“Gələcəkdə yenə hansısa klubun sözçüsü olacağım istisna deyil” – Gündüz Abbaszadə

27.09.2023 14:33 258
Aktual / Ölkə futbolu
Uzun fasilədən sonra Gündüz Abbaszadəni ölkə çempionatının oyunlarını şərh edən gördük.

Bəs onun üçün klub karyerası bitdimi, yoxsa gələcəkdə yenə onu hansısa klubun mətbuat katibi vəzifəsində görəcəyikmi?

Gündüz Abbaszadə “Football-plus.az”ın sualına belə cavab verdi:

"Bu vaxta kimi "Qarabağ" daxil üç klubun mətbuat katibi vəzifəsində olmuşam. Ona görə deməzdim ki, klub karyeram bitib. Gələcəkdə yenə hansısa klubun sözçüsü olacağım istisna deyil. Amma şərhçilik əsas işim, peşəmdi. Hətta "Qarabağ"da çalışdığım vaxtlarda da İtaliya A seriyasının, ÇL-ın, Avropa Liqasının oyunlarını şərh edirdim. Amma 2 il 7 ay idi Misli premyer-liqasında matç şərh etmirdim. Son turda bu fasilə bitdi".


ABDULLA İSMAYILOĞLU