• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Tovuzda voleybol klubu yaradıldı

İdman

10-09-2023, 20:0

Tovuzda yeni yaradılan “Tovuz” Regional Voleybol Klubunun təqdimat mərasimi keçirilib.

"Football-plus.az" xəbər verir ki, mərasimdə yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma, milli komandamızın voleybolçusu Polina Rəhimova, Voleybol Federasiyasının nümayəndəsi Məftun Salmanov, “Tovuz” Regional Voleybol Kubunun rəhbəri Hüseyn Əhmədov, idman ictimaiyyətinin nümayəndələri, valideynlər və voleybolçular iştirak ediblər. Hüseyn Əhmədovun açılış nitqindən sonra çıxış edən Şahin Çatma bölgələrdə klubların yaradılmasının, uşaq və yeniyetmələrin buradakı kimi ideal şəraitlə təmin olunmasının vacibliyini xüsusi vurğulayıb. Çıxışlardan sonra klubun ixtiyarına verilən Tovuz Olimpiya İdman Kompleksinin idman zalında Polina Rəhimova ilə voleybolçular arasında görüş keçirilib. Voleybolda ilk addımlarını atan uşaq və gənclərə öz tövsiyələrini verən milli üzvü onlara hədiyyələr paylayıb, xatirə şəkilləri çəkdirib.


Qeyd edək ki, bir ay əvvəl təsis olunan klub, ilk olaraq seleksiya işlərini həyata keçirib. 10 yaşdan yuxarı oğlan və qızların seçimlərindən sonra oğlan və qızlardan ibarət 2 yaş qrupu üzrə komandalar formalaşdırılıb. Tovuz Olimpiya İdman Kompleksində baş məşqçi Gülər Əhmədova, məşqçilər Sadıq Hümmətov və Elnur İbrahimovun rəhbərliyi altında həftənin 5 günü məşqlər həyata keçirilir. İdman zalı məşqlərin yüksək səviyyədə keçirilməsi üçün beynəlxalq standartlara cavab verən, son texnologiya - “Terafleks” örtüyü ilə təchiz olunub. Voleybolçular keyfiyətli məşq proqramının həyata keçirilməsi üçün bütün lazımi avadanlıq və inventarlarla təmin olunublar. Klub rəhbəri Hüseyn Əhmədov məqsədlərinin voleybolun bölgədə populyarlaşması, gələcəkdə isə peşəkar səviyyədə komandanın qurulması olduğunu qeyd edib:

“İşin başındayıq. Başlıca məqsədimiz uşaq və gəncləri sağlam həyat tərzinə, idmana yönləndirməkdi. Tovuzada bütün idman növləri üçün böyük potensial və maraq var. Artıq rayonumuzun idman ictimaiyyəti ilə bir neçə görüş keçirmişik. Sevindirici haldı ki, bizim ideyamıza dəstək günü-gündən artır. Qısa müddət ərzində 2 yaş qrupu üzrə komanda formalaşdırdıq. Sıralamıza qoşulmaq istəyənlərin sayı artır. Sevindiricidir ki, qızların da bu idman növünə kifayət qədər marağı var. Qeyd etdiyim kimi, yeni başlamışıq, böyük planlarımız, məqsədlərimiz var. Məqsədlərə çartmaq üçün pillə-pillə irəliləyəcəyik. Tək Tovuz şəhərində yox, bölgəmizdəki bütün şəhər və kəndlərdən olan istedadlı, voleybola marağı olan uşaqları cəlb edəcəyik. Kütləviliyə nail olmağı hədəfləyirik. Düşündüyüz kimi yola davam etsək, yaxın vaxtlarda bunun bəhrəsini görəcəyik. Bu işdə bizə dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm. Voleybol Federasiyasından gələn qonaqlarımız da yaradılan şəraitdən və ən əsası işə yanaşmamızdan çox razı qaldılar”.


Milli komandamızın üzvü Polina Rəhimova da bölgələrdə belə klubların sayının çox olmasının vacibliyindən danışıb:
“İlk öncə dəvət üçün təşəkkürümü bildirirəm. İlk dəfədir Tovuzda oluram. Bura çox xoşuma gəldi. Bundan öncə Şəki və Gəncədə oldum. Açığı bölgələrdə potensialın yüksək səviyyədə olduğunu gördükdə yaxşı mənada təəccübləndim. İlk addımlar atılsa da istedadlı uşaqlar, inkişaf üçün böyük perspektiv var. Əgər biz hamımız düzgün yanaşma ilə işimizi görsək yaxşı nəticə əldə edəcəyik. Ümid edirəm ki, növbəti səfərim zamanı burada daha da böyük işlərin həyata keçirildiyinin şahidi olacağam. Özüm Ukraynadan olsam da, mənim həyatıma qatdıqlarına görə hər zaman Azərbaycana minnətdar olacağam. Bunun üçün də voleybolumuzun inkişafında iz qoymaq, tarixin bir parçası olmaq istəyirəm. Yerli voleybolçu cəhətdən çatışmazlıqlarımız var. Bu çox vacib məqamdır. İstərdim ki, milli komandalarımızda yerli voleybolçuların sayı çox olsun və Azərbaycan bayrağı yerli idmançıların əlində beynəlxalq yarışlarda daim zirvələrə qalxsın. Hündürboy insanlarımız, güclü genetikamız var. Sadəcə düzgün seleksiya ilə bölgələrdə olan belə uşaqları tapıb voleybolumuza qazandırmaq üçün səylə çalışmaq lazımdı”.

Paylaş:
Digər xəbərlər

İdman / Manşet

24-07-2023, 23:0

Polina Rəhimova Asiya klubuna keçir: "Milli komanda çox dəyişməyib"

İdman / Manşet

20-07-2023, 18:0

Milli komandamızın üzvü Asiya klubuna keçir - ÖZƏL

İdman

8-06-2023, 14:0

"Fərq yaratmaq üçün buradayam" - Şahin Çatma

İdman

8-06-2023, 14:0

"Əsas məqsədimiz voleybolun daha da inkişaf etdirilməsidir" - Şahin Bağırov

Aktual
Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
“Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
“Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
Son xəbərlər
  • Dünən, 23:53
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
  • Dünən, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Dünən, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
  • Dünən, 16:56
    Florensiyanı tərk etdi
  • Dünən, 16:25
    Millimizin heyəti açıqlandı - AÇ
  • Dünən, 15:49
    Niderlandda qərar tutdu
  • Dünən, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Dünən, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Dünən, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Dünən, 13:57
    Salahın meneceri transferi yubadır
  • Dünən, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Dünən, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Dünən, 12:25
    Avropada 10-cu qol
  • Dünən, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Dünən, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Dünən, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • 22-07-2026, 23:0
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • 22-07-2026, 23:0
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyirik" - ÇSKA-nın baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Mənə elə komanda deyin ki, hər matçı qazansın" - Yuri Vernidub
  • 22-07-2026, 21:0
    Abubakar "Kəpəz"də
  • 22-07-2026, 21:0
    Fransadan Portuqaliyaya yollandı
  • 22-07-2026, 20:0
    "Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov
  • 22-07-2026, 19:0
    "Alınsa, iki transfer həyata keçirəcəyik" - Qurban Qurbanov
  • 22-07-2026, 19:0
    "Kəpəz"də ayrılıq
Daha çox
Oxunub: 191
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 156
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 136
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə