• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Yunanıstanda “Fənərbaxça” – “Beşiktaş” finalı ola bilərmi?

Konfrans Liqası

4-09-2023, 21:0

Bu mövsüm Türkiyəni Avropada çox uğurlu şəkildə təmsil edən İstanbul nəhənglərinin qrup mərhələsindəki rəqibləri bəllidi.

"Football-plus.az" xəbər verir ki, 2019/20-dən bəri ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qalatasaray” A qrupunda “Bavariya”, “Mançester Yunayted” və “Kopenhagen”lə mübarizə aparacaq. İlk baxışdan çətin qrup kimi görünsə də, futbolda mümkünsüz heç nə yoxdu.

“Bavariya” Türkiyə klublarına qarşı keçirdiyi son 5 qarşılaşmanın hamısından qələbə ilə ayrılıb (top fərqi - 18:1) və bu qrupun aşkar favoriti sayılır. Amma mükəmməl heyət quran Türkiyə çempionu həm “Yunayted”, həm də “Kopenhagen” ilə mübarizə aparmağa qadirdi. İngiltərə nəhəngi ilə bağlı dərhal diqqəti cəlb edən məqam odu ki, bu komanda İstanbulda keçirdiyi son üç oyundan məğlubiyyətlə ayrılıb! “Qırmızı şeytanlar” 2020/21-də ÇL-in qrup mərhələsində “İstanbul BŞ”yə (1:2), 2016/17-də AL-in qrup mərhələsində “Fənərbaxça”ya (1:2) və 2012/13-də ÇL-in qrup mərhələsində “Qalatasaray”a (0:1) boyun əyib. Özü də “Yunayted”i məğlub edən həmin “İstanbul BŞ”ni Okan Buruk çalışdırırdı! Yeri gəlmişkən, 2012/13-də qrup mərhələsində “Cim-Bom”un rəqibləri arasında “Yunayted”dən başqa eynilə indiki kimi “Kopenhagen” də var idi. Həmin qrupun indikindən fərqi “Bavariya”nın əvəzinə ÇFR-in olmasındadı. İstanbul nəhəngi o qrupda “Kopenhagen”i evdə 3:1 yenmiş (səfərdə 0:1 məğlub olmuşdu) və 10 xalla 2-ci pilləni tutaraq pley-offa yüksəlmişdi. Amma qeyd etmək yerinə düşər ki, o vaxtdan bəri “Kopenhagen” avrokuboklarda 3 Türkiyə təmsilçisini mübarizədən kənarlaşdırıb! Danimarka klubu 2019/20-də AL-in 1/8 finalında “İstanbul BŞ”dən (səfərdə 0:1, evdə 3:0), 2021/22-də KL-in təsnifatının pley-offunda “Sivasspor”dan (səfərdə 2:1, evdə 5:0) və son olaraq 2022/23-də ÇL-in təsnifatının pley-offunda “Trabzonspor”dan (evdə 2:1, səfərdə 0:0) üstün olub. Yəni “Kopenhagen”in Türkiyə klublarını belə desək, gözü yeyir. ÇL-in püşkatma mərasimi zamanı “Qalatasaray”ın qrupu bəlli olandan sonra ekranda göstərilən başqan Dursun Özbəkin gülümsəməsi sosial şəbəkələrdə heç də az müzakirə olunmadı. Yeri gəlmişkən, Özbək püşkün nəticəsindən razı qalıb: “Arzuladığım qruplardan biri çıxdı. Çünki böyük komandaların İstanbula gəlməsini istəyirdim. Fanatlarımız hazırlaşsın. Çox gözəl oyunlar izləyəcəyik. Cümhuriyyətimizin 100-cü ilində çempionluq çox önəmli idi. “Qalatasaray” Türkiyənin qərbə açılan pəncərəsi qismində püşkatma mərasimində iştirak etdi. Burda 32 çempion var. “Qalatasaray” da onlardan biridi. “Bavariya”ya qarşı səfər oyunumuzu evdəki kimi keçirəcəyik. Almaniyada güclü azarkeş dəstəyimiz olacaq. Elə İngiltərə də fanatlarımız az deyil. Yaxşı nəticələr əldə edəcəyimizə inanıram. Ən əsası bu turnirin əfsanəvi və insanı həyəcanlandıran himnini stadionumuzda dinləməkdən qürur duyacağıq. “Qalatasaray” həmişə ÇL-də olmağa, belə oyunların iştirakçısı olmağa can atıb. Fanatlarımızın 50 minlik stadionumuzu dolduracaqlarına əminəm”.

Konfrans Liqasında iştirak edən “Fənərbaxça” ilə “Beşiktaş”ın rəqibləri isə dünən bəlli oldu. “Fənər” Bolqarıstan çempionu “Ludoqorets”, eləcə də Danimarka təmsilçisi “Norşellan” və Slovakiya təmsilçisi Trnava “Spartak”ı ilə eyni qrupa düşüb. “Sarı-lacivərdlilər” “Ludoqorets” və “Norşellan” ilə ilk dəfə qarşılaşacaq. “Spartak”la daha öncə yollar 2018/19-da AL-in qrup mərhələsində kəsişib (evdə 2:0, səfərdə 0:1). “Beşiktaş” isə Belçikanın iddialı klublarından olan “Brügge”, eləcə də İsveçrə təmsilçisi “Luqano” və Norveç təmsilçisi “Bude/Qlimt” ilə eyni qrupa düşüb. “Qartal” buna qədər bu rəqiblərdən yalnız “Brügge” ilə qarşılaşıb. 2014/15-də AL-in 1/16 finalında “ağ-qaralar” “Liverpul”u mübarizədən kənarlaşdırsalar da, növbəti mərhələdə məhz “Brügge” səddinə ilişmişdilər (səfərdə 1:2, evdə 1:3). “Fənər”in başqanı Əli Koç püşkün nəticəsi ilə bağlı qısaca olaraq bunları deyib: “Yaxşı qrupa düşmüşük. Amma “Beşiktaş”a bizimlə müqayisədə daha çətin rəqiblər düşüb. Ümid edirəm ki, bütün klublarımız qrup mərhələsi səddini uğurla dəf edəcək. Bu mövsüm əmsallar cədvəlindəki mövqeyimiz çox önəmlidi. İlk “8-lik”də bitirə bilsək, əla olar”. “Beşiktaş”ın vitse-prezidenti Əmrə Kocadağ isə bunları deyib: “Bir sıxıntı yaşamasaq və əsil səviyyəmizi ortaya qoya bilsək, hətta finala qədər də irəliləmək mümkündü. Bizim bu turnirdə çıxış edənlərdən heç bir fərqimiz yoxdu. Amma bəxt amili də böyük rol oynayır. İnşallah, bəxt bizdən üz döndərməz. Finalın oynanılacağı yer də çox cəlbedicidi. Həlledici görüş Yunanıstanın “Ayasofya Stadionu”nda keçiriləcək. Orda ən azı bir Türkiyə klubunun olması mükəmməl olardı. Kim bilir, bəlkə də orda “Fənərbaxça” ilə final oynadıq“.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

25-08-2022, 09:0

Türkiyə futbolunda 27 ildən sonra acı reallıq

Manşet / Çempionlar Liqası

30-08-2023, 10:0

Çempionlar Liqası: Qrupun son iştirakçıları bəlli olacaq - YENİLƏNİR

Çempionlar Liqası

31-08-2023, 10:0

ÇL: Qrup mərhələsinin püşkü atılır

Dünya futbolu

4-08-2022, 19:0

Türkiyə və Danimarka çempionları ÇL-in qrupu üçün savaşacaq - TƏHLİL

Manşet / Çempionlar Liqası

31-08-2023, 21:0

Çempionlar Liqasında qrup mərhələsinin püşkü atıldı

Aktual
“Orhus”un ulduzu “Sabah”a qarşı oynaya bilməyəcək – SƏBƏB
“Orhus”un baş məşqçisindən cəsarətli addım – heyət seçimi ilə bağlı planlarını açıqladı
“Rahid Əmirquliyev həm rəhbərlikdə, həm də heyətdə təmsil olunacaq”- bu necə olur?
“Orhus” “Sabah”dan çəkinir? – baş məşqçi və futbolçular rəsmi saytda tərifləndi
“Dünənki hesab aldadıcı ola bilər” – Fərid Namazov
“Cəzanın aradan qaldırılması fərdi şəkildə edə biləcəyim məsələ deyil” - Nurlan İbrahimov hardadı?
Son xəbərlər
  • Bu gün, 17:15
    “Orhus”un ulduzu “Sabah”a qarşı oynaya bilməyəcək – SƏBƏB
  • Bu gün, 16:53
    2-ci liqada yeni mövsümün püşkü atıldı
  • Bu gün, 16:30
    "Qarabağ" Polşaya yollandı
  • Bu gün, 16:00
    ''Göztəpə''nin 15 milyonluq satışı baş tutmadı
  • Bu gün, 15:38
    “Orhus”un baş məşqçisindən cəsarətli addım – heyət seçimi ilə bağlı planlarını açıqladı
  • Bu gün, 15:06
    “Rahid Əmirquliyev həm rəhbərlikdə, həm də heyətdə təmsil olunacaq”- bu necə olur?
  • Bu gün, 14:44
    "Sumqayıt" braziliyalı yarımmüdafiəçi transfer etdi
  • Bu gün, 14:04
    Konatedən nəyin əskikdi, Konate?
  • Bu gün, 13:38
    "Kəpəz" Ümid Səmədovla anlaşdı
  • Bu gün, 13:17
    Fransaya qayıtmayacaq
  • Bu gün, 12:46
    “Komandamla bağlı bəzi narahatlıqlar var” – Qurban Qurbanov
  • Bu gün, 12:15
    "Qarabağ"ın "Dinamo" ilə oyunlar üçün heyəti - cəmi 20 futbolçu...
  • Bu gün, 11:54
    Sevdiyi xanıma görə Türkiyədən qaçdı
  • Bu gün, 11:23
    Zamiq Avropa Liqasında oynadı, komandası uduzdu
  • Bu gün, 10:52
    “Orhus” “Sabah”dan çəkinir? – baş məşqçi və futbolçular rəsmi saytda tərifləndi
  • Bu gün, 10:31
    Salah rəsmən ''Trabzonspor''da! - Onun üçün görkəmli imza mərasimi keçiriləcək
  • Bu gün, 10:00
    Klubuna sadiq qaldı
  • Dünən, 23:25
    "Siz daha güclü və dinamik "Turan Tovuz"u görəcəksiniz" - Ehtiram Quliyev
  • Dünən, 23:07
    “Dünənki hesab aldadıcı ola bilər” – Fərid Namazov
  • Dünən, 22:59
    “Cəzanın aradan qaldırılması fərdi şəkildə edə biləcəyim məsələ deyil” - Nurlan İbrahimov hardadı?
  • Dünən, 22:12
    "Oyuna həqiqətən də çox ciddi və yaxşı hazırlaşmışıq" - Valdas Dambrauskas
  • Dünən, 21:36
    "Bizi güclü rəqib gözləyir" - "Orhus"un baş məşqçisi
  • Dünən, 21:15
    “Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
  • Dünən, 20:51
    "Şamaxı" "Qəbələ"yə qalib gəldi
  • Dünən, 20:15
    Almaniyaya qayıtdı
  • Dünən, 19:46
    "Turan Tovuz" üçün yeni sponsor - "Peak Eye" kluba 2 milyon dollar ayıracaq!
  • Dünən, 19:26
    "Zaqatala"nın baş məşqçisi açıqlandı
  • Dünən, 19:00
    “Zaqatala”nın fəaliyyətini davam etdirməsi üçün böyük fədakarlıq lazımdı” – bölgə klubu acınacaqlı durumda
  • Dünən, 18:28
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 17:57
    “Orhus” ev oyunu üçün bütün biletləri satdı – “Sabah”ı dolu tribunalar gözləyir
  • Dünən, 17:36
    Bu 3 futbolçu ''Bavariya''ya lazım deyil - onlar arasında sabiq ''Qalatasaray''lı da var
  • Dünən, 17:05
    Türkiyəli qapıçı karyerasını İspaniyada davam etdirə bilər
  • Dünən, 16:34
    1-ci liqada püşkatma mərasimi keçirildi
  • Dünən, 16:12
    Hamını arxada qoydu
  • Dünən, 15:41
    Elvin Yunuszadə Türkiyə klubunda - RƏSMİ
Daha çox
Oxunub: 179
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 167
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 120
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 99
ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
Oxunub: 93
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 92
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə