“Qəbələ”nin dərdi nədi?

15.08.2023 23:20 1 941
Premyer-liqa / Manşet
Yeni mövsümə uğursuz başlayan komandalardan biri də "Qəbələ"di.

Bölgə təmsilçisi Konfrans Liqasından erkən çəkilməsi azmış kimi, premyer-liqada da bərbad çıxış edir. "Qırmızı-qaralar" yeni mövsümün ilk 4 oyununda 4 məğlubiyyətlə yadda qalıb. Ən acınacaqlı durum isə komandanın son iki oyunda qol belə vura bilməməsidi. Görəsən, Elmar Baxşıyevin yetirmələrinin zəif çıxışı nə ilə bağlıdı? Yeni transferlər hələ də komandaya uyğunlaşa bilməyib? "Football-plus.az" saytı qeyd olunan suallara aydınlaşdırmaq üçün təcrübəli menecer Tural Əsgərova müraciət etdi:

"2 çempionat oyununun üzərinə 2 avrokubok matçını əlavə etsək, hələ komanda haqqında konkret rəy vermək çətindi. Nəzərə alaq ki, "Qəbələ" faktiki yenidən formalaşıb, transferlər hələ tam uyğunlaşa bilməyib. İndidən demək olmaz ki, "Qəbələ"nin potensialı budu. Hələ çempionat marafonu qarşıdadı. Komandanın toparlanacağına və özünü yaxşı tərəfdən göstərəcəyinə inanıram. Amma indidən qiymət, konkret şərh verməyi düzgün saymıram".

ABDULLA İSMAYILOĞLU