• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Bavariya" və “Arsenal”dan qələbə, “İnter” xal itirdi - YENİLƏNİB

Manşet / Çempionlar Liqası

21-09-2023, 01:0

Zaman həmişəki kimi rəhmsizdi. “Mançester Siti” – “İnter” finalı sanki dünən olmuşdu. Əslində isə həmin oyunun üstündən artıq 100 gün ötüb və bu gün Çempionlar Liqasında yeni mövsümün qrup mərhələsi start götürüb. Onu da xatırladaq ki, bu, köhnə formatda keçirilən son avrokubok mövsümüdü.

"Football-plus.az" ilk turun afişasını təqdim edir.

“Nyukasl”ın qayıdışı uğurlu alınacaqmı?

“Nyukasl” püşkatmaya 4-cü səbətdən qatılsa da, gəlin, etiraf edək ki, F qrupunda yer alan klublardan heç biri “sağsağanlar”a rəqib olduqları üçün sevinmirlər. Avrokuboklardakı 11, ÇL-dəki 20 illik həsrətə son qoymağa hazırlaşan “Nyukasl” ilk oyununu əfsanəvi “San Siro”da keçirəcək. Sandro Tonali son 3 ildə ona doğma olan stadiona qayıdacaq. Yeri gəlmişkən, ÇL-dəki son mövsümündə “Nyukasl”ın səfər etdiyi stadionlardan biri məhz elə “San Siro” idi. O vaxt ÇL-in 2-ci qrup mərhələsi çərçivəsində “İnter”lə səfər oyunu Alan Şirerin dublu sayəsində 2:2-lik bərabərliklə yekunlaşmışdı. Qrupun digər oyununda son illərdə yolları tez-tez kəsişən PSJ ilə Dortmund “Borussiya”sı qarşılaşacaq. Paris nəhəngi bu turnirdə ardıcıl 5-ci mövsüm Almaniya təmsilçisi ilə üz-üzə gələcək. E qrupunda “Latsio” ilə “Atletiko”nun duelində diqqətlər Dieqo Simeonenin üzərində olacaq. Çünki argentinalı mütəxəssis futbolçu kimi 4 il romalıların şərəfini qoruyub və üstəlik çempion da olub. Bundan başqa, Simeone “Atletiko”nun başında ilk avrokubok təcrübəsini məhz “Latsio” ilə dueldə yaşayıb. Bu komandaların yolu sonuncu dəfə 2011/12-də AL-in 1/16 finalında kəsişib. Həmin vaxt Simeone cəmi 2 ay öncə madridlilərin başına keçmişdi. O mövsümdə bilindiyi kimi, AL “Atletiko”nun zəfəri ilə yekunlaşdı. Bu qrupun digər komandaları “Feyenoord” ilə “Seltik”in də duelinin maraqlı tarixçəsi var. Bu komandalar daha öncə yalnız bir dəfə qarşılaşıb və həmin oyun ÇK-nın finalına təsadüf edib! 1970-ci ildə “San Siro”dakı finalda “Feye” 2:1 hesabıyla üstün olub. Son 2 ildə qrup mərhələsi səddini aşa bilməyərək fanatlarına böyük üzüntü yaşadan “Barselona” bu dəfə bu seriyaya son qoymağa çalışacaq. Digər tərəfdə debütant “Antverp” Avropanı təəccübləndirməyə səy göstərəcək. “Hamburq” hazırda 2-ci bundesliqada çıxış etsə də, eyniadlı şəhər bu mövsüm ÇL matçlarını izləyə biləcək. Belə ki, “Şaxtyor” rəqiblərini bu şəhərdə yerləşən “Folksparkştadion”da qəbul edəcək. Maraqlıdı ki, “Şaxtyor” indiyə qədər “Portu”ya qarşı keçirdiyi 6 oyunun hamısında qələbəyə həsrət qalıb (3 heç-heçə, 3 məğlubiyyət).

“Union” Madridi zəbt edə bilməyəcək

Çərşənbə günü keçiriləcək oyunlara gəlincə, ilk növbədə “Bavariya” ilə “Mançester Yunayted” arasında baş tutacaq klassik duel diqqəti cəlb edir. “Yunayted”in çətin dönəmdən keçdiyini və premyer-liqada hətta ortabab rəqiblərlə belə bacarmadığını nəzərə alsaq, bu komandanın Münhendə qalib gəlməsi möcüzə olar. Qeyd edək ki, komandalar arasında 1999-cu ildəki tarixi finaldan bəri baş tutan 8 qarşılaşmadan yalnız biri “Yunayted”in qələbəsi ilə yekunlaşıb (3 heç-heçə, 4 məğlubiyyət). Üstəlik “rekordmayster”in son 2 mövsümdə ÇL-in qrupunda keçirdiyi 12 matçın hamısında qalib gəldiyini bildirək! Bu qarşılaşmada əsas diqqətlər Harri Keynə yönələcək. Uzun illər “Tottenhem”də forma geymiş ulduz forvard karyerası ərzində dəfələrlə “qırmızı şeytanlar”a qarşı oynayıb. Amma onun statistikası o qədər də ürəkaçan deyil. Keyn indiyə qədər “Yunayted”ə qarşı keçirdiyi 19 rəsmi oyundan cəmi 6 qələbə ilə ayrılıb və bu qarşılaşmalarda yalnız 5 qol vurub! Bu qrupun digər oyununda heyətini ulduzlarla dolduran “Qalatasaray”ın əlinə qrupa 3 xalla başlamaq üçün gözəl fürsət düşüb. Hər halda, “Cim-Bom” yaxşı anlayır ki, bu qrupda “Kopenhagen” üzərində evdə qələbə əldə olunmasa, pley-offa çıxmaq mümkün olmayacaq. İstanbul nəhəngi 2013/14-də ÇL-in qrupunda “Kopenhagen”i evə əliboş yola salmışdı (3:1). 6 illik fasilədən sonra ÇL-ə qayıdan “Arsenal” qrupun ilk oyununda doğma fanatlar önündə PSV-ni sınağa çəkəcək. Eyndhoven təmsilçisi yaxşı formadadı və bu mövsüm keçirdiyi 9 rəsmi oyundan 8 qələbə, 1 heç-heçə ilə ayrılıb. Amma qeyd etmək yerinə düşər ki, London nəhəngi indiyə qədər ÇL-in qrup mərhələsi çərçivəsində bu rəqibə qarşı keçirdiyi 4 oyunun heç birində uduzmayıb (2 qələbə, 2 heç-heçə). Maraqlıdı ki, İspaniya nəhəngləri debütantları sınağa çəkəcək. “Antverp”, qeyd etdiyimiz kimi, “Barsa”nın qonağı olacaqsa, “Union” “Santyaqo Bernabeu”ya səfər edəcək. Göründüyü kimi, Berlinin bir təmsilçisi “Herta” 2-ci bundesliqada “süründüyü” halda, “Union” yeni tarix yazır. Berlində bu oyuna maraq o qədər böyükdü ki, “Union” fanatları hətta “Bernabeu”nun yarısını belə doldurmağa hazırdılar! Amma 2 mövsüm öncə “Ayntraxt” fanatlarının “Nou Kamp”a axınını nəzərə alan “Real” rəhbərliyi Almaniyadan gələn bütün istəkləri dərhal “bloka atır”! Yəni “Union” fanatları yalnız qonaqlar üçün ayrılmış 3840 yerlik sektorda əyləşəcək. Bu qrupun digər oyununda 2012/13-dən sonra tarixində 2-ci dəfə qrup mərhələsinə vəsiqə qazanan “Braqa” İtaliya çempionu “Napoli”ni sınağa çəkəcək. Portuqaliyalıların ötən mövsüm abrokubok macərası məhz elə İtaliya təmsilçisi ilə dueldə başa çatmışdı. Belə ki, “Braqa” Konfrans Liqasının pley-offunda “Fiorentina”ya ümumilikdə 2:7 hesabı ilə uduzmuşdu. ÇL-in son finalçısı “İnter” mübarizəyə San-Sebastyanda start verəcək. “Real Sosyedad”ın İtaliya klublarına qarşı o qədər də uğurlu oynamadığını bildirək (8 oyun, 1 qələbə, 3 heç-heçə, 4 məğlubiyyət). “Zaltsburq” Lissabonda uğursuz seriyaya son qoymağa çalışacaq. Belə ki, bu komanda avrokuboklarda səfərdə keçirdiyi son 23 oyununu heç birində qapısını toxunulmaz saxlaya bilməyib.

Qrup mərhələsi, 1-ci tur
20 sentyabr
A qrupu

Bavariya – Mançester Yunayted 4:3
Hakim: Qlenn Nyuberq (İsveç)
Qalatasaray – Kopenhagen 2:2
Hakim: Georgi Kabakov (Bolqarıstan)

B qrupu
Arsenal – PSV 4:0
Hakim: Feliks Svayer (Almaniya)
Sevilya – Lans 1:1
Hakim: Tobias Ştiler (Almaniya)

C qrupu
Real – Union 1:0
Hakim: Espen Eskos (Norveç)
Braqa – Napoli 1:2
Hakim: Sərdar Gözübüyük (Niderland)

D qrupu
Real Sosyedad – İnter 1:1
Hakim: Maykl Oliver (İngiltərə)
Benfika – Zaltsburq 0:2
Hakim: Xəlil Umut Melər (Türkiyə)

19 sentyabr
E qrupu
Latsio – Atletiko 1:1
Hakim: Slavko Vinçiç (Sloveniya)
Feyenoord – Seltik 2:0
Hakim: İrfan Pelto (Bosniya və Hersoqovina)

F qrupu
Milan – Nyukasl 0:0
Hakim: Xose Mariya Sançes (İspaniya)
PSJ – Borussiya D 2:0
Hakim: Xesus Xil Mansano (İspaniya)

G qrupu
Mançester Siti – Srvena Zvezda 3:1
Hakim: Joao Pinyeyro (Portuqaliya)
Yanq Boyz – Leyptsiq 1:3
Hakim: Enea Yorqi (Albaniya)

H qrupu
Barselona – Antverp 5:0
Hakim: Radu Petresku (Rumıniya)
Şaxtyor – Portu 1:3
Hakim: Davide Massa (İtaliya)

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

23-05-2023, 18:0

21 illik həsrətə son qoydular

Çempionlar Liqası

17-09-2023, 16:0

Çempionlar Liqası, 2023/24 mövsümü - TƏQVİM

Dünya futbolu

23-07-2023, 19:0

"Nyukasl"dan yeni transfer

Dünya futbolu

26-07-2023, 22:0

“Lester” yetirməsini “Nyukasl”a satdı

Dünya futbolu

28-05-2023, 19:0

Premyer-liqanın rəmzi komandası

İdman

8-02-2023, 16:0

“Nyukasl” seriyanı davam etdirir

Aktual
“Şəki” 11 yox, 9 nəfərlə oynadı! – kapitan 4 oyunçunu da “tovlayıb”?
Abubakar “Portu”nu təbrik etdi, “Neftçi”ni yox!
"Mövsüm ərzində çəkdiyimiz əziyyətin bəhrəsini görəcəyik" - "Neftçi"dən iddialı açıqlama
“Klublar çalışmalıdı ki, hər birinin heyətində, heç olmasa, üç azərbaycanlı meydana çıxsın” - Rəşad Məcid
Aqil Nəbiyev millidə müəmmalı ayrılıqların səbəbini açıqladı - iki məşqçinin başına nə gəlib?
“Forza Neftçi”dən “Sabah”a cavab – “Bu şəhər dardırsa...”
Son xəbərlər
  • Bu gün, 22:20
    “Araz-Naxçıvan” 20-ci dəfə ölkə çempionu oldu
  • Bu gün, 21:42
    Elitada növbəti paytaxt təmsilçisi: addım-addım Bakı çempionatına doğru... - YAZI
  • Bu gün, 21:06
    “Şəki” 11 yox, 9 nəfərlə oynadı! – kapitan 4 oyunçunu da “tovlayıb”?
  • Bu gün, 20:41
    "Xankəndi" çempionluğunu rəsmiləşdirdi
  • Bu gün, 19:57
    Region Liqasının qalibi bəlli oldu
  • Bu gün, 19:11
    Jali Muaddib "Qarabağ"da - rəsmi
  • Bu gün, 18:25
    Aleksey İsayev üçün əlamətdar oyun
  • Bu gün, 17:54
    Millimiz Avropa çempionatında ikinci yeri tutdu
  • Bu gün, 17:23
    Ramalinqomdan yubiley qolu
  • Bu gün, 16:52
    Abubakar “Portu”nu təbrik etdi, “Neftçi”ni yox!
  • Bu gün, 16:21
    Nərimanın baş məşqçisi qovuldu
  • Bu gün, 15:51
    “Kəpəz”in futbolçusu 200-ə çatdı
  • Bu gün, 15:23
    Zamiqin komandası böyükhesablı qələbə qazandı
  • Bu gün, 14:52
    “Bavariya”da iki yeni müqavilə
  • Bu gün, 14:31
    "Mövsüm ərzində çəkdiyimiz əziyyətin bəhrəsini görəcəyik" - "Neftçi"dən iddialı açıqlama
  • Bu gün, 14:03
    Paytaxt klubunu tərk edəcək
  • Bu gün, 13:44
    “Klublar çalışmalıdı ki, hər birinin heyətində, heç olmasa, üç azərbaycanlı meydana çıxsın” - Rəşad Məcid
  • Bu gün, 13:16
    “Çelsi”nin yeni baş məşqçisi olacaq
  • Bu gün, 12:45
    Fransa olmasın, Mərakeş olsun!
  • Bu gün, 12:14
    Slot antirekordçu məşqçi oldu
  • Bu gün, 11:46
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 11:15
    Aqil Nəbiyev millidə müəmmalı ayrılıqların səbəbini açıqladı - iki məşqçinin başına nə gəlib?
  • Bu gün, 10:45
    İngiltərə klubunda yeni oyunçu
  • Bu gün, 10:24
    Dünya çempionatında oynaya bilməyəcəklər
  • Bu gün, 10:00
    Yayda “Real”ı tərk edəcək
  • Dünən, 23:58
    Tezliklə İstanbula qayıda bilər
  • Dünən, 23:38
    Madridə dönməyə çox yaxındı
  • Dünən, 23:06
    “Forza Neftçi”dən “Sabah”a cavab – “Bu şəhər dardırsa...”
  • Dünən, 22:45
    “Sabah”a çempionluq kuboku təqdim olundu
  • Dünən, 22:19
    İbrahim "qızıl", Tunar isə "bürünc" qazandı
  • Dünən, 22:08
    Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
  • Dünən, 21:43
    “Sabah”ın start heyətini görəndə məyus oldum” – Rəşad Sadıqov
  • Dünən, 21:37
    "Gedirik çempionluğumuzu qeyd etməyə" - Valdas Dambrauskas
  • Dünən, 21:13
    "İstəmərəm ki, avrokuboklarda 1 tur oynayıb məğlub olaraq geri dönək" - Yuri Vernidub
  • Dünən, 20:45
    “Azarkeşlərin önündə nəticə üçün oynayacağıq” – Veliçko Kaplanoviç
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 292
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 253
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 207
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 188
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə