• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Brayton” ingilislərə 29 il əvvəlki “Blekbern”i xatırlatdı

Avropa Liqası

24-09-2023, 15:0

Sentyabrın 21-də Avropa Liqasının (AL) 2023/24 mövsümünün qrup mərhələsinə start verildi. Beləliklə, qitənin “ikinci dərəcəli” klub turnirində əsas mərhələnin həyəcanı yaşanmağa başladı!

"Football-plus.az" xəbər verir ki, cari mövsüm də son illər qüvvədə olan format əsasında keçiriləcək. Başqa sözlə, AL-in qrup mərhələsində yenə 32 iştirakçının mübarizəsinə şahidlik edəcəyik. Sıralarında “Qarabağ”ın da olduğu 10 komanda (Qarabağ, Ayaks, Şerif, Yunion, Sparta, Həkken, LASK, Aris, Slaviya, Olimpiakos) turnirin pley-off mərhələsinin qalibləri, 6-sı (Panatinaikos, Reyncers, AEK, Molde, Rakuv, Makkabi H) Çempionlar Liqasının pley-off mərhələsinin məğlublarıdı. 16 komanda (Vest Hem, Frayburq, TSÇ, Marsel, Brayton, Betis, Atalanta, Sportinq, Şturm, Liverpul, Tuluza, Vilyarreal, Renn, Roma, Servett, Bayer-04) isə AL-in qrup turnirinə birbaşa vəsiqə qazanıb. Bu mərhələdə, 21 ölkə müxtəlif sayda komanda ilə təmsil olunub. İngiltərə, Fransa, Yunanıstan qruplara daha çox sayda - 3 komanda çıxarıb. Almaniya, İtaliya, İspaniya, Avstriya və Çexiya hərəyə 2 klubla təmsil olunarkən, Azərbaycan, Niderland, Portuqaliya, Şotlandiya, Cənubi Kipr, Belçika, Polşa, Serbiya, İsrail, Moldova, İsveçrə, İsveç və Norveçin daxil olduğu 13 ölkənin azarkeşləri dekabrın ortalarına qədər bir yerli komandaya görə həyəcan yaşayacaqlar. Türkiyə, Xorvatiya, Ukrayna, Rumıniya, Bolqarıstan, Slovakiya, Macarıstan və Danimarka kimi ölkələrin qrup mərhələsində təmsil olunmadığını xüsusi vurğulamalıyıq. Rusiya klubları isə ümumiyyətlə, cari avrokubok mövsümündə iştirak etmirlər. Çünki Rusiyanın Ukraynaya hərbi təcavüzü UEFA-nı 2022-ci ilin mayında şimal qonşumuzun komandalarının qitə kuboklarının ötən mövsümündə iştirakına qadağa qoymağa vadar edib. Təcavüz davam etdiyindən bu qadağa qüvvədə qalır.

Bu yerdə reqlamenti də xatırladaq. İştirakçılar 8 qrupda ikidövrəli sistemlə mübarizə aparacaqlar. Qrupların qalibləri olacaq 8 komanda birbaşa 1/8 finalda oynamaq huququ qazanacaq. İkinci yeri tutacaq komandalar AL-in 1/8 finalına vəsiqə qazanmaq uğrunda Çempionlar Liqasının qruplarını 3-cü yerdə başa vuracaq iştirakçılarla pley-off oyunları keçirəcəklər. Qrup üçüncüləri isə Konfrans Liqasının qruplarında mübarizəni 2-ci yerdə bitirəcək klublarla bu turnirin 1/8 finalda oynamaq huququ uğrunda oyunlarda qarşılaşacaqlar.

1-ci turda qeydə alınan nəticələrə gəlincə, 16 matçın hamısında hesabın açılması diqqəti ilk növbədə cəlb edir. Başqa sözlə, startda qolsuz “sülh” qeydə alınmadı. Ən məhsuldar oyun isə Niderlandda baş tutdu. B qrupunun “Ayaks” – “Marsel” matçında qapı torları 6 dəfə silkələndi: dramatik keçən duel 3:3 hesabı ilə nəticələndi.

Qitənin bəzi aparıcı liqalarının təmsilçiləri qrup turnirinə uğursuz başladılar. “Brayton”un öz meydanında AEK-ə (Yunanıstan) 2:3 hesabıyla uduzması diqqəti cəlb edən nəticə oldu. Hazırda premyer-liqada 5 oyuna 12 xalla 5-ci yerdə olan Roberto De Zerbinin komandası avrokuboklara məğlubiyyətlə başladı. Qeyd edək ki, “qağayılar” 1994/95 mövsümündən başlayaraq qitə kubokunun debüt oyununda uduzan ilk İngiltərə klubudu. 29 il əvvəl “Blekbern” beynəlxalq kampaniyaya “Trelleborq”a məğlubiyyətlə (0:1) start vermişdi. Maraq üçün AEK-in 1977-ci ildən sonra İngiltərə klubuna ilk dəfə qalib gəldiyini də bildirək.

İspaniyanın hər iki klubu da qrup mərhələsinə məğlubiyyətlə başladı. “Reyncers” Şotlandiyada “Betis”i bir, “Panatinaikos” isə Yunanıstanda “Vilyarreal”ı iki cavabsız qolla üstələdi. “Vilyarreal”ın turnirin 2020/21 mövsümünün qalibi olduğunu xatırladaq.

Sevindiricidi ki, yeganə təmsilçimiz “Qarabağ” Bakıda “Molde”nin qapısından bir cavabsız top keçirməklə qrup mərhələsinə qalib kimi başladı. Azərbaycanın son çempionunun yarışdığı H qrupunda keçirilən digər matçın nəticəsi gözlənilən kimi oldu. Almaniyada “Həkken”ni 4:0 hesabıyla məğlub edən “Bayer-04” matçın nəticəsini praktiki olaraq ikinci hissənin ortalarında müəyyən etdi. Leverkuzenlilərin bundesliqada ilk 4 turdan sonra 10 xal toplamaqla “Bavariya” ilə şərikli liderliyə nail olduqlarını da bildirək. “Qarabağ”növbəti turda İsveçdə “Həkken”nin qonağı olacaq.

Sonda postsovet məkanından olan daha bir komandanın nəticəsini də diqqətinizə çatdırırıq. Moldovanın dəyişməz çempionu olan “Şerif” evdə turnirin son finalçısı “Roma”ya uduzdu (1:2).

qrup mərhələsi, 1-ci tur
A qrupu
Vest Hem (İngiltərə) - TSÇ (Serbiya) 3:1
Petroviç, 66-öz qapısına. Kudus, 70. Souçek, 82 – Staniç, 48.
Vest Hem: Fabianski, Oqbonna, Kressuell (Emerson, 46), Kerer, Mavropanos, Uord-Prouz, Fornals (Antonio, 65), Paketa (Korne, 86), Kudus, İnqz (Souçek, 77), Benrahma.

Olimpiakos (Yunanıstan) - Frayburq (Almaniya) 2:3
Əl-Kaabi, 40; 75 – Şolloi, 9. Qrifo, 45+7-p. Filipp, 86.
Frayburq: Atubolu, Kübler, Ginter, Linhart, Şmidt (Sildilia, 55), Höfler, Qrifo (Veyshaupt, 76), Eqqeştayn, Şolloi (Filipp, 76), Doan (Adamu, 90+2), Höler (Keyter, 90+2).
Növbəti turun oyunları oktyabrın 5-də keçiriləcək: Frayburq - Vest Hem, TSÇ – Olimpiakos.

B qrupu 
Ayaks (Niderland) - Marsel (Fransa) 3:3
Borjeş, 9. Berqheys, 20. Teylor, 52 – Kloss, 23. Obameyanq, 38; 78.
Marsel: P.Lopes, Kloos, Mbemba, Jiqo, Lodi (Balerdi, 84), Kondoqbia (Vitinya, 65), Ronjye, Harit (Muqe, 79), Unahi, Obameyanq (Korrea, 79), Ndiaye (Veretu, 65).
Brayton (İngiltərə) - AEK (Yunanıstan) 2:3
Joao Pedro, 30-p.; 67-p. – Sidibe, 11. Qaçinoviç, 40. Ponse, 84.
Brayton: Stil, Estupinyan, İqor, Van Hekke, Milner (Lempti, 55), Qross, Març, Gilmor (Buonanotte, 86), Mitoma (Adinqra, 86), Fati, Joao Pedro (Uelbek, 82).
5 oktyabr: Marsel – Brayton, AEK – Ayaks.

