“Atletiko”nun iki zədəli oyunçusu zədəsini sağaldıb.
"Football-plus.az" xəbər verir ki, Memfis Depay və Koke komanda ilə məşqlərdə iştirak ediblər. Onların bu gün keçiriləcək Madrid derbisində “Real”a qarşı matçda iştirak edə biləcəkləri xəbər verilib. Rodriqo de Paul ilə Pablo Barrios isə hələ də zədədən sonra bərpa prosesi keçirlər.
“Atletiko” - “Real” matçı saat 23.00-da başlayacaq.