• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Birinci qolda və penaltidə ofsaydı haradan tapdılar, bilmirəm"

Premyer-liqa / Manşet

18-09-2023, 00:0

"Qarabağ" Misli premyer-liqasının 6-cı turunda "doğma divarlar" arasında "Sabah"ı məğlub etdi - 2:0.

"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı. Onun oyunla bağlı fikirləri:

"Nəticə baxımından bizim üçün vacib oyun idi. Futbolçularımı təbrik edirəm. Milli fasiləyə görə oyunçular xeyli vaxt idi ki, birlikdə deyildi. Buna baxmayaraq, komandam özünü tam yaxşı tərəfdən göstərdi. Hamısının fikri tam olaraq oyunda idi. Rəqibə bundan sonrakı sınaqlarda uğurlar arzulayıram.


- Sanki futbolçular rəqiblərə fərq qoyur. Komandada konsentrasiya problemi görünür. Siz bu barədə nə düşünürsüz? 
- Son illərin ən dəyişik çempionatını müşahidə edirik. İnanın ki, rəqiblərə fərq qoymaq fikrində deyilik. Çünki hamısının gücü bəllidi. Artıq hər tur fərqli nəticə ola bilər. Nə qədər futbolçuları hazırlamağa çalışsaq da, sıx qrafikdə olmağımız çətinlik yaradır. Çoxlu rotasiyalar edirik. Hətta bəzi oyunçuları meydana buraxmırıq. Süni örtükdən və 3-4 gündən bir oyun oynadıqlarından işimizə ehtiyatla yanaşırıq. İlk dəfə deyil ki, bu halla rastlaşmışıq. Bu mövsüm zədəlilər çoxdu. Patrik Andrade uzun zamandı komandayla birlikdə deyildi. Bədavi və Veşoviç də oynamır. Bu üç itki bizə böyük zərbədi. Deməli, rəqiblərə qarşı daha ciddi yanaşmalıyıq. Bəlkə xal ehtiyatımızı yaxşılaşdırmaq üçün hansısa risklərə getməliyik. İtirilən hər xal turnir cədvəlində bizim üçün böyük zərbə olacaq. Amma başqa çıxış yolu yoxdu. Daha çox güc sərf etməyə çalışacağıq.

- Sanki yerli oyunçu statusuna görə sıxıntı var. Çərçivəni Amin Ramazanova etibar etmişdiz... 
- Bəli, bu üzdən çətinliklər mövcuddu. Abbasın olmaması da böyük itkidi. Rahat rotasiya edə bilmirik. Gənc olsa da, Aminə güvənirik. Az oyunda oynamayıb. Çox oynamalıdı ki, daha tez təcrübə toplasın. Növbəti matçlarda hansı oyunçu lazımdısa, onu meydana buraxmağa çəkinməyəcik.

- Adama Diakabinin adı Avropa Liqasının oyunlarına sifariş edilmədi. Səbəb nədi?
- Diakabi komandamızın üzvüdü. Bəzən tam güclə məşq edə bilmir. Xatırlayırsızsa, bir ara geridönüş etmişdi, lakin yenə mikrozədələri ortaya çıxdı. Getdikcə rəqabət çoxalır. Qarşıda yenə əvvəlki formasına qayıda bilsə lazım olduqda istifadə edəcik.

- Hakimlərin bu günkü performansını necə dəyərləndirirsiz?
- Qarşımızda çox intizamlı komanda var idi. "Sabah"a qarşı oynamaq asan deyil. Qələbə bizim üçün böyük nəticədi. Hakimlər get-gedə hər xırda epizoda daha çox diqqət ayırır. Məsələn, "Səbail"lə görüşdə qapımıza təyin edilən penalti.. Ola bilər ki, əks tərəfə də verilib. Bəzən çox bəsit qərarlar görmüşəm. Amma hakimlərə etirazım olmayıb. Bu gün də birinci qolda və penaltidə ofsaydı haradan tapdılar, bilmirəm. Xətt elə idi ki, nəsə anlamaq mümkün olmadı. Buna baxmayaraq, ən düzünü onlar bilir. Nəzərə alınmalıdı ki, xırda diqqətsizlik komandanın nəticəsinə təsir edir. Hakimlər çox çalışdığını bilirik və onlara inanırıq. Əminik ki, hamıya eyni gözlə baxırlar. Bizim işimiz meydanda daha intizamlı olub, nəticə qazanmaqdı.

- Avropa Liqasının qrup oyunlarına az qalıb. Daha təcrübəli qapıçıların oyun praktikasından əziyyət çəkməsi sizi narahat edir? 
- Xeyr, etmir. Mən narahat olsam, komandam da narahat olacaq. Ona görə, hər birinə güvənirik. Andrey Lunyov təcrübəli qapıçıdı. Düşünürəm ki, 6-7 ay oynamaması ümumi işə o qədər də təsir etməz. 2-3 oyundan sonra özünü daha rahat hiss edəcək. Luka Quqeşaşvili isə oynayırdı. Neçə vaxtdı ki, yaxşı səviyyədə çıxış çıxış edir. Heç bir narahatlığım yoxdu.

- "Olimpiya" ilə oyundan sonra demişdiz ki, Şahruddin bizim oyunçudu. Sonradan "Adana Dəmirspor"a keçdi. Transfer necə baş tutdu? 
- Həmin anda Şahruddinə heç bir təklif yox idi. Bəzi insanlarda belə fikirlər formalaşmışdı ki, mən Şahruddini göndərirəm. Mətbuat konfranslarının birində bunun həqiqətə uyğun olub-olmadığını soruşdular. Mən də cavab verdim ki, o, bizim oyunçudu. Komandada qalır və heç bir təklif yoxdu. Sonradan özü və klub üçün yaxşı təklif gəldiyindən onun üçün şərait yaratdıq ki, "Adana Dəmirpsor" kimi komandada oynasın. Azərbaycandan, "Qarabağ"dan belə komandaya oyunçu gedirsə, sevinməliyik. Son vaxtlar böyük bazara girdiyimizi əvvəllər də demişəm. Kadi Rusiyada, Vadji Fransada tanınmış kluba yollandı. Şahruddin Türkiyə superliqasına keçdi. Bu çox böyük işdi. Orda Azərbaycan futbolu haqda danışılması böyük inkişafdı. Bazarlara daxil olmağımız gələcəkdə gənc, yerli futbolçularımız üçün maraqlı təkliflərin olmasına şərait yarada bilər. Musa da İsveçə getdi. Hər bir futbolçuya təşəkkür edirik ki, onların uğurlarımızda payı olub. Bunu heç vaxt yaddan çıxara bilmərik. Təbii ki, bəzən futbolçular da yalnış qərarlar verir. Lakin hər kəs səhvini başa düşməli, onu təkrarlamamağa çalışmalıdı. Bu futbolçularımızdan tələbimizdi. İnanıram ki, hər biri qarşıdakı vaxtlarda bunu nəzərə alıb addım atacaqlar.

- Bəhlulun zədəsi nə dərəcədə ciddidi? "Molde" ilə oyunda meydana çıxa bilər?
- Ağrısı var. İnşallah ki, ciddi problem olmayacaq. Həkimlərin məlumatına görə, zərbə sinir nöqtəsinə dəydiyi üçün keyləşmə var. Tam müayinədən sonra dəqiq fikir bildirə bilərik. Son matçlarda yaxşı oyun göstərməsinə gəldikdə, bu, azdı. Belə fikirlər futbolçulara mane olur. Məşqçi olaraq düşünürəm ki, bəzi elementləri yaxşılaşdırmalıdı. Daim bunu bildiririk. Bu o demək deyil ki, Bəhlul bu gün pik formadadı. Yox. Məncə, hər bir futbolçu üzərində daha çox çalışmalıdı.

- "Molde"ni təhlil etməyə başlamısız? 
- Tam yox, bir az təhlil etmişik. Ciddi rəqibə qarşı oynayacağıq. "Qalatasaray"la və çempionatdakı bir oyunlarına baxmışıq. Nəticə üçün oynamağı sevən komandadı. Oyunun gedişində böyük rotasiyalar edir. Onlar haqda pis fikir bildirməyəcəm.

- "Adana Dəmirspor"un Toral Bayramovu istədiyi deyilir. Doğru informasiyadı?
- Xeyr, bizdə belə məlumat yoxdu.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

31-01-2023, 18:0

Qurban Qurbanov: "Gent"lə oyuna tam hazır deyilik"

Premyer-liqa / Manşet

11-03-2023, 22:0

Qurban Qurbanov: "Bu gün hələ heç nə təmin olunmayıb"

Premyer-liqa / Manşet

27-05-2023, 21:0

"Bu gün qınanılası bir şey yoxdu" - Samir Abasov

Premyer-liqa / Manşet

13-08-2022, 22:0

"9 ildən sonra premyer-liqaya qayıtmaq, qələbə qazanmaq böyük sevincdi" - Ayxan Abbasov

Premyer-liqa / Manşet

6-08-2022, 22:0

Mahmud Qurbanovun ruhdan düşmək fikri yoxdu - MÜSAHİBƏ

Aktual
Boqomolski coşdu – 10 oyunda 0 qol, 4 oyunda 4 qol!
Bakıda keçiriləcək dünya çempionatı ətrafında qalmaqal - Avropa Parlamentinin üzvləri FİFA prezidentinə müraciət etdi
İlahi Ədalət budu – sövdələşən yığmalardan 5-i evə yollandı!
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
"Nyu Seynts" azarkeşlərini Masazıra gətirməyəcək!
Son xəbərlər
  • Bu gün, 23:12
    "Qarabağ"dan 1-ci liqa klubuna keçdi
  • Bu gün, 22:40
    "Turan Tovuz" yeni qapıçı transfer etdi
  • Bu gün, 22:19
    İtaliya klubunu tərk etdi
  • Bu gün, 21:48
    Boqomolski coşdu – 10 oyunda 0 qol, 4 oyunda 4 qol!
  • Bu gün, 21:26
    Səbayıl "Uzgen"ə keçdi
  • Bu gün, 21:12
    “Neftçi” yarımfinalda
  • Bu gün, 20:43
    Sinenka da "İmişli"dən getdi
  • Bu gün, 20:12
    Milli komandanı tərk etdi
  • Bu gün, 19:41
    ''Trabzonspor''un yeni transferi Argentinaya vurduğu qoldan sonra nələr dedi?
  • Bu gün, 19:10
    Matç zamanı silahlı insident baş verib - DÇ-nin QORXUSU
  • Bu gün, 18:40
    ''Qalatasaray''ın hazırlıq oyunlarında rəqibləri bəlli oldu
  • Bu gün, 18:00
    “Karvina” “Turan Tovuz”un taleyini yaşadı, “Qarabağ”ın yolu açıldı
  • Bu gün, 17:30
    400-dən çox PUA müsadirə edilib - DÇ-nin FAKTI
  • Bu gün, 17:02
    Milli futbolçunu ağır cəza gözləyir – DÇ-nin EHTİMALI
  • Bu gün, 16:30
    "Sabahın Ulduzları" ilə bağlı tədbir keçirildi
  • Bu gün, 16:14
    "Kəpəz" "Qəbələ" ilə qarşılaşacaq
  • Bu gün, 15:37
    DÇ oyunundan sonra azı 4 nəfər yaralandı - DÇ-nin MƏYUSLUĞU
  • Bu gün, 15:04
    Niderland yığmasının üzvü ''Fənərbaxça''da!
  • Bu gün, 14:35
    "İmişli"də daha bir ayrılıq
  • Bu gün, 14:00
    Bakıda keçiriləcək dünya çempionatı ətrafında qalmaqal - Avropa Parlamentinin üzvləri FİFA prezidentinə müraciət etdi
  • Bu gün, 13:52
    Mançesterdən Madridə yollandı
  • Bu gün, 13:30
    "Xankəndi" baş məşqçisi ilə bağlı qərarını açıqladı
  • Bu gün, 13:15
    Tamaşaçı rekordu yeniləndi - DÇ-nin REKORDU
  • Bu gün, 12:17
    Məşqçi ölümlə hədələnir
  • Bu gün, 11:46
    İtaliya paytaxtını tərk etmədi
  • Bu gün, 11:28
    Argentina öldü, öldü, dirildi - DÇ səhəri
  • Bu gün, 11:15
    Uğursuzluğa görə istefa verdi - DÇ-nin ZƏRURƏTİ
  • Bu gün, 10:49
    "Sabah" “Qarabağ”ın uzun müddətdi davam edən hegemonluğuna son qoyub" - "Nyu Seynts"dən "bayquşlar"a "bəy tərifi"
  • Bu gün, 10:31
    Leverkuzenə qayıtmayacaq
  • Bu gün, 10:00
    BFK FİFA-ya etiraz etdi - DÇ-nin ŞİKAYƏTİ
  • Bu gün, 01:09
    İlahi Ədalət budu – sövdələşən yığmalardan 5-i evə yollandı!
  • Bu gün, 00:53
    Salah da 1/8 finalda! - DÇ gecəsi
  • Dünən, 23:52
    Almaniyadan İspaniyaya geri döndü
  • Dünən, 23:21
    Fransa klubunda məşqçi istefası
  • Dünən, 22:50
    Avrokuboklar ərəfəsində SOS: avropalılar bizi əzir!
Daha çox
Oxunub: 317
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 243
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 240
Zaur Ramazanov bu dəfə “bu həftə” dedi…
Oxunub: 178
“Kəpəz”də təqdimat mərasimi keçiriləcək – yeni sədr axır ki, gün üzünə çıxır!
Oxunub: 162
“Kəpəz”də baş məşqçi karuseli - azarkeşlər Azər Məmmədovu istəmir, sədr isə...
Oxunub: 150
“Turan Tovuz” “Fənərbaxça” ilə nə vaxt qarşılaşacaq?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə