HİK-in baş məşqçisinin və futbolçusunun oyunsonrası fikirlərini oxuyanda adam heyrətlənir ki, doğrudan da, “Qarabağ”ı keçmək istəyirmişlər.
Toni Korkeakunnas:
“Hər şeydən əvvəl futbolçularım üçün məyusam. Başlanğıcda qol vursaq da hakimin ədalətsiz davranışı HİK-i geri saldı. İlk sarı vərəqədə ruhdan düşdük. “Qarabağ” kimi komandaya qarşı uzun müddət eyni tempdə oynamaq çox çətindi. Rəqibə nisbətən daha az şans qazana bildik. İkinci hissədə daha bir qol hava-su kimi lazım idi. Lakin azərbaycanlılar matçın taleyini 56-cı dəqiqədə həll etdilər. Məyus olsam da, qürurluyam. Futbolçularımla fəxr edirəm. “Qarabağ”a yalnız 1 top fərqi ilə uduzmaq yaxşı göstəricidi. Hiss edirəm ki, düzgün yoldayıq. Amma bundan sonra daha da “artırmalıyıq”.
Matti Peltola:
“Delajodun yanlış qərarları və “Qarabağ”ın soyuqqanlı oyun tərzi bizi məğlub etdi. Kapitanımız haqsız şəkildə meydandan çıxarıldı. Oyun qurucumuzu erkən itirdik. Penalti qərarı isə daha gülməlidi. Biz hamımız bilirik ki, rəqibə şans verildi. Təsəllimiz odu ki, VAR-dan istifadə edilib. Yeni texnologiyaya güvənmək istəyirik”.
KƏNAN BAHADIR