“Gənclik şəhəri”ndə də çoxlu azarkeşinin olduğunu nəzərə alsaq, "Neftçi" dəstək baxımından problem yaşamadı. Tribunalara toplaşanlar arasında qonaqlar daha fəal idi. Görəsən, Sumqayıt stadionunda tez-tez belə coşqu olur? Bunu "kimyaçılar"ın mətbuat katibi Rəşad Məmmədovdan dəqiqləşdirdik:
"Hər ev oyunumuz dolu tribunalar önündə keçir. "Qarabağ" və "Neftçi" ilə qarşılaşmalar isə daha çox seçilir".
ABDULLA İSMAYILOĞLU
