• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Ağ-qaralar"ın duelində İstanbul təmsilçisi sevindi - REPORTAJ

Reportaj / Konfrans Liqası

12-08-2023, 17:0

Oyundan öncə "Neftçi" azarkeşlərinin bir çoxu komandalarının heç olmasa, doğma meydanda qələbə qazancağına ümidli idi.

Lakin Mutunun rəhbərlik etdiyi kollektivdə bir sıra problemlər var idi. Azər Əliyev, Eddi İsrafilov və Ömər Buludovun zədəli olması işləri korlamışdı. Məhz bu səbəbdən rumıniyalı mütəxəssis Fəridlə İsmayılı əsas heyətdə meydana buraxmağa məcbur olmuşdu. Düzdü, Mutu riskə gedərək Kennini sol, Koffini sağ cinah müdafiəçisi kimi oynada bilərdi. Lakin baş məşqçi bu gedişi etmədi.

Qarşılaşmaya hər iki komanda möhtəşəm azarkeş dəstəyi ilə başladı. Lakin daha çox hücum edən tərəf qonaqlar idi. Bunun nəticəsində 14-cü dəqiqədə Abubakar möhtəşəm hərəkətlə iki rəqibi geridə qoyaraq topu Brkiçin başının üzərindən qapıya göndərdi. Hesab açılandan sonra da "Neftçi" özünə gələ bilmədi. Flaqmanın hücum qurmağa gücü çatmırdı. "Beşiktaş" da meydanda çox güc sərf etmirdi. Sadəcə, Günəşin komandasının təcrübəsi öz sözünü dedi. 23-cü dəqiqədə Muleka fərqi artırdı. Bu dəfə qapı önünə cinah ötürməsi oldu, müdafiəçilər yuxuladı və rəqib də onların məsuliyyətsizliyindən yararlandı. İlk yarının sonlarına kimi komandanın cəhdlərinə baxmayaraq, başqa qol vurulmadı.

Mutu səhvini anlamışdı. Bu səbəbdən də fasilədə üç dəyişiklik etdi. Yeni transferlər Ozobiç, Olanare və Koffi müvafiq olaraq Fərid, Azər, İsmayılı əvəz etdi. Bu dəyişikliklərdən sonra Kenni müdafiənin soluna keçdi. Olanare sağ cinah vingeri kimi, Koffi isə öz mövqeyində oynadı. Bu dəyişikliklər "Neftçi"nin hücum potensialını atırsa da, fərqlənən "qara qartal" oldu. Koffi Salihə "əla ötürmə verərək” fərqlənməsi üçün şərait yaratdı.

Qoldan sonra Günəş əsas heyət üzvlərini meydandan çıxartdı. Türkiyəli mütəxəssis nəticənin təmin olunduğunu düşünərək oyunçularına istirahət verdi. "Neftçi" isə irəli atılmağa başladı. 79-cu dəqiqədə hesab arasında fərq azaldı. Ozobiçin dirəşərək topu ələ keçirib Lebona ötürmə verddi. Fransalının zərbəsi dəqiq alındı. Qoldan sonra flaqmanın nəzərəçarpan üstünlüyü hiss olunurdu. Əvvəlcə Eminin cərimə zərbəsindən vurduğu top dirəyə dəydi, daha sonra Ozobiçin zərbəsini müdafiəçilər xətdən çıxartdı.

Beləliklə, çətin keçən qarşılaşmada "Beşiktaş" rahat qələbə qazandı. Mutunun heyətlə bağlı səhvləri "ağ-qaralar"a baha başa gəldi. İstanbul təmsilçisi 3:1 hesablı qələbə ilə, demək olar ki, turu təmin etdi. "Neftçi"nin işi isə Allaha qaldı.

Reaksiyalar
Andre Şinyaşiki: “Mənim üçün xüsusi oyun idi, axı “Neftçi”nin heyətində avrokuboklarda debüt edirdim. Düşünürəm ki, laqiyincə müqavimət göstərdik. İlk yarıda rəqibdən çəkinirdik, ikincidə isə toparlandıq və özümüzü yaxşı tərəfdən göstərdik. Bəzi epizodlarda, sadəcə, bəxtimiz gətirmədi. Birdən artıq qol vura bilərdik. Digər tərəfdən, komandamız yenidi, bir-birimizə öyrəşmək lazımdı”.

İvan Brkiç: “Şübhəsiz, güclü və səviyyəli rəqibə qarşı oynadıq. İlk yarıda açıq-aşkar zəif oynadıq. Demək olar ki, üç qolun hamısını öz kobud səhvlərimiz üzündən buraxdıq. İkinci hissəni hesabımıza yazmaq olar. Rəqibdən yaxşı oynadıq, qol vəziyyətləri yaratdıq. Birdən artıq qol vurmağa borcluyduq. Şansa gəlincə, az da olsa, var. Qarşıdakı cavab görüşünə tam köklənmək və maksimumu göstərmək lazımdı”.

Gözdən qaçmadı
* Hər iki komandanın futbolçuları meydana əllərində ağ-qara şar olan azyaşlı uşaqlarla çıxdılar. Onların arasında “Neftçi”nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəriu Rüstəm Allahverdiyevin qızı da var idi.
* Oyundan əvvəl Günəşlə Mutu bir-birinə uğurlar diləyib, xatirə fotosu çəkdirdilər.
* “Beşiktaş” azarkeşlərinin açdığı pankartda “Bakı sizin üçün deplasman deyil” yazılmışdı.
* 44-cü dəqiədə “Beşiktaş”fanatları “Şəhidlər ölməz, vətən bölünməz” şüarlarını səsləndirdilər. 45-ci dəqiqədə isə azərbaycanlı azarkeşlər və “Forza Neftçi” eyni şüarı təkrarladı.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Konfrans Liqası

9-08-2023, 13:0

“Beşiktaş”ın “Neftçi” ilə oyuna gətirəcəyi “23-lük”

Dünya futbolu

5-08-2023, 10:0

"Beşiktaş"ın "Neftçi" ilə oyunlar üçün iştirak ərizəsi

Manşet / Konfrans Liqası

10-08-2023, 22:0

“Sabah”dan qələbə, “Neftçi” məğlub oldu - YENİLƏNİB

Konfrans Liqası

5-08-2023, 15:0

"Neftçi"nin "Beşiktaş"la oyunlar üçün iştirak ərizəsi

Premyer-liqa

6-08-2023, 16:0

“Kəpəz” - “Neftçi”: Heyətlər

Konfrans Liqası

22-07-2023, 23:0

"Neftçi" iştirak ərizəsini UEFA-ya təqdim etdi

Aktual
Mezzotero asan qol vurdu, amma vurdu da!
“Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
“Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
“Difai” 2-ci liqadan çəkiləcək?
"...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
Son xəbərlər
  • Dünən, 23:58
    "Qalib gəlmək və mövsümü yüksək əhval-ruhiyyə ilə bitirmək istəyirik" - Cəlal Hüseynov
  • Dünən, 23:17
    Hacı Əliyev milliyə məşqçi təyin edildi
  • Dünən, 22:46
    Fizuli Məmmədov "Şahdağ Qusar"da
  • Dünən, 22:35
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 22:01
    Mezzotero asan qol vurdu, amma vurdu da!
  • Dünən, 21:39
    Ayxan Abbasov: "Abdulla ilə Anton millinin ən intizamlı futbolçularıdı"
  • Dünən, 21:11
    "Şamaxı"nın yay hazırlıq planı məlum oldu
  • Dünən, 20:59
    London klubunda gözlənilməz istefa
  • Dünən, 20:28
    Dünya çempionatını buraxacaq
  • Dünən, 19:57
    Parisi tərk edəcək
  • Dünən, 19:36
    Şimali Makedoniya - Azərbaycan matçının hakimləri
  • Dünən, 19:15
    Milandan Turinə yollana bilər
  • Dünən, 18:54
    Slot harda qərar tutacaq?
  • Dünən, 18:23
    “Şəfa”nın yay hazırlıq planı bəlli oldu
  • Dünən, 17:52
    “Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
  • Dünən, 17:28
    La Liqada hamını qabaqladı
  • Dünən, 16:57
    PFL-dən “CBC Sport”un direktoruna xüsusi hədiyyə
  • Dünən, 16:26
    Bundestimdə itki
  • Dünən, 15:55
    Levi səhmlərin bir hissəsini satdı
  • Dünən, 15:24
    Dünya çempionatında oynaya bilməyəcək
  • Dünən, 14:53
    Premyer-liqada mövsümün ən yaxşı 10 qolu - VİDEO
  • Dünən, 14:32
    Liverpuldan Londona yollandı
  • Dünən, 14:11
    “Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
  • Dünən, 13:50
    Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
  • Dünən, 13:29
    Florensiyanı tərk etdi
  • Dünən, 12:58
    “Gələn il Çempionlar Liqası üçün qayıdacağıq” - “Arsenal”ın qələbə paradına milyona yaxın azarkeş qatıldı
  • Dünən, 12:37
    “Gucci” “Alpin”ə ildə 50 milyon dollar verəcək! - dəb evi də “Formula-1” dünyasına ayaq açdı
  • Dünən, 12:16
    Vembanyama niyə ağladı?
  • Dünən, 11:55
    Premyer-liqanın tarixinə düşdü
  • Dünən, 11:34
    "Şəfa" yayın ilk transferini etdi
  • Dünən, 11:13
    “Difai” 2-ci liqadan çəkiləcək?
  • Dünən, 10:52
    Şəhriyar Məmmədyarov qələbə qazandı - “UzChess Cup”
  • Dünən, 10:31
    “Veqas” final seriyasına qələbə ilə başladı
  • Dünən, 10:00
    "...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
  • Dünən, 08:31
    Xaçmazda regional turnir başa çatdı
Daha çox
Oxunub: 721
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 253
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 251
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 168
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə