“Bavariya”nın müdafiəçisi Lukas Ernandes PSJ-yə keçmək üzrədi.
"Football-plus.az" xəbər verir ki, “Ekip” qəzetinin yaydığı məlumatda klublar arasında aparılan danışıqların sonuncu mərhələdə olduğu bildirilib. Paris klubunun bu transfer üçün münhenlilərə təxminən 35-40 milyon avro ödəyəcəyi xəbər verilib.
Qeyd edək ki, Fransa millisinin üzvü ötən mövsüm bütün turnirlərdə 11 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Lukas “Bavariya”da 2019-cu ildən çıxış edir.