Bölgə təmsilçisində şok itki - ÖZƏL

26.09.2023 20:13 373
II liqa / Manşet
2-ci liqada çıxış edən "Kür-Araz" dünən "Kürmük Qax"a 6:3 qalib gəldiyi matçda ciddi itki ilə üzləşib.
"Football-plus.az"ın əldə etdiyi məlumata görə, İmişli təmsilçisinin 33 yaşlı futbolçusu Cavid İmamverdiyev zədələnib. Sözügedən görüşdə het-trik edən millinin üzvünün ayağının arxa əzələsi dartılıb. O, böyük ehtimalla gələn tur "Cəbrayıl"la matçı buraxacaq.

Qeyd edək ki, Cavid İmamverdiyev 2-ci liqada 4 tur ərzində 4 dəfə rəqibləri məyus edib.

CAVİD ƏLİYEV