Polina Rəhimovanın yeni komandası bəlli olub.
"Football-plus.az" xəbər verir ki, 32 yaşlı hücumçu karyerasını Türkiyədə davam etdirəcək.
Milliləşən legionerimiz “Kuzeyboru” ilə müqavilə imzalayıb. Polina 2022/23 mövsümünü Aksaray təmsilçisində keçirəcək.
Rəhimova əvvəllər “Fənərbaxça” və “Türk Hava Yolları”nın şərəfini qoruyub.
Qeyd edək ki, zəngin karyeraya malik Polina “Azərreyl”, “Azəryol”, “Hyunai”, “Toyota” və “Sesi” klublarında da çıxış edib.
Azərbaycan millisinin sabiq üzvü Türkiyə klubunda
İdman
