"Zirə" - "Neftçi" matçından sonra qəsəbəyə gəlmiş qonaq fanatlar "ağ-qaralar"ın futbolçusu Yuri Matiası yanına çağıraraq 5-6 dəqiqə ona iradlarını bildirdilər. Sonra isə legioner futbolçunun adını səsləndirməklə ona dəstək nümayiş etdirdilər.
Məsələylə bağlı daha detallı məlumat almaq üçün klubla azarkeşlər arasında əlaqələndirici Aqil Məmmədquliyevdən fikir öyrəndik:
"Komandamızın hazırkı vəziyyəti və nəticələri hamını narahat edir. Azarkeşlərimiz, təbii ki, narazıdı. Ona görə də Yuri Matiası yanlarına çağırmaqla iradlarını bildirdilər. Daha sonra paltardəyişmə otağından çıxdıqdan sonra kapitan Emin Mahmudovla da söhbətləşərək nəticələrdən narazı olduqlarını bildirdilər. Hər iki futbolçu fanatlarımıza söz verdi. Onlar komandanın daha yaxşı çıxış etməsi üçün əllərindən gələni edəcəklərini vurğuladılar. "Neftçi"yə inamımız böyükdü. Düşünürəm ki, toparlanmaq üçün komandaya vaxt verilməlidi".
ABDULLA İSMAYILOĞLU