• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Postsovet məkanı: 1 qələbə, 1 heç-heçə, 4 məğlubiyyət

Konfrans Liqası

26-08-2023, 17:0

Avqustun 23-24-də Konfrans Liqasında (KL) sonuncu təsnifat mərhələsinin ilk oyunları keçirildi. Pley-offun bir sıra sürpriz nəticələrlə başladığını demək mümkündü.

Qeyd edək ki, reytinqi ən yüksək olan ölkələrin təmsilçiləri KL-də mübarizəyə məhz pley-offdan başlayırlar. Avropanın “böyük beşlik” adlandırılan aparıcı liqalarından olan komandalar ilk matçlarda müxtəlif nəticələr göstərdilər.

“Lill” Fransada “Riyeka”nı (Xorvatiya) çətinliklə məğlub etdi - 2:1. Böyük Britaniya dueli tərəflərdən birinin böyükhesablı qələbəsi ilə nəticələndi. Şotlandiyada “Hibernian”nın qapısından 5 cavabsız top keçirən “Aston Villa”nın (İngiltərə) üç qolunu Uotkins vurdu. Unay Emerinin komandası artıq qrup mərhələsinin püşkünü gözləyə bilər. “Ayntraxt” Bolqarıstanda hesabı erkən açsa da, “Levski” son saniyələrdə məğlubiyyətdən qaça bildi. Fransalı yarımmüdafiəçi Fadiqanın 90+5-ci dəqiqədə vuduğu qol frankfurtluları qələbədən etdi. Vyanaya səfər “Fiorentina” üçün uğursuz alındı. Turnirin son finalçısı olan İtaliya komandası “Rapid”ə minimal hesabla uduzdu. İlk oyunlarda ən sürpriz nəticə isə İspaniyada qeydə alındı. Yerli “Osasuna” “Brügge”yə 1:2 hesabı ilə məğlub oldu. Çempionlar Liqasının ötən mövsümündə 1/8 finala qədər irəliləyən Belçika nəhəngi avrokubok təcrübəsinin necə əhəmiyyətli amil olduğunu pamplonalılara göstərdi.

Təəssüf ki, pley-off komandalarımızın iştirakı olmadan başladı. Təmsilçilərimiz 3-cü təsnifat mərhələsində uğursuzluğa düçar olmuşdular. “Neftçi” hər iki oyunda “Beşiktaş”a məğlub olmuş (1:3, 1:2), Bakıda “Partizan”ın qapısından iki cavabsız top keçirən “Sabah” isə Belqradda eyni hesabla uduzaraq sonda penalti seriyasında da uğursuzluğa düçar olmuşdu. Maraq üçün “Partizan”ın pley-offa da uğursuz başladığını qeyd edək. Serbiya nəhəngi Danimarkada “Nordşellann”a 5 cavabsız qolla uduzdu. “Beşiktaş” isə favorit statusunu “Dinamo”ya da göstərdi. Məlum səbəbdən Kiyevdə deyil, Rumıniyanın Buxarest şəhərində keçirilən matç istanbulluların 3:2 hesablı qələbəsi ilə nəticələndi. “Qarabağ”a Avropa Liqasının 3-cü təsnifat mərhələsində uduzan (1:2, 1:2) HİK KL-də uğursuz start götürdü. Finlandiyanın son çempionu “Farul”a Rumıniyada uduzdu – 1:2.

Ümumiyyətlə, pley-off postsovet məkanı üçün heç də yaxşı başlamadı. Bu mərhələdə sabiq SSRİ-yə daxil olan 4 ölkədən 6 komanda iştirak edir. Bu komandaların ilk oyunlardakı göstəriciləri belə oldu: 1 qələbə, 1 heç-heçə, 4 məğlubiyyət. Azarkeşlərini sevindirən heganə klub “Astana” oldu. Qazaxıstanın son çempionu öz meydanında “Partizani”ni (Albaniya) minimal hesabla məğlub etdi. Bu ölkənin digər təmsilçisi “Tobol” isə evdə “Viktoriya”ya (Plzen, Çexiya) 1:2 hesabıyla uduzdu. Ukraynanın digər klubu “Dnepr-1” isə Slovakiyada “Spartak” ilə heç-heçə etdi – 1:1. Postsovet məkanından olan daha iki komanda pley-offa uğursuz start verdi. “Ballkani” ilə Kosovoda baş tutan oyunda hesabı erkən açan BATE (Belarus) qalan vaxtda 4 top buraxaraq uduzdu. “Jalgiris” isə Litvada “Ferentsvaroş”a (Macarıstan) 0:4 hesabıyla məğlub olaraq qrupda oynamaq şansını möcüzəyə buraxdı.

pley-off, ilk oyunlar
Spartak (Slovakiya) – Dnepr-1 (Ukrayna) 1:1
Ofori, 55 – Pihalenok, 67-p.

Lill (Fransa) – Riyeka (Xorvatiya) 2:1
Jeqrova, 43. Yoro, 89 – Paşaliç, 24.

Hibernian (Şotlandiya) – Aston Villa (İngiltərə) 0:5
Uotkins, 17; 33; 48. Beyli, 42. Duqlas Luis, 74-p.

Levski (Bolqarıstan) – Ayntraxt (Frankfurt, Almaniya) 1:1
Fadiqa, 90+5 – Kolo Muani, 6.

Rapid (Avstriya) – Fiorentina (İtaliya) 1:0
Qrül, 35-p.

Osasuna (İspaniya) – Brügge (Belçika) 1:2
Avilya, 78 – Skov Olsen, 50. De Kuyper, 80.

Astana (Qazaxıstan) – Partizani (Albaniya) 1:0
Lonçar, 41.

Tobol (Qazaxıstan) – Viktoriya (Plzen, Çexiya) 1:2
Deble, 90+8-p. – Kadu, 73. Kalvax, 90.

Struqa (Şimali Makedoniya) - Breydablik (İslandiya) 0:1
Qyunnleyqsson, 35.

Jalgiris (Litva) – Ferentsvaroş (Macarıstan) 0:4
Traore, 17; 84. Varqa, 65-p. Peşiç, 75.

Nordşellann (Danimarka) – Partizan (Serbiya) 5:0
Frese, 11. İnqvartsen, 43-p.; 68-p. Villadsen, 73. İliç, 88-öz qapısına.

Dinamo (Ukrayna) – Beşiktaş (Türkiyə) 2:3
Şaparenko, 60. Voloşin, 66 - Abubakar, 40-p. Kolli, 64. Zaynutdinov, 90+5.

Makkabi (Təl-Əviv, İsrail) – Selye (Sloveniya) 4:1
Zahavi, 22-p.; 52; 72. Turceman, 90+2 – Bayde, 29.

Sepsi (Rumıniya) – Bude/Qlimt (Norveç) 2:2
Alimi, 48-p. Matey, 88-p. – Mumbanya, 19. Berq, 69.

Farul (Rumıniya) – HİK (Finlandiya) 2:1
Rivaldinyo, 59. Popsku, 83 – Sirbu, 50-öz qapısına.

Fənərbaxça (Türkiyə) – Tvente (Niderland) 5:1
Oostervolde, 33. Şimanski, 60. İrfan Can Kahveci, 63; 74. Tadiç, 90+3-p. – Uqalde, 20.

Genk (Belçika) - Adana Dəmirspor (Türkiyə) 2:1
Arokodare, 77. Munyos, 90+3 – Akbada, 47.

Gent (Belçika) - APOEL (Cənubi Kipr) 2:0
Fofana, 77. Hon Hyon Sok, 90+2.

Midtüllann (Danimarka) – Legiya (Polşa) 3:3
Juninyo, 16. Frankulino, 34; 71 - Qual, 26. Sliş, 64. Kramer, 84.

Alkmaar (Niderland) - Brann (Norveç) 1:1
Hatsidiakos, 77 – Kastro, 59.

Ballkani (Kosovo) – BATE (Belarus) 4:1
Yaşanitsa, 31. Tolyay, 58; 67. Taki, 89 – Laptev, 10.

Harts (Şotlandiya) – PAOK (Yunanıstan) 1:2
Şenklend, 9-p. – Şvab, 12-p. Jivkoviç, 75.

Cavab oyunları avqustun 31-də keçiriləcək.

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Konfrans Liqası

7-08-2023, 10:0

Konfrans Liqası: "Neftçi" və "Sabah"ın potensial rəqibləri müəyyənləşir

Konfrans Liqası

19-08-2023, 12:0

Postsovet məkanı: 11 klubdan 9-u mübarizəni dayandırdı

Konfrans Liqası

13-03-2023, 16:0

“Vest Hem” öz rekordunu yeniləməyə davam edir - TƏHLİL

Konfrans Liqası

24-08-2023, 11:0

Konfrans Liqasında pley-off start götürür

Konfrans Liqası

5-08-2023, 16:0

"Sabah" və "Neftçi"nin pley-off mərhələsindəki potensial rəqibləri

Konfrans Liqası

18-02-2023, 20:0

6 oyunda minimal hesab qeydə alındı

Aktual
KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
“Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
Son xəbərlər
  • Bu gün, 15:36
    Almaniyada klubunu dəyişdi
  • Bu gün, 15:05
    KuPS-un yarımmüdafiəçisi "Sabah"a hədə-qorxu gəldi - "Artıq nə edəcəyimizi bilirik"
  • Bu gün, 14:35
    “Qəbələ variantı hələ dəqiq deyil, seçimlərdən biridi” – azarkeşsiz komandanı orda kim dəstəkləyəcək?
  • Bu gün, 14:04
    Rəşad Sadıqov jurnalistlərin suallarını cavablayacaq
  • Bu gün, 13:33
    “Mançester Siti”dən ayrıla bilər
  • Bu gün, 13:01
    Millimiz Qazaxıstana qalib gəldi
  • Bu gün, 12:31
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Bu gün, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Bu gün, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Bu gün, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Bu gün, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Bu gün, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Dünən, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Dünən, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Dünən, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 155
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 107
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 101
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə