Günün əvvəlində “Qarabağ”ın rəsmi “qarabagh.com” saytında bəzi səhvlər var idi.
Belə ki, turnir cədvəli düzgün tərtib edilməmiş, bəzi klubların köhnə loqoları göstərilmişdi. Əvvəlcə bunları sübut edən ekran görüntüsüə nəzər salaq.
“Football-plus.az” olaraq, bununla bağlı “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevə müraciət etdik. O, problemin tezliklə aradan qaldırılacağını dedi. Beləliklə, sayt aşağıdakı kimi yeniləndi.
Düzdü, indi də bəzi səhvlər var. Məsələn, “köhlən atlar” PFL-in saytında turnir cədvəlində 3-cü, klub tərəfindən isə 2-ci sırada göstərilib. Halbuki indiki mərhələdə top fərqi əsas götürüldüyündən “Qarabağ” 3-cü pillədə olmalıdı. Bu arada Anar bəy tezliklə klubun yeni saytının istifadə veriləcəyini dedi. Ümid edirik ki, həmin platformada belə səhvlərə yol verilməyəcək.
KƏNAN BAHADIR