• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Əfqan Talıbov çempionluğun taleyinin həll olunduğunu düşünür - AÇIQLAMA

Premyer-liqa / Manşet

4-10-2022, 21:0

8-ci turun mərkəzi qarşılaşması "Qarabağ" - "Neftçi" matçı idi.

Çoxları derbinin gərgin keçəcəyini, bəziləri isə hətta "ağ-qaralar"ın Ağdam təmsilçisinin məğlubedilməzliyinə son qoyacağını düşünürdü. Amma "köhlən atlar" rəqibini üstələdi. Bu oyunla bağlı futbol adamları nə düşünür?

Əfqan Talıbov:

"Hər iki komanda sürətli oynamaq istəyirdi. İlk hissədə "Qarabağ" fürsətlərdən istifadə edə bilməsə də, oyun üslubunu dəyişmədi. "Neftçi" rəqibin hücumlarını mərkəzdə, özü də komanda şəklində dəf edirdi. Yəni meydanın özünə aid hissəsinə çəkilməmişdi. Bunun məntiqi nəticəsi kimi də hesabı açdılar. Ancaq "ağ-qaralar" anlamalıydı ki, "Qarabağ"a qarşı sona qədər açıq futbol oynamağı və sürətli templə ayaqlaşmağı bacarmayacaq. Çünki Qurban Qurbanovun yetirmələri 60-cı dəqiqədən sonra rəqiblərinə daha çox təzyiq edərək, tədricən onları sıradan çıxarır. Onu görə də "Neftçi" ikinci hissədə mütləq müdafiədən oynamaqla rəqibi əks-hücumlarda yaxalamalıydı. İlk 20 dəqiqəni dözə bilsəydi, "ağ-qaralar" uduzmaya da bilərdi. Gürcüstan millisinin də üzvü olan təcrübəli Kverkveliyanın oyuna ehtiyatda başlaması mənə qaranlıq qaldı. Kadi, Ozobiç, Zubir kimi fərdi keyfiyyətləri ilə müdafiəni yaran futbolçuları zərərsizləşdirmək üçün gürcü müdafiəçi meydanda olmalıydı. Aqil Məmmədov təcrübəli qapıçı olsa da, həyəcanı hiss olunurdu. Buna görə də tələsirdi. Kadinin qolunda onun da mövqe səhvi vardı. Ola bilər, baş məşqçi limitə görə Brkiçi ehtiyatda saxlayıb Aqilə şans verir. Amma legioner daha soyuqqanlı çıxış edir. Qolkiperlərdə soyuqqanlılıq əsasdı. Aqilə həyəcanı üzərindən atmağını tövsiyə edirəm. "Qarabağ"ın bu gün 2 heyətlə oynayır. Komandanın iştirak ərizəsində yer alan bütün futbolçular peşəkar döyüşçü kimidi. Yəni hər an meydana çıxaraq oyunu dəyişə bilirlər. Hər mövqedə ən azı 2 futbolçu arasında sağlam rəqabət var. "Neftçi"nin futbolçuları həm 90 dəqiqə eyni tempdə oynaya bilmir, həm də ehtiyatdan meydana çıxaraq dəyişiklik etməli olanlar "Qarabağ"ın futbolçularının səviyyəsində deyil. Məsələn, "köhlən atlar"a qarşı ən yaxşı oyun keçirən və qol vuran Eddi İsrafilovun 65-70-ci dəqiqədən sonra gücü tükənir. "Qarabağ" - "Neftçi" matçını derbi adlandırmazdım. Çünki meydan sahibləri fasilədən sonra aşkar üstünlüklə matçın taleyini həll etdi. "Qarabağ" - "Sabah" oyunu daha çox derbiyə yaxındı. Çünki Murad Musayevin komandası sona qədər döyüşdü, hətta uzatma dəqiqələrində belə intriqa davam edirdi. Düşünürəm ki, mövsümün çempionu bəllidi. "Neftçi" ən yaxşı halda 2-4-cü yerlər uğrunda mübarizə aparacaq".


Tural Əsgərov:
"Oyunu derbi adlandırmazdım. Amma adına görə xüsusi matç idi. "Qarabağ" 1-ci hissədə dominant, yaradıcı oyunu ilə "Neftçi"ni üstələdi. Sadəcə, əlverişli fürsətləri dəyərləndirə bilmədi. Bir qədər bəxtsizlik də vardı. Fasilədən sonra isə "Qarabağ"ın coşduğunu gördük. 18 dəqiqəyə 3 qol vurmaqla matçın taleyini həll etdilər. Əslində daha çox qol vura bilərdilər. Sadəcə, şanssızlıq oldu. İstənilən halda "Qarabağ" çətinlik çəkmədən növbəti qələbəsini qazandı”.


ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Aktual / Manşet

8-07-2022, 15:0

Emin İmaməliyev: "Çoxları düşünürdü ki, "Lex"lə oyunda "Qarabağ" dalana dirənəcək" - AÇIQLAMA

Ölkə futbolu / Çempionlar Liqası

25-08-2022, 17:0

Tərlan Əhmədov “Qarabağ”dan fərqli oyun gözləyirmiş - AÇIQLAMA

Aktual
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Son xəbərlər
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Dünən, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Dünən, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Dünən, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Dünən, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Dünən, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Dünən, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Dünən, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 11:33
    Qarsiyaya xələf olacaq
  • Dünən, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Dünən, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Dünən, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Dünən, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • 25-07-2026, 23:0
    İngiltərə klubunda yeni oyunçu
  • 25-07-2026, 22:0
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • 25-07-2026, 22:0
    London klubunda yeni oyunçu
Daha çox
Oxunub: 211
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 103
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 99
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 93
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 88
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə