Rusiya premyer-liqasında mübarizə aparan “Axmat”ın baş məşqçisi Sergey Taşuyev qarşılıqlı razılıqla klubdan ayırıb.
“Football-plus.az” xəbər verir ki, 4 oyundan sonra 3 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşan Qroznının klubunun maraq dairəsində olan mütəxəssislərdən biri də Murad Musayevdi.
“Sabah”ın çalışdırıcısı “Axmat”ın təklifini rədd etməsi ilə bağlı xəbərlərə belə reaksiya verib: “Sabah (bu gün – red.) səhər Konfrans Liqasının oyunu üçün Belqrada uçuruq. İndi bütün fikirlərim yalnız “Sabah” və qarşıdakı oyunlar ilə bağlıdı”.
Xatırladaq ki, 39 yaşlı Musayev 2021-ci ildən “Sabah”ı çalışdırır.