• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

39 yaşlı futbolçu “Beşiktaş”ın nəyinə lazımdı?

Dünya futbolu

13-09-2023, 17:0

Avropadan fərqli Türkiyədə bu yayın transfer dönəmi sentyabrın 15-də bağlanacaq. Ona görə də Türkiyə klubları heyəti gücləndirməkdə davam edirlər.

“Beşiktaş”dan sürpriz transfer xəbəri də gəldi. Belə ki, İstanbul nəhəngi təcrübəli yarımmüdafiəçi, sabiq oyunçusu Gökhan İnlərlə anlaşma əldə etdi. Müqavilə birilliyə nəzərdə tutulub.

Gökhanın 39 yaşı olduğunu nəzərə alsaq, ilk baxışdan bu transfer qəribə görünür. Amma “Qartal”ın İnlərlə bağlı fərqli planı var. Gələn yay Gökhan karyerasını başa vuracaq. Onun vida oyunu “Beşiktaş”la “Napoli” arasında keçiriləcək. Bundan sonra isə Gökhan İnlər “Beşiktaş”da idman direktoru kimi fəaliyyətə başlayacaq! Türkəsilli isveçrəli futbolçu artıq UEFA-nın MİP (Master of İnternational Players) proqramına qəbul olunub. O, bu proqramı bitirəndən sonra idman direktoru kimi çalışmaq arzusundadı. “Dəmirörən Xəbər Ajansı”na açıqlamalar verən tanınmış futbolçu bunları deyib:

“Beşiktaş”a yenidən qayıdacağım üçün sevincliyəm. Karyeramı bu klubda tamamlamaq istəyirəm. Mövsümün sonunda vida oyunu keçirməyi planlaşdırırq. İnşallah, bir problem çıxmasa, həmin oyun “Napoli” ilə olacaq. Gələn mövsümdən etibarən isə mənim üçün yeni dönəm başlayacaq və “Beşiktaş”ın idman direktoru olacam”.

Qeyd edək ki, 2006-cı ildə Türkiyənin U-21 yığmasının heyətində oynamasına rəğmən, Türkiyənin əsas komandasından təklif almayan Gökhan doğulduğu ölkənin, yəni İsveçrənin şərəfini qorumağa qərar vermişdi. O, 2006-15-ci illərdə İsveçrənin heyətində 89 oyuna çıxaraq 7 dəfə fərqlənib. Gökhanın klub karyerası daha parlaq alınıb. O, “Udineze”, “Napoli”, “Lester”, “Beşiktaş”, “İstanbul BŞ”nin şərəfini qoruyub. 2020-ci ildən bu yana isə “Adana Dəmirspor”un uğurları üçün tər tökürdü. Amma bu yaxınlarda Adana klubundan ayrılaraq sərbəst oyunçuya çevrilmişdi.

Gökhan “Beşiktaş”da daha öncə bir mövsüm – 2016/17-də top qovub. O, həmin vaxt 30 rəsmi oyuna çıxaraq 2 məhsuldar ötürməylə fərqlənmiş, “Qartal” isə o mövsüm ölkə çempionu olmuşdu. Gökhan “ağ-qaralar”dan başqa 2015/16-da “Lester”, 2019/20-da “İstanbul BŞ” ilə də çempionluq sevinci yaşayıb.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

21-06-2023, 17:0

Gökhan Gönül karyerasını bitirdi

Dünya futbolu

17-06-2022, 14:0

"Beşiktaş" premyer-liqadan futbolçu transfer etdi

Dünya futbolu

2-07-2023, 19:0

''Beşiktaş'': 1 transfer, 1 vida və Burak Yılmaz....

Dünya futbolu

18-05-2022, 20:0

"Beşiktaş" futbolçusu ilə yollarını ayırır

Aktual
"İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Son xəbərlər
  • Bu gün, 16:30
    Boyan Letiç "Araz-Naxçıvan"da
  • Bu gün, 16:00
    ''UltrAslan''ın lideri saxlanıldı!
  • Bu gün, 15:27
    Doğma klubuna qayıtdı
  • Bu gün, 14:58
    Ağadadaş Salyanski "Araz-Naxçıvan"da
  • Bu gün, 14:26
    "İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
  • Bu gün, 13:55
    "İmişli"nin sabiq futbolçusu "Karvan-Yevlax"da
  • Bu gün, 13:34
    “Misli” premyer-liqaya sponsorluğunu davam etdirəcək
  • Bu gün, 13:08
    “Sumqayıt” - “Neftçi” oyununun yeri dəyişdirildi
  • Bu gün, 12:35
    PSJ-dən Arda Gülər üçün astronomik təklif
  • Bu gün, 12:04
    "Qarabağ"ın rəqibi səfərdə qələbə qazandı
  • Bu gün, 11:33
    İki boksçumuz qızıl medal qazandı
  • Bu gün, 11:02
    “İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
  • Bu gün, 10:31
    Toral "Bursaspor"da debüt etdi
  • Bu gün, 10:00
    Almaniyada klubunu dəyişdi
  • Bu gün, 06:28
    Cəlalın komandası qalib gəldi
  • Dünən, 23:07
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:45
    Romadan Milana üz tuta bilər
  • Dünən, 22:04
    "Səbail" 4 legioner transfer etdi
  • Dünən, 21:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 21:18
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • Dünən, 20:58
    Rahil Məmmədov "Turan Tovuz"da
  • Dünən, 20:29
    ''Fənər'' belçikalı ulduza yönəlib
  • Dünən, 20:08
    Millimizdən iki qələbə
  • Dünən, 19:40
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 19:05
    Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
  • Dünən, 18:30
    Almaniyaya qayıtdı
  • Dünən, 17:26
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 16:37
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:52
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 15:07
    Klubuna sadiq qaldı
  • Dünən, 14:30
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 14:11
    “Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
  • Dünən, 13:43
    Nuriyevin komandası uduzdu
  • Dünən, 13:20
    İspaniya klubunu tərk etdi
  • Dünən, 12:50
    Fransaya qayıtmayacaq
Daha çox
Oxunub: 267
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 200
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 127
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 102
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 99
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə