaşacsız. Gəncədəki azarkeşlərin çoxu orda olmayacaq. Yəqin ki, əlavə təzyiq hiss etməyəcəksiz. Bu oyun haqda nə düşürsüz?
- Yenə deyirəm, komandamın üzərində təzyiq olmayanda xallar götürə bilirik. Çalışacıq ki, yenə bunu bacaraq.

- Gəncə şəhər stadionunun söküləcəyi haqda xəbərlər yayılıb. Başqa stadionda köçəcəksiz?
- Bu suala dəqiq cavab verə bilməyəcəm. Doğrusunu aidiyyatı orqanlar bilər. Məndə olan məlumata görə, rəsmi şəxslər gəlib stadionu gözdən keçirib. Məncə stadionun sökülüb yerinə yenisinin tikilməsi daha yaxşı olar. Matçların başqa stadionda keçirilməsinə gəlincə, qətiyyən Bakıda məskunlaşmaq istəmərəm. Qəbələ daha əlverişlidi. Həm təbii örtüklü meydançasının olması, həm orda çox oyun keçirdiyimizdən mühitə adaptasiya olmağımız bizə üstünlük qazandırar.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

21-04-2023, 19:0

"Komandamız premyer-liqada qalmağa layiqdi"

Premyer-liqa / Manşet

24-09-2023, 20:0

"Mən qorxaq adam deyiləm"

Premyer-liqa / Manşet

3-09-2023, 19:0

"Bu, bizim üçün siqnal olmalıdı" - Azər Bağırov

Premyer-liqa / Manşet

1-09-2023, 22:0

“Hədəfimiz “Turan Tovuz”u iddialı etməkdi”

Premyer-liqa

9-09-2022, 20:0

"Kəpəz”də olan dəyişikliklərdən sonra sürprizlə qarşılaşa bilərdik" - Ayxan Abbasov

Premyer-liqa / Manşet

3-09-2023, 20:0

"Hər şeyə rəğmən mövsüm yeni başlayıb" - Azər Məmmədov

Aktual
Odur, özüdür ki var, Mixaylodur! - gecə lövhəsi
“Sabah”, “Neftçi”, “Turan Tovuz”! - ...bu üç klubdan biri Elvin Cəfərquliyevi ala bilər
"Qəbələ" legionerlərə xərclədiyi pulu yerlilərdən çıxarıb! - maraqlı statistika
"Zirə" sabah Özbəkistan komandası ilə qarşılaşacaq
"Millerin indiyəcən meydana çıxmaması da o qədər də üzücü deyil" - Anar Şabanoğlu Kanadada gördüklərini anlatdı
18 gedən, 4 gələn... – “Şamaxı”da durğunluğun səbəbi nədi?
Son xəbərlər
  • Bu gün, 01:09
    1/16 final cütlərindən beşi bəllidi!
  • Bu gün, 01:02
    Fransa Norveçi, Seneqal İraqı darmadağın etdi - DÇ gecəsi
  • Bu gün, 00:54
    Odur, özüdür ki var, Mixaylodur! - gecə lövhəsi
  • Dünən, 23:50
    “Zirə”nin taleyini fin və macar müəyyənləşdirəcək
  • Dünən, 22:40
    "Neftçi" Tuptanı tapdı
  • Dünən, 22:00
    Romadan Berqamoya üz tutdu
  • Dünən, 21:27
    “Sabah”, “Neftçi”, “Turan Tovuz”! - ...bu üç klubdan biri Elvin Cəfərquliyevi ala bilər
  • Dünən, 20:57
    "Sabah"ın "Nyu Seynts"ə qarşı matçlarının hakimləri
  • Dünən, 20:26
    Mançesterdən Madridə yollandı
  • Dünən, 19:51
    ABŞ-nin məşqçisi nədən narazı qaldı? - ''Sanki Türkiyə davam edir, biz evə qayıdırıq''
  • Dünən, 19:20
    Vaci ilə yeni müqavilə
  • Dünən, 18:59
    Təntənəli çəkiölçmə mərasimi baş tutdu -UFC Bakı
  • Dünən, 18:27
    "Qarabağ"ın yeni futbolçusundan paylaşım
  • Dünən, 17:56
    "Qəbələ" legionerlərə xərclədiyi pulu yerlilərdən çıxarıb! - maraqlı statistika
  • Dünən, 17:29
    Elman Himayətoğlunun vəzifəsi artırıldı
  • Dünən, 16:58
    Bəhlulun durumuyla bağlı son xəbər - yaşıl meydana nə vaxt qayıdacaq?
  • Dünən, 16:37
    Karyerasını başa vurdu
  • Dünən, 16:16
    "Zirə" sabah Özbəkistan komandası ilə qarşılaşacaq
  • Dünən, 15:59
    Cüdoçumuz bürünc medal qazandı
  • Dünən, 15:28
    ''Fənər''in sabiq baş məşqçisi Türkiyədə saç əkdirdi
  • Dünən, 14:57
    Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti oldu
  • Dünən, 14:36
    "Səbail"dən daha bir transfer
  • Dünən, 14:15
    Aparıbsansa, oynat! Oynatmırsansa, niyə aparıbsan? - Kristiansen Millerin taleyi ilə oynayır...
  • Dünən, 13:58
    Vernidub daha iki il "Neftçi"də
  • Dünən, 13:16
    "Millerin indiyəcən meydana çıxmaması da o qədər də üzücü deyil" - Anar Şabanoğlu Kanadada gördüklərini anlatdı
  • Dünən, 12:56
    Türkiyə mundialı qələbə və ilklərlə tərk etdi!
  • Dünən, 12:25
    Ölkəmizi ÇL-də iki klub təmsil edəcək
  • Dünən, 11:54
    18 gedən, 4 gələn... – “Şamaxı”da durğunluğun səbəbi nədi?
  • Dünən, 11:23
    Romadan Milana üz tuta bilər
  • Dünən, 10:52
    Parisi tərk edəcək
  • Dünən, 10:31
    Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
  • Dünən, 10:00
    İdmançıların rəsmi çəkiölçmə mərasimi keçirildi - UFC Bakı
  • Dünən, 09:59
    Türkiyənin heç nəyə yaramayan qələbəsi... - DÇ səhəri
  • Dünən, 02:05
    Ekvador Almaniyanı məğlub etdi! - DÇ gecəsi
  • Dünən, 00:00
    Ramiz Məmmədovun taleyi iclasda müəyyənləşəcək
Daha çox
Oxunub: 308
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 296
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
Oxunub: 284
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 264
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 261
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 217
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə