"Football-plus.az" xəbər verir ki, bu arada məlum olub ki, “Kayserispor” 43 yaşlı mütəxəssisdən Türkiyə Futbol Federasiyasına şikayət etməyə hazırlaşır. Kayserililər Problemli Məsələlərin həlli üzrə Komitəyə müraciət etmək niyyətindədi. Bunu klub prezidenti Əli Çamlı açıqlayıb:
“Əxlaq və etika normaları var. Bir məşqçi başqa klubla danışıqlar aparmaq istəyirsə, bunu mədəni şəkildə etməlidi. Çağdaş Atan gəlib bizə “mən artıq burda yorulmuşam və missiyamı tamamlamışam. İcazə verirsizsə, ayrılmaq istəyirəm” deməliydi. Biz heç kimi burda zorla saxlamırıq. Çağdaş Atan bizə qarşı bu cür səhvə yol verdi. Artıq bundan sonra bu məsələyə Problemli Məsələlərin Həlli Komitəsi baxacaq. Bu komitə nə qərar verəcəksə, Çağdaş Atan da razı olacaq, biz də. Sonradan öyrəndik ki, Atan “Kayserispor”un transfer cəzasının olduğunu və yeni oyunçular almağın mümkün olmadığını əsas gətirərək, müqaviləni birtərəfli qaydada ləğv edib. Bu, sadəcə, bəhanədi. Çünki Çağdaş Atan kluba gələrkən də, daha sonra bizimlə yeni müqavilə imzalayarkən də transfer qadağasının olduğunu bilirdi”.
Xatırladaq ki, cari mövsümün ilk 4 turundan 1 qələbə, 3 bərabərliklə ayrılan Kayseri təmsilçisi Çağdaş Atanı Rəcəp Uçarla əvəzləyib.






