Müdafiəçi ilə Avstraliyanın “Melbürn Viktori” klubu yaxından maraqlanır. Məsələ ilə bağlı klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxladıq. Klub rəsmisi qəzetimizə açıqlamasında bunları söylədi:
“Xəbəri sizdən oxumuşuq. İdman Deparmentindən bu barədə soruşdum. Ordan bildirdilər ki, yazılanlar həqiqəti əks etdirmir”.
"Football-plus.az"a məsələ ilə bağlı fərqli informasiya daxil olub. “Neftçi” rəsmiləri Höccətlə bağlı məlumatı Adrian Mutuya bildiriblər. Lakin rumıniyalı mütəxəssis oyunçunun komandada qalmasını istəyib. Çünki “ağ-qaralar”ın heyətində mərkəz müdafiəçilərinin sayı azdı. Mark Tamaş və Yuri Matias zədələnəcəyi halda meydana buraxmağa oyunçu tapılmayacaq. Bu səbəbdən də Höccətin keçidi hələ ki təxirə salınıb.
İLKİN SULTANLI




