“Turan Tovuz” Eltunu oynada bilmir

15.09.2023 12:16
Aktual / Ölkə futbolu
"Turan Tovuz" qəribə problemlə üzləşib. Belə ki, tovuzlular Eltun Turabovun xidmətindən yararlana bilmir.

Bölgə təmsiçisi 26 yaşlı yarımmüdafiəçini, təbii ki, yerli futbolçu kimi oynatmaq istəyir. Ancaq onun Azərbaycan pasportunun müddəti bitdiyindən hazırda komandasında legioner statusundadı. Buna görə də Eltunun xidmətindən yararlanmaq alınmır. Məsələylə bağlı daha detallı bilgilər almaq üçün klubun sözçüsü Süleyman Tağıyevə müraciət etdik:

"Eltun Gürcüstanda doğulub və orda yaşayıb. Ona görə də oranın vətəndaşıdı. Lakin futbolçu illər öncə U-21 millimizə cəlb olunduğu üçün Azərbaycan pasportu da alıb. Hazırda onun pasportunun müddəti bitib. Pasportu yeniləmək üçün müvafiq orqanlara müraciət etmişik, gözləyirik".


ABDULLA İSMAYILOĞLU