• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Pendikspor” qədər cəsarətli olmaq arzusu - KÖŞƏ

Premyer-liqa / Manşet / Yazarlar / Konfrans Liqası

23-08-2023, 18:0

“Xoş gəlmisən, Kofi Anan, xoş gəlmisən, Anan Kofi. Çay içirsən, yoxsa kofe?” - “Bakılı oğlanlar”ın konsertlərində belə bir səhnəcik var idi.

Şən və hazırcavab oğlanlar BMT-nin o vaxtkı baş katibi Kofi Ananı məhz belə yamsılayır, izləyicilərin üzünü güldürməyə çalışırdılar. Mənim yadıma bu misralar “Neftçi”nin fransalı müdafiəçisi Ervin Koffinin oyununu izlədikcə düşür. Adamın etdiyi səhvlərin sayı-hesabı yoxdu. “Beşiktaş”la Bakıdakı oyunda İstanbul klubunun üçüncü qolunun “məhsuldar ötürməsi” məhz ondan gəldi. Elə “qara qartallar”ın ikinci oyunda vurduğu qollarda da Koffinin “əməyi” danılmaz idi.

Onun “əsrarəngiz oyununun” davamını Masazırda izlədik. Jarl Marqarita Ataa Caberin başını gicəlləndirib onu yeri sərir. Azarkeşlər bu möhtəşəm driblinqdən zövq almaqdaykən top cəmi iki dəqiq ötürmədən sonra Boyan Letiçin önünə düşür. Sağ cinah müdafiəçisi Ervin Koffi də komanda yoldaşı Caber kimi mövqeyini də, başını da itirmiş durumda olduğundan serbiyalıya mane olacaq vəziyyətdə deyil. Belədə topu rahatlayan Letiç onu qüvvətli zərbə ilə təcrübəsiz Rza Cəfərovun qorumalı olduğu yaxın küncdən tora qovuşdurur. “Sabah”ın turun mərkəzi qarşılaşmasında hesabı açdığı epizodun sadə icmalı bundan ibarətdi. Mövqeyində oynadılmayan Caberin və mövqeyində oynadılsa da, əlindən-ayağından bir iş gəlməyən Koffinin “Sabah”ın ildırımsürətli hücumuna mane ola bilmədiyini qarşılaşmanı izləyən hər kəs gördü. Türkün sözü, peki, bu adamlar nə üçün belə səhvlərə yol verir? Caber mövqeyində oynadılmadığına görə səhvə yol verir, Koffi isə çətin məqamların oyunçusu olmadığını hər imkandaca ortaya qoyur.

“Neftçi”də qərarları kim verir? Məşqçilər, yoxsa azarkeşlər? Mutunun sərəncamında milli komandamızın üzvü, tək-tük normal cinah müdafiəçilərindən olan Azər Salahlı var. Nədənsə sosial şəbəkə istifadəçiləri və “Neftçi”nin bir qrup azarkeçi yerli futbolçunu “qaraladılar”, kütləvi surətdə ona qarşı psixoloji terrora başladılar. Nəticəsi də o oldu ki, Mutu Salahlını oynatmır, Ataa Caberdən sol cinah müdafiəçisi düzəltməyə çalışır. Bərəkallah ustadına, ay Mutu. Peşəkar məşqçi belə olur? Caberin 29 yaşı var, sən bundan sonra ondan cinah müdafiəçisi necə düzəldəcəksən? Nə üçün başqaları dəfələrlə səhv edir, amma onların əsas heyətdəki yeri toxunulmazdı. Koffinin səhvə yol vermədiyi oyun yoxdu. Özü də bu səhvlərin hamısı “Neftçi”nin qapısına vurulan qolla nəticələnib. Olmaya, Gəncədəki məğlubiyyəti təkcə Salahlının rəqiblə toqquşan ayağına yazıb, özünüzü bulanıq sudan quru çıxarmaq fikrindəsiz? Belə olmaz, cənablar. Bu davranış nə vicdana sığır, nə də peşəkarlığa. Cəmi 15 gündən sonra Azərbaycan millisi çətin oyunlara çıxacaq. Amma milli komandanın vacib futbolçuların biri kimlərinsə şəxsi maraqlarına görə oyun təcrübəsindən məhrum olunur.

Hər səhv edən futbolçunun yeri baş məşqçinin yanında, yəni ehtiyat oyunçular skamyasında olsa, gərək Koffi heç meydan üzü görməyə. Hələ mən qol hesabını aça bilməyən hücumçularınızdan danışmıram. “Beşiktaş”ın qapısına yarımmüdafiəçi yol tapır, “Səbail”ə penaltidən qol vurursuz, “Sabah”la oyunda isə avtoqolla təsəlli tapıb, bir xala sevinirsiz. Diqqətinizə çatdırım ki, “Neftçi”nin iştirak ərizəsində üç əcnəbi hücumçu yer alıb. Bu mövsüm premyer-liqada ikisi autsayderlə oyun olmaqla üç qarşılaşmada meydana çıxan hücumçular hələ qol hesabını açmayıblar. Uyğunlaşma, zaman ehtiyacı kimi nağıllarla azarkeşləri uyutmağa da çalışmayın. Hərgah “Neftçi”nin dəyərli azarkeşləri də bəzi həssas məsələlərdə ağa qara, qaraya isə ağ deməklə elə Mutunun və rəhbərliyin çörəyinə yağ sürtməkdədi.

Bəli, “Neftçi” avtoqol sayəsində “Sabah”la əldə edilən bərabərlikdən az sonra Türkiyə superliqasının debütantı “Pendikspor” da “Beşiktaş”dan xal aldı. Özü də “Neftçi”nin məğlub qayıtdığı stadionda və nəticəsi vacib olan bir qarşılaşmada. Ümid edirəm ki, Mutunun bu görüşün nəticəsindən xəbəri oldu. Demişdi axı “Beşiktaş” kimi rəqiblərlə Çempionlar Liqasında qarşılaşırsan. Göründüyü kimi, “qara qartallar” heç də deyilən dərəcədə qorxulu deyilmiş. Yetər ki, onu gözündə böyütməyəsən, özün böyük olmağa çalışasan. Elə “Pendikspor” kimi. Arada onlardan öyrənin, onlar kimi cəsarətli olmağa çalışın.

AMAL

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

25-07-2023, 10:0

"Neftçi" fransalı futbolçu transfer etdi

Premyer-liqa

11-07-2022, 14:0

"Neftçi" superliqa klubuna uduzdu - YENİLƏNİB

Premyer-liqa

30-07-2023, 21:0

“Neftçi”nin zədəli futbolçusunun durumuna aydınlıq gəldi

Ölkə futbolu / Manşet

24-07-2023, 16:0

Adrian Mutu tələsmək istəmir

Konfrans Liqası

5-08-2023, 15:0

"Neftçi"nin "Beşiktaş"la oyunlar üçün iştirak ərizəsi

Premyer-liqa

27-02-2023, 22:0

Caberin durumuna aydınlıq gəldi

Aktual
“Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
“Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
“Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
“Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
Son xəbərlər
  • Dünən, 23:52
    İngilis futbolçu “2” aldı
  • Dünən, 23:40
    Yubiley qolunun müəllifi oldu
  • Dünən, 23:32
    İspaniyaya qarşı oynamayacaq
  • Dünən, 22:50
    Dünya Qadınlar Seriyasının mərhələsi yenidən Bakıda
  • Dünən, 22:09
    “Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
  • Dünən, 21:30
    Qadın güləşçimizdən tarixi uğur
  • Dünən, 21:01
    Yubiley qolunun müəllifi oldu
  • Dünən, 20:30
    “Şamaxı” yeni qapıçı transfer etdi
  • Dünən, 19:55
    İki güləşçimiz finalda - AÇ
  • Dünən, 19:17
    "Karvan-Yevlax"da ayrılıq
  • Dünən, 18:46
    Əvəzedicilər Liqası nə vaxt başlayacaq?
  • Dünən, 18:15
    “Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
  • Dünən, 17:44
    Almaniyaya qayıtdı
  • Dünən, 17:13
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:42
    Niderlandda qərar tutdu
  • Dünən, 16:11
    Messi həm də dünya çempionatının antirekordçusudu!
  • Dünən, 15:40
    ''Fənər''in sabiq üzvü ''Qalatasaray''a gələsi olmadı?
  • Dünən, 14:48
    ''Beşiktaş'' bir gündə həm qalib gəldi, həm də məğlub oldu
  • Dünən, 14:17
    ''Lill'' daha bir türkiyəli futbolçu transfer etdi
  • Dünən, 13:48
    “Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
  • Dünən, 13:17
    Belçika İspaniyanın seriyasına son qoysa da... - Merino yenə qəhrəmana çevrildi
  • Dünən, 12:47
    Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
  • Dünən, 12:15
    “Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
  • Dünən, 11:44
    "Qarabağ" 59-cu sıradadı, bəs, başqaları? - UEFA reytinqi
  • Dünən, 11:15
    Bakıda IBA Çempionlar Gecəsi keçirilib
  • Dünən, 10:45
    “Sabah”, “Qarabağ” və “Zirə” rəqiblərə işgəncə verib – bu gün ağa bizik!
  • Dünən, 10:23
    "Komandanın vəziyyəti – həm fiziki, həm də mental cəhətdən yaxşıdı” - Yuri Vernidub
  • Dünən, 10:06
    Girassi ''Fənərbaxça''ya gələsi olmadı
  • Dünən, 09:52
    Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
  • Dünən, 01:03
    İspaniya da yarımfinala çıxdı - DÇ gecəsi
  • 10-07-2026, 23:0
    “İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
  • 10-07-2026, 22:0
    "Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
  • 10-07-2026, 22:0
    Mançesterdən Madridə yollandı
  • 10-07-2026, 21:0
    Florensiyanı tərk etdi
  • 10-07-2026, 21:0
    “Torpedo”nun zəif nöqtələrini yaxşı təhlil etmişdilər" - Sumqayıtdakı darmadağını şərtləndirən səbəblər nədi?
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 137
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 135
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Oxunub: 133
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə