Basketbolumuzun ulduzu ABŞ-a gedir

28.09.2023 13:09 429
Aktual / İdman
Ölkəmizin gənclərdən ibarət basketbol yığmasının üzvü Hüseyn Qaflanov bu gün ABŞ-a yollanacaq.

Belə ki, 15 yaşlı oyunçu Basketbol Federasiyasının dəstəyi ilə bir il müddətində Cənubi Kaliforniya Akademiyasında (SCA) təhsil alacaq və basketbol üzrə hazırlıq kurslarını keçəcək. Burda peşəkar yerli mütəxəssislər tərəfindən elit bacarıq təlimləri ilə yanaşı, atletik keyfiyyətlərin və sağlamlıq performansının artırılmasına dair proqramlar da tətbiq olunacaq. Bununla bağlı gənc basketbolunun özü ilə əlaqə saxladıq:

“Federasiya gələcək inkişafım üçün bu addımı atdı. Quruma təşəkkürümü bildirirəm. Orda potensialımı tam aça bilərəm. Maliyyə məsələsində həm bizim federasiya, həm də təhsil alacağım akademiya yardım göstərəcək”.


Qaflanov məhz özünün seçilməsini isə belə izah etdi:

“Son Avropa çempionatında özümü yaxşı tərəfdən göstərdim. Buna görə də federasiya mənə bu şansı yaratdı. Məqsədim yaxşı basketbolçu kimi yetişmək və millinin əsas oyunçusu olmaqdı”.


CAVİD ƏLİYEV