"Məğlub olsaq da, yaradıcı futbol sərgilədik"

28.09.2023 14:12 239
Aktual / Premyer-liqa
"Səbail" - "Araz-Naxçıvan" matçında qonaqlardan Orxan Əliyev yüzfaizlik qol imkanından yararlana bilmədi.

Futbolçu əvəzlənəndən sonra ehtiyat oyunçular skamyasının yanındakı oturacaqda əyləşərək əsəbini soyutmağa çalışırdı. Komandanın məşqçilər korpusundan Rail Məlikov Orxana yaxınlaşaraq ona təsəlli verdi. Bu dəstəklə bağlı yığmamızın sabiq üzvündən reaksiya öyrəndik:

"Bayıla yaxşı nəticə üçün gəlmişdik. Uğurumuzu davam etdirmək istəyirdik. Amma alınmadı. Məğlub olsaq da, yaradıcı futbol sərgilədik. "Səbail" səfərindən xalsız qayıtdıq. Amma nikbinik. Biz tək Orxan Əliyevə yox, bütün futbolçularımıza qayğıyla yanaşırıq. Yetirmələrimizlə bağlı başlıca qayda belədi: "udanda yox, uduzanda birlikdə olmalıyıq".


ABDULLA İSMAYILOĞLU