Millimiz ilk məğlubiyyətini aldı

20.08.2023 10:38 241
İdman
Qadın voleybolçuların Avropa çempionatı davam edir.

"Football-plus.az" xəbər verir ki, millimiz turnirdə 2-ci matçına çıxıb. C qrupunda yer alan yığmamız Almaniya ilə qarşılaşıb. Gərgin keçən görüşdə təmsilçilərimiz məğlub olub - 1:3 (13:25, 22:25, 25:12, 14:25).

Qrupun digər qarşılaşmasında Yunanıstan İsveçə 3:1 hesabı ilə qalib gəlib.