"Football-plus.az" xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Ayxan Abbasov matç haqqında fikirlərini səsləndirdi, daha sonra isə jurnalistlərin suallarını cavablandırdı:
"Əlbəttə ki, 9 ildən sonra premyer-liqaya qayıtmaq, qələbə qazanmaq böyük sevincdi. Futbolçuları, azarkeşləri təbrik edirəm. Oyunçularım ilk dəqiqədən sona qədər mübarizə apardılar. Fanatlarımız Tovuzda da, burda da möhtəşəm idilər. Yeni komandayıq. Hər bir nəticə ola bilər. "Qəbələ"yə uduzandan sonra oyunçulara da demişdim ki, səbirli olmaq lazımdı. Qarşıdakı oyunlara hazırlaşaçağıq. Bilirsiz ki, "Qarabağ"la oyunumuz təxirə salınıb. Onlara uğurlar arzulayırıq. Digər oyunlara çalışacağıq ki, yaxşı hazırlaşaq".
- "Qarabağ"a qarşı oynayan "Səbail"lə bu günkü arasında fərq var idi?
- "Səbail"də də yeni futbolçular var. "Qarabağ"a qarşı çox hücum təşkil edə bilməmişdilər. Ümumiyyətlə, "Qarabağ"a qarşı oynamaq çətindi. Fərqli çempionatdı. Mübarizə aparmaq çətin olacaq.
- Qoldan sonra Kamal Umudlu ilə nəyisə müzakirə etdiz. Etiraza səbəb nə idi?
- Qoldan sonra Natan Oduvaya sarı vərəqə verdi. Azarkeşlərə tərəf qaçdığı üçün cəzalandı. Standar qaydalar var. Bunlara riayət etmək lazım imiş.



