Basketbol üzrə Azərbaycan kubokunun qalibi oldular

26.03.2023 18:11 222
İdman
Basketbol üzrə Azərbaycan kubokunun qalibi bəlli olub.

"Football-plus.az" xəbər verir ki, finalda "Gəncə" və NTD klubları üz-üzə gəliblər.

Sərhədçi İdman Mərkəzində keçirilən görüşün əsas vaxtı 85:85 hesabı ilə başa çatıb. Bu səbəbdən qarşılaşmada əlavə vaxt oynanılıb.

Yekunda 100:89 hesabı ilə qələbə qazanan gəncəlilər kuboka sahib çıxıblar.