• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“İnciyib ailəmlə birlikdə ölkəni tərk etmişdim”

Premyer-liqa / Manşet

7-09-2023, 20:0

Futbolçu Vadim Abdullayev peşəkar karyerasına “Bakı”da başlayıb.

Yolu “Simurq”, “Qəbələ”, “Sumqayıt”, “Şüvəlan”, “Sabah” kimi klublardan keçən yarımmüdafiəçi hazırda “Araz-Naxçıvan”da çıxış edir. Maraqlıdı ki, 2020-ci ildə Masazır təmsilçisiylə yollarını ayıran Vadim sanki qeybə çəkildi. 2022-ci ildə isə onu 1-ci divizon iştirakçısı “qırmızı-ağlar”ın heyətində gördük. Naxçıvanlıların baş məşqçisi Azər Bağırov premyer-liqanın ilk 5 turunda futbolçuya şans veribsə, o da yaxşı performansıyla diqqət çəkib. “Araz-Naxçıvan”ın “Kəpəz”lə görüşündən sonra qeyd olunanlarla bağlı Vadimlə danışdıq.

- “Sabah”dan ayrılandan sonra 2 il futboldan uzaq qaldın. Nə baş vermişdi?
- Düzdü. Meydanlardan uzaq düşdüm. Gün gələcək hər şeyi danışacam. Bəzi məsələləri danışmağın vaxtı deyil. Əsas odu ki, geri döndüm. Sağ olsunlar, mənə güvənib yenidən futbola qaytardılar. “Sabah”dan ayrılandan sonra 3-4 ay MOİK-də oynadım. Ümumiyyətlə, o dönəmdə başverənlər məni küsdürdü. İnciyib ailəmlə birlikdə ölkəni tərk etmişdim. Rusiyadaydım.

- Səni bunlara vadar edən səbəblər maraqlıdı...
- Saymaqla bitməz. Futbolda başverənlər, ətrafımda qurulan oyunlar, danışılanlar... Dediyim kimi, zamanı gələndə heç nəyi gizlətməyəcəm.

- Çəkindiyin nəsə var? Bəlkə karyerana zərər verməkdən qorxursan?
- Xeyr. Emosional və hər şeyi açıq danışan biri olmağım heç kimə sirr deyil. Onsuz da bəziləri məni qalmaqallı futbolçu kimi tanıtmışdı. Sadəcə, indi uyğun vaxt deyil. Onu deyim ki, futboldan birdəfəlik qopmuşdum.

- Necə oldu ki, “Araz-Naxçıvan”a gəldin? Səni kim dəvət etmişdi?
- Baş məşqçimiz Azər Bağırov və komanda yoldaşım Orxan Əliyevin çağırışıyla qayıtmışam. Klub olaraq, ciddi və məsuliyyətli yoldan keçdik. Bu yerlərə əziyyətlə gəlib çıxmışıq. Şükür Allaha, etdiklərimizin bəhrəsini görürük.

- Dəvəti dərhal qəbul etdin, yoxsa ilk başda özünü hazır hiss etmirdin?
- Sözün düzü, tərəddüdlərim var idi. Amma bu, fiziki hazırlıqla bağlı deyil. Həmişə meydana çıxıb başdan sona qədər mübarizə aparacaq gücdə olmuşam. Psixoloji cəhətdən narahat idim. Bəzi halların yenidən yaşanması ehtimalını nəzərə alırdım. Sonda ailəm yanımda oldu və onlar da istədi ki, futbola qayıdım.

- Qarşına hansı məqsədləri qoymusan? Meydanda necə Vadim görəcəyik?
- Artıq lazımi dərsi almışam. Motivasiyalıyam. Ən əsası ailəm yanındadı. Bəzilərinə sübut etməli olduğum şeylər var. Zamanla hər kəs bunun şahidi olacaq. Təbii ki, öncəliyim ailəmi sevindirməkdi. Hər gün öz üzərimdə çalışıram. Potensialımı artırıram.

- Yaşadıqlarını “Sabah”la əlaqələndirə bilərəm?
- Orda da hörmətsizlik görmüşəm. Amma məhz ora ilə bağlı deyil. Aydınlaşdırılmalı çox məsələ var.

- Başverənlərin günahkarları sırasında özünü də görürsən?
- Əlbəttə. Mənim də səhvlərim olub. Amma hər kəs səhv edə bilər. Mənə qarşı yanaşmalar isə daim fərqli olub.

- Vaxtilə səni futboldan küsdürən adamlar indi də bu sahədədi?
- Bəli. Onlar hər şeyi görür. İstəyimi, mübarizəmi izləyirlər. Onlara qarşı prinsiplərim var. Bu, ömür boyunca belə olacaq. Fərqi yoxdu, klubun rəhbəri kimdi, nə işlə məşğuldu...

- “Vadim Abdullayev od püskürdü”. Müsahibənin sörlövhəsini belə qoya bilərəm?
- “Qayıtdı” yazsan, daha yaxşı olar. Özü də Rusiyada fəhləlik edib qayıtmışam (gülür).

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

18-07-2023, 18:0

Premyer-liqanın ilk 5 turunun cütləri bəlli oldu

Aktual / Ölkə futbolu

1-07-2023, 20:0

"Araz Naxçıvan" ilk transferlərini gerçəkləşdirdi

Aktual / Ölkə futbolu

9-07-2023, 23:0

"Araz Naxçıvan" yığma üzvünü transfer edir

1-ci liqa

17-06-2022, 23:0

“Araz-Naxçıvan”nın qarşısına qoyduğu məqsəd böyükdü" - Azər Bağırov

1-ci liqa

17-08-2022, 17:0

Birinci divizionda mövsümün təqvimi açıqlandı

Aktual
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
“Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Son xəbərlər
  • Bu gün, 13:59
    Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
  • Bu gün, 13:28
    Urfan Abbasov "Kəpəz"də
  • Bu gün, 12:57
    Bakıdakı oyun avrokuboklarda TOP-5-də
  • Bu gün, 12:30
    "Qəbələ" "Şəfa" ilə üz-üzə gəlir
  • Bu gün, 11:59
    "Qarabağ"ı Sofiyada dəstəkləmək istəyənlər üçün biletlər satışda
  • Bu gün, 11:28
    Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
  • Bu gün, 11:21
    Bakıda Avropa Cüdo Ümidləri turnirinə start verildi
  • Bu gün, 10:58
    “Araz-Naxçıvan”ın stadion axtarışıyla bağlı son durum – Bakı, yoxsa bölgələrdən biri?
  • Bu gün, 10:31
    “1–2 il ərzində idmançılarımızdan daha böyük uğurlar gözləmək mümkündü“ - Natiq Bağırov
  • Bu gün, 10:25
    “Belə tədbirlərin keçirilməsi çox vacibdi“ - Rüstəm Orucov
  • Bu gün, 10:00
    Mançesterdən Madridə yollandı
  • Dünən, 23:50
    Salahın başıbəlalı transferi ''Beşiktaş''da qalmaqala və istefaya səbəb oldu!
  • Dünən, 23:19
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • Dünən, 23:00
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • Dünən, 22:40
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • Dünən, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 20:40
    "Şahdağ Qusar"dan növbəti transfer
  • Dünən, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Dünən, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Dünən, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Dünən, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Dünən, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Dünən, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Dünən, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Dünən, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Dünən, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Dünən, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Dünən, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Dünən, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Dünən, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Dünən, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Dünən, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
Daha çox
Oxunub: 204
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 140
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 120
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 95
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə