• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Orxan Əliyev Kuzmanoviçi yerə-göyə sığdırmadı

Premyer-liqa / Manşet

27-08-2023, 16:0

“Araz-Naxçıvan” premyer-liqada çıxış etməyə başladığı gündən futbol ictimaiyyətini yaxşı mənada təəccübləndirdi.

İndi Muxtar Respublika təmsilçisi oyun tərzi və mübarizə əzmi ilə seçilən komandalar sırasındadı. Baş məşqçi Azər Bağırov yerli və legioner futbolçuların vəhdətindən rəqiblərə “diş göstərən” heyət qurmağı bacarıb. Düzdü, hələ komandanın formalaşdırılması prosesi başa çatmayıb. Çalışdırıcının qəzetimizə verdiyi məlumata görə, daha bir hücumçuya ehtiyac var. Bu istiqamətdə bir neçə legionerlə danışıq aparılır.

“Qırmızı-ağlar” debütant olmalarına baxmayaraq, indiyə qədər bir neçə matçda qənaətbəxş nəticə əldə edib. Görəsən, indi “Araz-Naxçıvan”ın düşərgəsində vəziyyət necədi? Komanda hansı işlərlə məşğuldu? Daha yaxşı çıxış üçün hansı planlar qurulur?
Misli premyer-liqasının 4-cü turunda “Sumqayıt”la görüşdən öncə naxçıvanlıların futbolçusu Orxan Əliyevlə söhbətləşdik. O, yuxarıda qeyd olunanlarla yanaşı, başqa suallara da aydınlıq gətirdi.

"Hər şey qaydasındadı. Hər gün üzərimizdə çalışırıq. Azər Bağırovun rəhbərliyi altında yeni uğurlar qazanmaq niyyətindəyik. Komandada ab-hava əladı. Matçlara hazırlıq prosesi də maraqlı keçir. Deməzdim ki, “Araz-Naxçıvan”da hansısa çatışmazlıq var. İstər rəhbərlik, istərsə də baş məqşçi komandaya can yandırır. Biz də öhdəmizə düşəni etməliyik".

- Yay fasiləsindən yararlanmaq mümkün olmadı. Futbolçuların çoxu məşqlərə gec qatıldı. Sonradan transfer edilənlərin sayı da az deyil. Lakin komandada elə ruh var ki, sanki uzun müddətdi bir-birinizi tanıyırsız. Həm xarakterinizə, həm də oyun tərzinizə bələdsiz...
- Düzdü, mövsüm başlamadan öncə xeyli vaxt itirdik. Əslində fasilə dönəmindən daha məhsuldar yararlanmaq istəyirdik. Bəzi məsələlər üzündən alınmadı. Amma ümidi itirib ruhdan düşə bilməzdik. Bilindiyi kimi, konkret hədəfimiz var. Konfrans Liqasına vəsiqə qazanıb ölkəmizi Avropada layiqincə təmsil etmək istəyirik. Hansısa çatışmazlığın bizə maneə yaratmasına imkan vermək doğru olmaz. Komanda ruhuna gəlincə, futbolçularla, sadəcə, məşq zamanı görüşmürük. Şükür Allaha, münasibətlərimiz çox yaxşıdı. Bir-birimizə zaman ayırırıq. Görüşlərimiz olur, birlikdə istirahət edirik, restoranlara gedirik. Həm də məşq qrafikimiz sıxdı. Oyun tempini itirməməyə və daha da inkişaf etməyə çalışırıq.

- “Araz-Naxçıvan”da xeyli legioner var. Bu sayın artması da istisna deyil. Azərbaycan çempionatında ilk dəfə iştirak etdikləri bəllidi. Bəlkə də çoxu daha əvvəl Bakıda olmayıb. Yeni şəhərə, yeni premyer-liqa ab-havasına uyğunlaşa bilirlər?
- Əlbəttə. Yuxarıda vurğuladığım görüşlərdə onlar da iştirak edir. Hamısı çox səmimi və mehribandı. Mətbəximizi bəyənirlər, dilimizi öyrənməyə çalışırlar. Düşünürəm ki, oyunlarda da yaxşı çıxış edirlər. Qarşıdakı həftələrdə daha güclü olacaqlar.

- Legioner demişkən, Miço Kuzmanoviç xüsusilə “Qarabağ”a vurduğu qoldan sonra çoxlu fanat qazandı. “Qəbələ” ilə görüşdə də iki məhsuldar ötürmənin müəllifi oldu. Ona tərif yağdıran mütəxəssislər də var. Hətta “Sabah”, “Neftçi” və “Qarabağ” azarkeşləri sosial şəbəkələrdə klublarına müraciət ediblər ki, Kuzmanoviçi transfer etsinlər.
- Komandadan ayrılmaq istəyib-istəmədiyini bilmirəm. Ona rəsmi təklif gələndən sonra bu haqda danışmaq olar. Həm güclü, intizamlı, əzmkar futbolçu, həm də çox yaxşı mənəvi keyfiyyətləri olan insandı. Hələ tam formaya düşməyib. Kuzmanoviç daha yaxşı çıxış edəcək.

- Hələ ki “Qarabağ”la görüşdə məhsuldar ötürməylə fərqlənmisən. Qol hesabında isə heç nə yoxdu. Özün haqda düşüncələrin necədi? Oyunun səni qane edir?
- Hər matça qol vurmaq üçün çıxıram. Ötən mövsüm olduğu kimi, bu dəfə də bombardirlər siyahısına düşmək istəyirəm. Hələ ki cəhdlərim faydasız alınıb. Bunun fərqindəyəm. Çalışıram ki, komandama daha çox xeyrim dəysin.

- Ev oyunlarını Bakıda, “Dalğa Arena”da keçirirsiz. Yəqin ki, Naxçıvandan ayrı düşmək ümumi işlərə təsirsiz ötüşmür...
- Təəssüf ki, stadionumuz hələ tam hazır vəziyyətə gətirilməyib. Fəaliyyətə Bakıda davam etməyə məcburuq. Hər hansı təsirin olub-olmadığını dəqiq deyə bilmərəm. Amma evdə daha çox azarkeş tribunalarda bizi dəstəkləyəcəkdi. Düzdü, Bakıda da xeyli “Araz-Naxçıvan” tərəfdarı var. Sağ olsunlar, hər oyuna gəlib son ana qədər yanımızda olurlar. Səbirsizliklə yenidən Naxçıvan şəhər stadionunda meydana çıxacağımız günləri gözləyirik.

- “Sumqayıt”la matça az qaldı. “Gənclik şəhəri” təmsilçisi ardıcıl iki qələbə qazanıb. Rəqib xüsusilə psixoloji baxımdan yaxşı əhvalda olacaq. Fiziki cəhətdən də qaneedici oyun tərzləri var. Görüşü necə qiymətləndirirsən?
- Heç kimdən qorxmuruq. Bunu “Qarabağ”la oyunda da sübut etdik. Hər iki hissədə yaxşı oyun göstərdik. “Sumqayıt” mövsümə yaxşı başlayıb. Həm futbolçuların, həm də baş məşqçi Samir Abasovun zəngin premyer-liqa təcrübəsi var. Amma bu bizi çəkindirmir. Meydana çıxıb qələbə uğrunda mübarizə aparacağıq. Qalib gələcəyimizə inanıram. Matça çox ciddi hazırlaşmışıq. Turnir cədvəlinin yuxarı pillələrində möhkəmlənmək üçün qarşıdakı oyunlarda sərfəli nəticə əldə etməyə məcburuq.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Aktual / Ölkə futbolu

1-07-2023, 20:0

"Araz Naxçıvan" ilk transferlərini gerçəkləşdirdi

Premyer-liqa / Manşet

12-08-2023, 16:0

"Araz-Naxçıvan"da "Qəbələ" üçün səfərbərlik

Premyer-liqa / Manşet

12-08-2023, 13:0

“Səbail”dən “Araz-Naxçıvan”a yollandı

1-ci liqa / Manşet

8-06-2023, 22:0

“Araz Naxçıvan” üçün ən vacib məsələ

Premyer-liqa / Manşet

15-08-2023, 23:0

“Nəqşicahan” “Araz-Naxçıvan”ın Konfrans Liqası hədəfinə inanır

1-ci liqa

17-06-2022, 23:0

“Araz-Naxçıvan”nın qarşısına qoyduğu məqsəd böyükdü" - Azər Bağırov

Aktual
Azərbaycan klubu ilə anlaşdı, Bolqarıstana qaçdı
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
“Sabah” Maludanı 3 milyon avroya satdı!
KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
“Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
Son xəbərlər
  • Bu gün, 12:18
    "Hər şey yaxşıdı, amma davam etmək lazımdı" - Aleksey İsayev
  • Bu gün, 11:57
    Azərbaycan klubu ilə anlaşdı, Bolqarıstana qaçdı
  • Bu gün, 11:36
    ''Qalatasaray''ın sabiq üzvündən şok sözlər - ''Bunları çox az insan görmək istəyər''
  • Bu gün, 11:15
    "Kəpəz" Qətər klubuna qarşı
  • Bu gün, 10:54
    Millimiz Çexiya ilə üz-üzə gələcək
  • Bu gün, 10:33
    “Sabahın Ulduzları” turnirinin püşkü atıldı
  • Bu gün, 10:13
    Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
  • Bu gün, 09:52
    İki güləşçimiz dünya çempionatının finalında
  • Bu gün, 09:31
    "Çox keyfiyyətli və yaxşı məşqçi tərəfindən hazırlanan komandaya uduzduq" - KuPS-un baş məşqçisi
  • Bu gün, 09:00
    Türkiyə klubu 900 minə aldığı oyunçunu 15 milyona satdı!
  • Dünən, 23:27
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 23:00
    “Sabah” və Mikels 10-a çatdı
  • Dünən, 22:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 21:55
    "Belə nəticə əldə etməyimizlə qürur duyuram" - Valdas Dambrauskas
  • Dünən, 21:24
    ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
  • Dünən, 21:10
    "İmişli" yoxlama oyunu keçirdi
  • Dünən, 20:52
    "Sabah" tarixində ilk dəfə avrokubokların liqa mərhələsində! - YENİLƏNİB
  • Dünən, 20:10
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 19:42
    “Sabah” Maludanı 3 milyon avroya satdı!
  • Dünən, 18:53
    Azərbaycan dünya çempionatında ilk medalını qazandı
  • Dünən, 18:22
    "Qəbələ" portuqaliyalı vinger aldı
  • Dünən, 18:00
    KuPS - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 17:30
    KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
  • Dünən, 17:10
    “İmişli”nin akademiyasında təlim təşkil olundu
  • Dünən, 16:44
    “Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
  • Dünən, 16:13
    “Araz-Naxçıvan” Qəbələdə bu şəhərdə qəbul edəcək
  • Dünən, 15:52
    “Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
  • Dünən, 15:33
    Fiziki performansın qiymətləndirilməsi üzrə vebinar keçirildi
  • Dünən, 15:01
    "Qarabağ" və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
  • Dünən, 14:06
    Arda Gülər Mourinyo haqda nə dedi?
  • Dünən, 13:50
    “Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
  • Dünən, 13:19
    “Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
  • Dünən, 12:58
    "Səbail"in sabiq qapıçısı "Xankəndi"də
  • Dünən, 12:37
    AFFA məşqçilər üçün onlayn təlim keçirdi
  • Dünən, 11:54
    Millimiz Portuqaliya ilə üz-üzə gələcək
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 140
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 112
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 111
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə