Qadın voleybol yığmaları arasında Avropa çempionatı bizsiz davam edir.
Günlərdi uğurusluğun səbəbləri ilə bağlı yazılar hazırlayırıq. Amma səbəbkarlar nədənsə aqressivdi. "Football-plus.az" olaraq, millimizin əslən Ukraynadan olan voleybolçusu Yelizaveta Rubanın turnirlə bağlı fikirlərini öyrənmək istədik. Lakin 28 yaşlı hücumçu mesajlarıma cavab vermədi. O, daha sonra qəribə şəkildə nömrəmi "vatsap"da bloka atdı. 6 komanda arasında 5-ci olan millinin üzvü bu hərəkətlə hər şeyi boyunlarından atacaqlarını düşünürmü? Təəssüf ki, uğur qazananda media ilə danışan, uğursuzluq olanda isə qaçan "peşəkar" idmançılarımız da var...
CAVİD ƏLİYEV
Ruban məni bloka atdı…
İdman / Manşet




