Məmmədyarovun bacarmadığını Məmmədov bacardı

29.09.2023 00:30 272
İdman
Şahmatçılarımız Şəhriyar Məmmədyarov və Rauf Məmmədov “Al Cup” beynəlxalq turnirində növbəti oyunlarını keçiriblər.

“Football-plus.az” xəbər verir ki, 1-ci divizionda mübarizə aparan Məmmədyarov yarımfinalda fransalı Maksim Vaşye-Laqravla 1:3 uduzub.

Rauf isə 3-cü divizionun 1/4 finalda perulu Xose Martinesi 2:1 hesabıyla məğlub edib. O eyni nəticə ilə yarımfinalda amerikalı Ray Robsondan üstün olub. Məmmədov finalda İsrail təmsilçisi Yevgeni Alekseveyvlə qarşılaşacaq.