Futzal üzrə yüksək liqanın 2023/24 mövsümündə 12 komanda iştirak edəcək

30.08.2023 17:11 240
İdman
Futzal üzrə yüksək liqanın 2023/24 mövsümündə iştirak edəcək komandaların adları və sayı müəyyənləşib.

“Football-plus.az” xəbər verir ki, turnirdə 12 komanda qalib adı uğrunda yarışacaq.

Bunlar “Şuşa”, “Metropoliten”, “Ulduz”, “STAR kargo”, “Trabzonspor”, “Timsport”, “Dəstə Ordubad”, PFL, “Xan-Lənkəran”, “Baku Fire-2”, “Dalğa” və “Bakı”dır.

Çempionat iki dövrədən ibarət olacaq və dairəvi sistemlə keçiriləcək. Mövsümə oktyabrda start veriləcək.