17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Albaniyanın paytaxtı Tiranada təşkil olunmuş UEFA İnkişaf turnirində bu gün son oyununu keçirib.
"Football-plus.az" xəbər verir ki, Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə oyun 3:2 hesabı ilə rəqibin xeyrinə nəticələnib. Millimizin qollarını 26-cı dəqiqədə Həsən Nəzərli və 39-cu dəqiqədə Ziya Şəkərxanov vurub.