Premyer-liqanın 5-ci turunun “Sumqayıt” – “Neftçi” matçı (0:1) Emin Mahmudov üçün ikiqat əlamətdar olub.
"Football-plus.az" xəbər verir ki, təcrübəli futbolçu assist etdiyi görüşdə 200-cü dəfə “ağ-qara” formanı geyinib. Mahmudov premyer-liqada 158 (38 qol), Azərbaycan kubokunda 17 (4 qol), avrokuboklarda isə 25 (9 qol) dəfə “Neftçi”nin şərəfini qoruyub.