Şəkil çəkdirməyə görə 1000 manat cərimə?

31.08.2023 23:09 282
Premyer-liqa / Manşet
AFFA İntizam Komitəsi bugünkü iclasında “Araz-Naxçıvan”ın köməkçi məşqçisi Əfran İsmayılovu da cəzalandırıb.

Səbəb isə gənc çalışdırıcının premyer-liqanın 4-cü turunda “Sumqayıt”la oyundan sonra rəsmi şəxslərin tələblərinə əməl etməməsi olub. Buna görə də ona biri şərti olmaqla 2 matçlıq cəza verilib. Naxçıvan təmsilçisi isə 1000 manat cərimələnib. Görəsən, İsmayılov hansı qaydasını pozub?

“Football-plus.az” olaraq, məsələ ilə bağlı səbəbkarla əlaqə saxladıq:
“Oyundan sonra uşaqlar futbolçularla şəkil çəkdirmək istəyirdi, mən də onları içəri saldım. Rəsmi şəxslər icazənin olmadığını bildirdi və mən də uşaqları ordan çıxardım. Birinci dəfə belə şey oldu. Bu da təcrübəsizlikdən irəli gəlir. Təcrübəni də səhv edə-edə qazanırıq. Futbolçu və məşqçi fərqli şeylərdi”.


CAVİD ƏLİYEV