C qrupu
Reyncers (Şotlandiya) - Betis (İspaniya) 1:0
Sima, 68.
Betis: Bravo, Pesselya, Bartra, Belyerin, Abner, İsko (Diae, 88), Roka, G.Rodriges, İqlesias (Villian, 88), Ezzalzuli (Rodri, 72), Luis Enrike (Peres, 72).
Sparta (Çexiya) - Aris (Cənubi Kipr) 3:2
Kreyçi, 20; 25. Vitik, 67 – Kokorin, 11-p. Babika, 90.
5 oktyabr: Betis – Sparta, Aris – Reyncers.

D qrupu
Atalanta (İtaliya) - Rakuv (Polşa) 2:0
De Ketelare, 49. Ederson, 66.
Atalanta: Musso, Toloy, Cimşiti, Zappakosta (Holm, 76), Skalvini, Rucceri, De Roon (Ederson, 62), Koopmeyners, De Ketelare (Bakker, 90+2), Muriel (Mirançuk, 62), Lukmen (Paşaliç, 72).
Şturm (Avstriya) - Sportinq (Portuqaliya) 1:2
Bevinq, 58 – Dyekereş, 76. Diomande, 84.
5 oktyabr: Sportinq – Atalanta, Rakuv – Şturm.

E qrupu
LASK (Avstriya) – Liverpul (İngiltərə) 1:3
Fleker, 14 – Nunyes, 56-p. Dias, 63. M.Salah, 88.
Liverpul: Kelleher, Van Diyk, Simikas, Konate (Matip, 82), Endo (Mak Allister, 61), Qravenberx (M.Salah, 74), Elliott, Bayçetiç (C.Qomes, 61), Dias, Nunyes, Doak (Soboslai, 61).
Yunion (Belçika) - Tuluza (Fransa) 1:1
Amura, 69 – Dallinqa, 45+3-p.
5 oktyabr: Liverpul – Yunion, Tuluza – LASK.

F qrupu
Panatinaikos (Yunanıstan) - Vilyarreal (İspaniya) 2:0
Yannidis, 38. Şporar, 78.
Vilyarreal: Reyna, Femenya, Mandi, Qabbya, Kapue, D.Suares (Pino, 29), Trigeros (Moreno, 61), Pedrasa, Komesanya (Parexo, 61), Morales (Baena, 77), Brereton (Sörlot, 61).
Renn (Fransa) - Makkabi (Hayfa, İsrail) 3:0
Blyas, 1. Trüffer, 31. Yıldırım, 56.
Renn: Mandanda, Omari, Teate, Trüffer, Assinyon, Matiç (Santamariya, 69), Burijo, Blyas (Lamburd, 83), Due, Yıldırım (Quiri, 70), İ.Salah (Rider, 73).
5 oktyabr: Vilyarreal – Renn, Makkabi H – Panatinaikos.

G qrupu
Şerif (Moldova) - Roma (İtaliya) 1:2
Tovar, 57 – Paredes, 45+4. Lukaku, 65.
Roma: Svilar, Lyorente, Karsdrop, Mançini, Ndika, Kristante, Sanşeş (Paredes, 28), Auar (Bove, 61), Zalevski (Spinatsola, 61), Əl-Şaaravi (Dibala, 61), Lukaku (Belotti, 80).
Servett (İsveçrə) - Slaviya (Çexiya) 0:2
Masopust, 32. Oqbu, 59.
5 oktyabr: Roma – Servett, Slaviya – Şerif.

H qrupu
Bayer-04 (Almaniya) - Həkken (İsveç) 4:0
Virts, 10. Adli, 16. Bonifas, 66. Hofmann, 70.
Bayer-04: Kovarj, Qrimaldo, Tapsoba (İnkapye, 72), Ta, Stanişiç, Caka (Andrix, 78), Tella (Hofmann, 72), Palasios, Virts (Frimponq, 72), Adli, Bonifas (Qlojek, 71).
Həkken: Abrahamsson, Hovland, Sandberq (Totland, 76), Lunddal Fridriksson, Ousu (Hammar, 76), Riqaard, Samuel Qustafson, Simon Qustafson (Hrstiç, 71), Amane (Dabo, 71), Layuni, Çilufya (Sonko, 71).
QARABAĞ (AZƏRBAYCAN) - Molde (Norveç) 1:0
Leandro Andrade, 56.
5 oktyabr: Molde - Bayer-04, Həkken – QARABAĞ.

Bombardirlər: Joao Pedro (Brayton), Kreyçi (Sparta), Obameyanq (Marsel), Əl-Kaabi (Olimpiakos) - 2.

Paylaş:
Digər xəbərlər

Avropa Liqası

17-09-2023, 18:0

Avropa Liqası, 2023/24 mövsümü - TƏQVİM

Avropa Liqası

1-09-2023, 10:0

Avropa Liqasının qrup mərhələsinin bütün iştirakçıları

Avropa Liqası

1-09-2023, 16:0

Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb

Avropa Liqası

7-08-2023, 10:0

Avropa Liqası: "Qarabağ"ın pley-off mərhələsindəki mümkün rəqibi bilinəcək

Avropa Liqası

2-09-2023, 17:0

Mahirin komandası mübarizəni dayandırdı - ŞƏRH

Avropa Liqası

26-08-2023, 16:0

"Qarabağ” və “Şerif” qrupda oynamaq şansını artırdı

Aktual
“Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
“Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
“Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
“İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
Son xəbərlər
  • Bu gün, 18:15
    “Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
  • Bu gün, 17:44
    Almaniyaya qayıtdı
  • Bu gün, 17:13
    Gözlənilən aqibətlə üzləşdi
  • Bu gün, 16:42
    Niderlandda qərar tutdu
  • Bu gün, 16:11
    Messi həm də dünya çempionatının antirekordçusudu!
  • Bu gün, 15:40
    ''Fənər''in sabiq üzvü ''Qalatasaray''a gələsi olmadı?
  • Bu gün, 14:48
    ''Beşiktaş'' bir gündə həm qalib gəldi, həm də məğlub oldu
  • Bu gün, 14:17
    ''Lill'' daha bir türkiyəli futbolçu transfer etdi
  • Bu gün, 13:48
    “Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
  • Bu gün, 13:17
    Belçika İspaniyanın seriyasına son qoysa da... - Merino yenə qəhrəmana çevrildi
  • Bu gün, 12:47
    Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
  • Bu gün, 12:15
    “Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
  • Bu gün, 11:44
    "Qarabağ" 59-cu sıradadı, bəs, başqaları? - UEFA reytinqi
  • Bu gün, 11:15
    Bakıda IBA Çempionlar Gecəsi keçirilib
  • Bu gün, 10:45
    “Sabah”, “Qarabağ” və “Zirə” rəqiblərə işgəncə verib – bu gün ağa bizik!
  • Bu gün, 10:23
    "Komandanın vəziyyəti – həm fiziki, həm də mental cəhətdən yaxşıdı” - Yuri Vernidub
  • Bu gün, 10:06
    Girassi ''Fənərbaxça''ya gələsi olmadı
  • Bu gün, 09:52
    Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
  • Bu gün, 01:03
    İspaniya da yarımfinala çıxdı - DÇ gecəsi
  • Dünən, 23:58
    “İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
  • Dünən, 22:46
    "Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 22:30
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:45
    Florensiyanı tərk etdi
  • Dünən, 21:04
    “Torpedo”nun zəif nöqtələrini yaxşı təhlil etmişdilər" - Sumqayıtdakı darmadağını şərtləndirən səbəblər nədi?
  • Dünən, 20:46
    MS-ni tərk edə bilər
  • Dünən, 19:35
    "Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
  • Dünən, 19:00
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:30
    Avrokuboklarda ən uğurlu həftə
  • Dünən, 17:57
    Keyta ilə bağlı müəmma - “müqavilə müddətini uzadandan sonra dönə bilməyəcəyini dedi”
  • Dünən, 17:30
    Okan Buruk Terimin bu rekordunu yeniləmək üzrədi
  • Dünən, 16:58
    Millimizin üzvü dünya reytinqində liderdi
  • Dünən, 16:31
    "Araz-Naxçıvan"da braziliyalı qapıçı
  • Dünən, 16:17
    "Bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm" - Elvin Cəfərquliyev
  • Dünən, 16:00
    Ramiz Məmmədov "Karvan-Yevlax"ın baş məşqçisi oldu
  • Dünən, 15:30
    Zubirin qolu yubileylə əlamətdar oldu
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 135
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Oxunub: 135
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 133
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə