• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Tural Piriyev: "Kəpəz"in avtobus məsələsinin yaxın zamanda həll ediləcəyini düşünürəm" -MÜSAHİBƏ

Manşet / Müsahibə

22-09-2023, 13:0

Futbolun İnkişaf Fondu (FİF) 2023/24 “futbol ili”ndə bir çox layihənin icrasını planlaşdırır. Qurumun sosial şəbəkə hesabına göz gəzdirərkən bunun şahidi oluruq.

Artıq görüləcək bir çox işin anonsu verilib və bu yöndə ilkin addımlar atılıb. Qeyd olunanlarla bağlı ətraflı bilgi almaq məqsədiylə FİF-in icraçı direktoru Tural Piriyevlə əlaqə saxladıq. Onunla söhbətdə bir çox klub azarkeşinin maraqlandığı suallara cavab tapdıq.

- Sentyabrda İmişli, Şəmkir, Saatlı, Zaqatala, Mingəçevir kimi rayonlara səfər edib, ordakı durumla tanış olmusuz. Oralarda hansı işlər görülüb və ya görülməsi planlaşdırılır? Xüsusi çatışmazlıqlar nəzərə çarpırmı?
- Hər bölgədə fərqli işlər görürük. Çalışmalar Zaqatala və Şəmkirdə oxşar formatda irəliləyir. Bu rayonlarda yerli icra hakimiyyətinin dəstəyilə görüşlər təşkil olunur və əhali planlar, məqsədlər haqda məlumatlandırılır. “Zaqatala” və “Şəmkir” klublarına strategiyanın formalaşdırılması, strukturun təkmilləşdirilməsi, fəaliyyət gəlirlərinin artırılması, xüsusilə oyun gününün təşkili ilə bağlı dəstək göstəririk. İndiyə qədər yerli sahibkarlarla ilkin əlaqə yaratmağı bacarmışıq. Onlarla sponsorluq təkliflərini, kiçik və orta sahibkarları hədəfləyən "biznes klub" formatını müzakirə edirik. “İmişli”yə gəlincə, bizim vasitəmizlə baş sponsor cəlb ediləndən sonra işləri daha yaxşı gedir. Hazırda sponsorun dəstəyi ilə klubun infrastruktur işləri tamamlanmaq üzrədi. Həmçinin “İmişli”nin inkişaf strategiyasının hazırlanmasına da kömək etdik. Son səfər zamanı İcra Hakimiyyətinin başçısı Elçin Rzayevlə görüşümüz baş tutdu. Məqsəd görülmüş işlərlə bağlı məlumat verməklə yanaşı, əlavə maliyyə cəlb edilməsi üçün bölgədən olan sahibkarlarla bağlı planları müzakirə etmək idi. “Mingəçevir"lə də müntəzəm əlaqədəyik. Oxşar işlər onlarla da görülür. Ora səfərimiz FİFA Fondunun dəstəyi ilə klubla birgə aztəminatlı ailələrdən olan uşaqlar üçün keçirilən “Yay düşərgəsi”ylə bağlı idi. Saatlıya səfər yerli İcra Hakimiyyəti və klub rəhbərliyinin təşəbbüsüylə tanışlıq məqsədli idi. İcra Hakimiyyətinin başçısı Elmir Bağırovun timsalında icra başçılarının son zamanlar region komandalarına qayğısını görmək sevindirici haldı. “Araz Saatlı” ilə bağlı əməkdaşlıq planlarımızı isə qarşıdakı günlərdə dəqiqləşdirəcəyik.

- Maraqlıdı ki, bütün səfərlər aşağı liqa klublarını əhatə edir. Məsələn, sponsorsuz “Kəpəz”lə bağlı addım gözlənilirmi? Əsasən avtobus problemi həll olunmamış qalır. Hələ ki klubun sponsoru da yoxdu.
- Səfərlər və görülən işlər yalnız aşağı liqa klublarını əhatə etmir. Əməkdaşlıq etdiyimiz bütün region klublarıyla əlaqədəyik. Sadəcə, zəruri olduqda səfər edilir və ya Bakıda görüş keçirilir. “Kəpəz”i soruşduğunuz üçün qeyd edim ki, bu ay ərzində mən və əməkdaşlarımız iki dəfə Gəncədə olmuşuq. İlqar Nadiri və idarə heyətinin üzvü Müşfiq Cəfərovla Bakıda da görüşürük. Həm də müntəzəm telefonla danışırıq. Hazırda sponsorluqla bağlı hansısa şirkətlə aktual danışıq getmir. Yerli sahibkarlarla növbəti geniş formatlı görüş üçün hazırlıq görürük. Kluba avtobus almaq məqsədiylə başladığımız "Kapaz100k" layihəsində korporativ seqmentin aktivləşdirilməsi hesabına son vaxtlar müəyyən artım var. Avtobus məsələsinin yaxın zamanda həll ediləcəyini düşünürəm.

- Səfərlər zamanı ən ciddi problemləri hansı klublarda müşahidə etdiz və nədən ibarətdi?
- Bütün klublarda çətinlik var. Bəzilərinə yerləşdiyi ərazinin iqtisadi vəziyyəti, bölgədə futbola olan maraq və onlara miras qalmış infrastruktur müəyyən üstünlük yaradır. Ancaq əsas problem kənardan göründüyü kimi maliyyə ilə yox, müxtəlif sahələr üzrə kadr çatışmazlığı, meydanda olan komandanın gücləndirilməsinə göstərilən həvəsin meydandan kənarda komandaya göstərilməməsiylə bağlıdı.

- Sözügedən rayonların hazırkı durumu və sizin planlarınız tezliklə inkişaf üçün əsas verir? Yoxsa regionlarda futbolun inkişafı üçün uzun müddət lazımdı?
- Düzgün iş görülərsə, inkişaf mümkündü. Yuxarıda qeyd etdiyim üstünlükləri nəzərə alsaq, bu proses kimdəsə tez, kimdəsə gec baş tutacaq. Ancaq minimal resurslarla da nəticə əldə etmək mümkündü. Bölgə klublarına fəaliyyət baxımından 2-ci liqada iştirak edən "Sheki City"ni yaxından izləməyi tövsiyə edirəm.

- FİF-in potensialı məhduddu? Yoxsa başqa regionlardakı klublara da dəstək olmaq fikrindəsiz?
- Bizim üçün kəmiyyət yox, keyfiyyət önəmlidi. Əlimizdə olan resurslar imkan verdikcə və hazırda əməkdaşlıq etdiyimiz klublarla işlərimiz müəyyən mərhələyə çatdıqca fəaliyyət çərçivəmiz daha da genişlənəcək.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

1-ci liqa

28-08-2023, 21:0

1-ci liqada 2023-24 mövsümünün - TƏQVİMİ

Premyer-liqa / Manşet

6-08-2022, 22:0

FİF "Kəpəz"ə niyə yaxın durmur? - AÇIQLAMA

Ölkə futbolu

17-04-2023, 14:0

AFFA-nın və Futbolun İnkişafı Fondunun (FİF) nümayəndələri Xaçmaza səfər edib

1-ci liqa

17-08-2022, 17:0

Birinci divizionda mövsümün təqvimi açıqlandı

Ölkə futbolu

22-08-2023, 15:0

1-ci və 2-ci liqalarda 2023/24 mövsümünün püşkü atılıb

Premyer-liqa / Manşet

2-03-2023, 18:0

"Kəpəz"lə bağlı Gəncədə vacib tədbir keçiriləcək

Aktual
İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
“Mayın 25-də növbəti yoxlama olacaq” - “Turan Tovuz” “Sabah”ı niyə Masazırda qəbul edir?
“Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
“Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
“Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
Son xəbərlər
  • Dünən, 23:59
    İngiltərədə futbol demokratiyası! – Acunun komandasının finaldakı rəqibi dəyişdi
  • Dünən, 23:39
    Tanınmış italiyalı məşqçi ''Fənərbaxça''nın başına keçə bilər
  • Dünən, 23:01
    "Növbəti mövsümün hazırlıqlarına artıq start vermişik" - Tahir Gözəl
  • Dünən, 22:52
    Merih Dəmiral məmləkətində kafe açdı - Şəhid ailələri üçün pulsuz xidmət olacaq...
  • Dünən, 22:31
    ''Qalatasaray'' 3 futbolçu ilə bağlı qərarını verdi, İkardinin taleyi bu həftə bəlli olacaq
  • Dünən, 21:55
    Yankoviç "Konyaspor"da? - Türkiyə klubu "Qarabağ"dan çox maaş təklif etdi, razılaşdı!
  • Dünən, 21:50
    “Mayın 25-də növbəti yoxlama olacaq” - “Turan Tovuz” “Sabah”ı niyə Masazırda qəbul edir?
  • Dünən, 20:55
    Neymarla bağlı yekun qərar sevinclə qarşılandı
  • Dünən, 20:26
    Yenidən “Mançester Siti”də işləyəcək
  • Dünən, 20:09
    Marseldən Milana qayıdacaq
  • Dünən, 19:38
    Konte gedəcək, Sarri gələcək?
  • Dünən, 19:08
    La Liqada yeni rekord
  • Dünən, 18:37
    İnzaqi hara üz tutacaq?
  • Dünən, 18:06
    Türkiyə yığmasının DÇ-2026 üçün geniş heyəti açıqlandı
  • Dünən, 17:35
    “Kəpəz” - “Neftçi” oyununun Sumqayıtda keçirilməsini “ağ-qaralar” istəyib - səbəbi bu yazıda!
  • Dünən, 17:19
    “Turan Tovuz” avrokubok matçını Tovuzda keçirə biləcək? – rəsmi açıqlama
  • Dünən, 17:00
    “Həmişə olduğu kimi, bu dəfə də ədalət yerini tapdı” - Mahmud Sadıqov çempionluğu şərh etdi
  • Dünən, 16:30
    Kaspiyskdə güləşçilərimizdən iki medal
  • Dünən, 16:01
    “Şaxtyor” ardıcıl 7-ci qələbəsini qazandı, Yarmolenko Rebrova çatdı - İCMAL
  • Dünən, 15:49
    “Barselona”dan daha bir rekord
  • Dünən, 15:24
    “Beşiktaş”da ikinci Sərgən Yalçın dönəmi başa çatdı!
  • Dünən, 14:53
    “Real”, “Fənərbaxça” və “Valensiya” da “Olimpiakos”a qoşuldu
  • Dünən, 14:22
    "Əsas məqsədim Avropada tanınan sistem qurmaqdı" - "Sabah"ın yeni baş məşqçisi
  • Dünən, 13:58
    Premyer-liqada mövsümün ən gənc futbolçusu kimdi?
  • Dünən, 13:29
    “Sabah”ın yeni baş məşqçisi bəlli oldu - RƏSMİ
  • Dünən, 12:52
    “Kür-Araz” təxribata meyilli komandadı” – İmişlidəki dava-dalaşa nə səbəb olub?
  • Dünən, 12:00
    İnzaqi bu komandadan da ayrılacaq
  • Dünən, 11:33
    Lebron Ceyms üçün mövsüm bitdi
  • Dünən, 11:02
    “Karolina” ardıcıl 8-ci qələbə ilə finalda!
  • Dünən, 10:31
    “Şamaxı”nın futbolçusu əməliyyat olundu
  • Dünən, 10:00
    “CBC Sport” mərkəzi qarşılaşmanı yayınlamayacaq
  • 18-05-2026, 23:0
    “Şəfa”ya kubok nə vaxt təqdim olunacaq?
  • 18-05-2026, 23:0
    "Turan Tovuz" azarkeşlərinə müraciət etdi - "Bildirmək istəyirik ki, stadionumuzu avrokubok oyunlarına hazırlamaq üçün..."
  • 18-05-2026, 22:0
    “Araz-Naxçıvan” 20-ci dəfə ölkə çempionu oldu
  • 18-05-2026, 21:0
    Elitada növbəti paytaxt təmsilçisi: addım-addım Bakı çempionatına doğru... - YAZI
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 304
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 254
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 234
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 201
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə