• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Türkiyə klubları üçün qələbəli cümə axşamı

Konfrans Liqası

12-08-2023, 19:0

Avqustun 10-u Türkiyə klubları üçün uğurlu alındı: ölkəni Konfrans Liqasında təmsil edən hər üç klub cümə axşamı azarkeşlərini qələbə ilə sevindirdilər.

"Football-plus.az" xəbər verir ki, “Beşiktaş” Bakıda “Neftçi”ni 3:1 hesabıyla üstələdi. “Fənərbaxça” “Maribor”u eyni hesabla öz meydanında məğlub etdi. Doğrudu, istanbullular matçın əvvəlində bir qədər çətinə düşdülər. Rəqib onların oyununu pozmağı yaxşı bacarırdı. Hesabın açılmaması isə yerli azarkeşlərin İrfan Can Kahvecini fitə basması ilə müşayiət olundu. İsmail Kartalın çalışdırdığı komanda sloveniyalıların müqavimətini yalnız fasilədən sonra qıra bildi. Yeni oyunçulardan Rodriqo Bekao 58-ci dəqiqədə hesabı açdı, 4 dəqiqə sonra İrfan Can Kahveci ikinci qolu vurdu. Hər iki epizodda məhsuldar ötürməni meydana ikinci hissədə şıxan istanbulluların daha bir yeni futbolçusu Şimanski verdi. “Maribor” 10 dəqiqə sonra fərqi azaltsa da, matçın son dəqiqələrində Tadiç penalti ilə “Fənər”in qələbəsinə şübhə yeri qoymadı.

“Adana Dəmirspor” isə “Osiyek”i evdə 5:1 hesabıyla darmadağın etdi. Patrik Klyuvertin komandası Xorvatiyada gələn həftə keçiriləcək cavab görüşünə bir qədər rahat çıxa bilər.

3-cü təsnifat mərhələsi, ilk oyunlar
NEFTÇİ – Beşiktaş 1:3
Fənərbaxça – Maribor (Sloveniya) 3:1
Rodriqo Bekao, 58. İrfan Can Kahveci, 62. Tadiç, 90+3-p. – Straynar, 72.
Fənərbaxça: Altay Bayındır, Luan Peres, Osayi-Samuel, Rodriqo Bekao, Zayts (Krespo, 66), İrfan Can Kahveci (Kent, 83), Fərdi Kadıoğlu, İsmail Yüksək, Ceko (Batşuayi, 67), Tadiç, Kinq (Şimanski, 46).
Adana Dəmirspor – Osiyek (Xorvatiya) 5:1
Svensson, 3. Yusuf Sarı, 16. Ş.Ndiaye, 51; 67-p. Yusuf Ərdoğan, 88 – Qrjan, 73-p.
Adana Dəmirspor: Karaciç, Svensson, Rodriges, Semih Gülər (Abdulsamet Burak, 71), Manev, Belhanda, Stambuli, Əmrə Akbaba (Dorukhan Toköz, 70), Akintola (Nani, 46), Yusuf Sarı (Yusuf Ərdoğan, 80), Ş.Ndiaye (Nyanq, 87).

Oyundan sonra
İsmail Kartal, “Fənərbaxça”nın baş məşqçisi: “Matçın çətin keçəcəyini bilirdik. Rəqib təşkilatlanmış komandadı. Biz isə dərsimizə yaxşı hazırlaşmışdıq. İlk 15 dəqiqə rəqibin üstünlüyü ilə keçdi. Bekaonu orta xəttə çəkməklə təşəbbüsü ələ keçirdik. Sloveniyalılar vaxtı uzatmaq istədilər. Onların bizi kifayət qədər yorduqlarını söyləyə bilərəm. Matçın əvvəlində və gedişində üzləşdiyimiz çətinlikləri həll etmək əla oldu. Sonda qalib gəldik. Buna görə oyunçularımı təbrik edirəm. Azarkeşlərin İrfan Can Kahveciyə etdikləri etiraza gəlincə, oyunun gedişində hesabda geri düşə bilərdik. Bu futboldu. Fanatlar səbirli olmalıdılar. Onların komandaya dəstək verməsi vacibdi. Azarkeşlərin oyunun sonuna qədər komandamızı və oyunçularımızı dəstəkləməsini istəyirəm. Uzun bir marafona başlayırıq. Bütün oyunçulara ehtiyacımız var. Mən “Fənərbaxça”lıyam. “Fənərbaxça”nın tribunadan gələn övladıyam. Mənə dəstəyinə görə bütün camiəyə təşəkkürümü bildirirəm. Əvəzində klubun bazasında gecə-gündüz çalışıb sevgi və hörmətin əvəzini uğurlu nəticələr və çempionluqla vermək istəyirəm”.

İrfan Can Kahveci, “Fənərbaxça”nın yarımmüdafiəçisi: “Ötən mövsüm də belə açıqlama verməyə məcbur olmuşdum. İndi isə yeni mövsüm ərəfəsindəyik. Matç sona çatmadan etiraz etmək lazım deyil. Heç narahat olmasınlar, mənə güvənənləri bilir və görürəm. İsmail hoca ilə yaxşı ab-hava yaxalamışıq. İnşallah, mövsümün sonunda tərəfdarlarımızın həsrət qaldığı hədəfə nail olacağıq. Vurduğum qol mənim üçün o qədər də əhəmiyyətli deyil, təki komanda qalib gəlsin. Mən statistika ilə maraqlanmıram. Mənim üçün yalnız “Fənərbaxça”nın çempion olması önəmlidi”.

Patrik Klyuvert, “Adana Dəmirspor”un baş məşqçisi: “Bu axşam çox xoşbəxtəm. Komandamızın bu çıxışı indiyədək gördüyümüz işlərin bəhrəsidi. Rəqibin qamımız istiqamətində zərbə endirə bilməməsi sevindiricidi. Bu planda onlara imkan vermədik. Belə oyunu Xorvatiyada da oynasaq, növbəti mərhələyə çıxa bilərik. Ancaq oyunçularım yalnız bu gün sevinə bilərlər. Ona görə ki, hələ mərhələni adlamamışıq. Nəyisə bacarmaq üçün daha çox çalışmalıyıq. Bizi artıq bazar günü “Çaykur Rizəspor” ilə növbəti oyun gözləyir. Ona görə sabahdan bu matç üçün hazırlığa başlayacağıq ”.

Paylaş:
Digər xəbərlər

Manşet / Yazarlar / Avrokuboklar

11-08-2023, 00:0

"Qarabağ" həyəcanlandırdı, "Sabah" sevindirdi, "Neftçi"nin işi Allaha qalıb

Dünya futbolu

30-04-2022, 23:0

Penalti nöqtəsini qazdılar, amma yenə də uduzdular…

Manşet / Konfrans Liqası

27-02-2023, 21:0

Belçika mətbuatı “Gent”in qələbəsinə ciddi önəm vermədi

Avrokuboklar

13-03-2023, 16:0

Avrokuboklarda 1/8 finalların ilk oyunlarında türk klubları üçün qeydə alınan MARAQLI FAKTLAR

Dünya futbolu

30-04-2023, 14:0

Jezuş Zikodan sonra bunu bacaran ilk əcnəbi məşqçi oldu

Aktual
“Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
“Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
“Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
“Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
Son xəbərlər
  • Dünən, 23:52
    İngilis futbolçu “2” aldı
  • Dünən, 23:40
    Yubiley qolunun müəllifi oldu
  • Dünən, 23:32
    İspaniyaya qarşı oynamayacaq
  • Dünən, 22:50
    Dünya Qadınlar Seriyasının mərhələsi yenidən Bakıda
  • Dünən, 22:09
    “Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
  • Dünən, 21:30
    Qadın güləşçimizdən tarixi uğur
  • Dünən, 21:01
    Yubiley qolunun müəllifi oldu
  • Dünən, 20:30
    “Şamaxı” yeni qapıçı transfer etdi
  • Dünən, 19:55
    İki güləşçimiz finalda - AÇ
  • Dünən, 19:17
    "Karvan-Yevlax"da ayrılıq
  • Dünən, 18:46
    Əvəzedicilər Liqası nə vaxt başlayacaq?
  • Dünən, 18:15
    “Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
  • Dünən, 17:44
    Almaniyaya qayıtdı
  • Dünən, 17:13
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:42
    Niderlandda qərar tutdu
  • Dünən, 16:11
    Messi həm də dünya çempionatının antirekordçusudu!
  • Dünən, 15:40
    ''Fənər''in sabiq üzvü ''Qalatasaray''a gələsi olmadı?
  • Dünən, 14:48
    ''Beşiktaş'' bir gündə həm qalib gəldi, həm də məğlub oldu
  • Dünən, 14:17
    ''Lill'' daha bir türkiyəli futbolçu transfer etdi
  • Dünən, 13:48
    “Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
  • Dünən, 13:17
    Belçika İspaniyanın seriyasına son qoysa da... - Merino yenə qəhrəmana çevrildi
  • Dünən, 12:47
    Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
  • Dünən, 12:15
    “Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
  • Dünən, 11:44
    "Qarabağ" 59-cu sıradadı, bəs, başqaları? - UEFA reytinqi
  • Dünən, 11:15
    Bakıda IBA Çempionlar Gecəsi keçirilib
  • Dünən, 10:45
    “Sabah”, “Qarabağ” və “Zirə” rəqiblərə işgəncə verib – bu gün ağa bizik!
  • Dünən, 10:23
    "Komandanın vəziyyəti – həm fiziki, həm də mental cəhətdən yaxşıdı” - Yuri Vernidub
  • Dünən, 10:06
    Girassi ''Fənərbaxça''ya gələsi olmadı
  • Dünən, 09:52
    Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
  • Dünən, 01:03
    İspaniya da yarımfinala çıxdı - DÇ gecəsi
  • 10-07-2026, 23:0
    “İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
  • 10-07-2026, 22:0
    "Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
  • 10-07-2026, 22:0
    Mançesterdən Madridə yollandı
  • 10-07-2026, 21:0
    Florensiyanı tərk etdi
  • 10-07-2026, 21:0
    “Torpedo”nun zəif nöqtələrini yaxşı təhlil etmişdilər" - Sumqayıtdakı darmadağını şərtləndirən səbəblər nədi?
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 137
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 135
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Oxunub: 133
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə