"Qarabağ" ən intizamlı və ən çox künc zərbəsi qazanan komandadı

11.08.2023 17:14 266
Avropa Liqası
"Qarabağ" Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunlarından sonra ən intizamlı komandadı.

"Football-plus.az" qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Bakıda Finlandiya HİK-inə 2:1 hesabı ilə qalib gəldiyi matçda cəmi 4 dəfə qayda pozuntusuna yol verib. Bu epizodların heç birində "köhlən atlar"ın futbolçularına sarı və ya qırmızı vərəqə göstərilməyib.

İlk matçlardan sonra ən intizamsız kollektiv isə Yunanıstan "Olimpiakos"udu. Pirey təmsilçisi evdə Belçika "Genk"ini 1:0 hesabı ilə məğlub etdiyi görüşdə 14 qayda pozuntusuna yol verib və 3 dəfə sarı vərəqə ilə cəzalanıb.

Bundan başqa, Azərbaycan çempionu ən çox künc zərbəsi (9) qazanan komanda, Marko Yankoviç isə bu standart vəziyyətləri ən çox yerinə yetirən (7) oyunçu olub.

Qeyd edək ki, "Qarabağ" və HİK arasında cavab matçı avqustun 17-də Helsinkidə keçiriləcək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul