"Araz-Naxçıvan" ÇL-də 2-ci oyununa çıxır

24.08.2023 10:00 264
İdman / Manşet
Çempionlar Liqasında iştirak edən "Araz-Naxçıvan" bu gün ikinci oyununu keçirəcək.

"Football-plus.az" xəbər veri ki, Azərbaycan təmsilçisi Almaniya çempionu "Yahn Regensburq"la üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 15.00-da başlayacaq.

Qeyd edək ki, “Araz-Naxçıvan” qrupdakı ilk oyununda “İstanbul Şişli”yə 9:1 hesabı ilə qalib gəlib.

24 avqust
“Jahn Regensburq” (Almaniya) – “Araz-Naxçıvan”

Salaspils. Salaspils İdman Arenası. 15.00
Hakimlər: Drazen Vukçeviç (Monteneqro), Martina Piccola (İtaliya), Arttu Kyynaeraeinen (Finlandiya)