• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Dopinq-test zamanı hamilə rəfiqəsinin sidiyini vermişdi!

İdman

9-08-2023, 23:0

Bu yay basketbolda antidopinq qaydalarının pozulmasıyla bağlı bir neçə qalmaqal baş verib.

"Football-plus.az" xəbər verir ki, Braziliya yığmasının mərkəz oyunçusu Lukas Mariano qarşıdakı dünya çempionatında komandasına kömək edə bilməyəcək. Braziliyanın dopinq nəzarəti üzrə ixtisaslaşmış qurumu onun bu ilin yanvarında verdiyi nümunədə iştahı kəsən və sidikqovucu təsirə malik yasaq preparat aşkarlayıb. Lukası ikiillik diskvalifikasiya gözləyir.

Almaniya yığması da oxşar səbəbdən “Ulm”un hücumameyilli müdafiəçisi Kərim Cellouya bel bağlaya bilməyəcək. O, 12 ay ərzində üç dopinq-testi buraxıb və ikiilliyə cəzalanması gözlənilir. Hazırda Almaniya Antidopinq Agentliyi başa çatan mövsümdə “Ulm”a ölkə çempionluğunu qazanmaqda yardım edən basketbolçu ilə bağlı təhqiqatı davam etdirir. Elə Rusiyada da eyni problem var. 3х3 basketbolu üzrə dünya çempionu (U-23), “İnanomo”nun heyətində Rusiya çempionu Aleksandr Antonikovski antidopinq qaydalarını pozduğuna görə birilliyə cəzalanacaq. Oyunçu, klubu və Rusiya Basketbol Federasiyası artıq bununla bağlı məlumatlandırılıb. Onun ötən ilin aprelində verdiyi test müsbət nəticələnib.

Son vaxtlar basketbolda yaşanan ən böyük dopinq qalmaqallarını xatırladaq.

Rəfiqənin yardımı
Avropanın bir çox klubunda oynamağa imkan tapan Di Cey Kuper 2018-də şübhəli nümunə verib. Həmin vaxt “Monako” forması geyən basketbolçu “milliləşdirilmiş” oyunçu kimi Bosniya və Hersoqovina yığmasında çıxış edə bilmək üçün dopinq-testdən keçməliydi. FİBA tibb briqasasını təəccübləndirən hal yaşandı: onun təqdim etdiyi sidikdə “gHC” izləri üzə çıxdı. Bu isə qadınlar hamilə olarkən yaranan hormonlardı.

Təhqiqatı davam etdirən FİBA sonda üzə çıxardı ki, Kuper hamilə olduğunu bilmədiyi rəfiqəsinin sidik nümunəsindən yararlanıb. Basketbolçu sonradan etiraf etdi ki, mövsüm bitəndən sonra müntəzəm marixuana qəbul etdiyinə görə müstəqil şəkildə testdən keçmək istəməyib. Səmimi etirafa görə ikiillik cəza aldı, hərçənd daha uzun müddətə diskvalifikasiya oluna bilərdi.

Qeyd edək ki, cəza müddəti bitəndən dərhal sonra Kuper Avropada özünə yeni komanda tapa bildi. 2020-ci ildən bəri artıq İsrail, Meksika və Ukrayna çempionatlarında oynamağa imkan tapıb. Di Cey 2022/23 mövsümünü İsrailin “İroni Ne-Siona” komandasında keçirib, orda ən məhsuldar (10,2 xal) oyunçu olub. Ümumilikdə güclü basketbolçudu. 2016-cı ildə Avroliqada çıxış edən klublar Kuperin xidmətində maraqlı idi. O, MBA-da çıxış etsəydi, çətin ki, belə hiyləgər sxem düşünərdi. Bu liqada uzun müddət qüvvədə olan qaydaya görə, bu və ya başqa formada kannabis qəbuluna görə 25 oyunluq cəza verilir. 2019-cu ildə MBA-nın iki ulduzu – Con Kollins və Deandre Eyton buna qurban getdi. Kollins boşdayanmaya görə 610 min, Eyton osə 2,1 milyon dollar itirdi.

Odomun hiyləsi
Kollinslə Eytonun başına gələnlərdən bir il sonra MBA-da qaydalar bir qədər yumşaldıldı. Marixuana ilə bağlı ilk müsbət testə görə tənbeh və islahedici mühazirə kursu, 2-ci dəfə “ilişməyə” görə 25 min dollar cəimə, 3-cü dəfə “ilişməyə” görə isə 5 oyunluq cəza nəzərdə tutulurdu.
Düzdü, son vaxtlar MBA-da bu mübarizənin faydasızlığı ilə bağlı baxışlar üstünlük qazanmaqdadı. Pandemiya başlayandan sonra bu preparatla bağlı yarışdankənar yoxlamalar həyata keçirilməyib. 2022/23 mövsümündən etibarən MBA Amerikada kannabisi yasaq maddələr siyahısından çıxaran ilk nəhəng liqa oldu. MFL-də (Amerika futbolu) diskvalifikasiya olmasa da, cərimələr var. MLB-də (beysbol) cəza sistemi işləyir, MHL-də (hokkey) isə psixoaktiv maddələrin tətbiqinin zərərləri haqda müharizə oxumaqdadılar.

Doğrudan da, narkotiklərə münasibətdə siyasət MBA-nın daxili işi olmalıdı. ABŞ-ın federal hakimiyyət orqanları və bir çox ştatın hökuməti bu məsələni başlı-başına buraxıbsa, kommersiya qurumu nəyə görə öz pulu hesabına problemlə mübarizə aparmalıdı? Ancaq bir vacib nüans var. Basketbol qurumu özünü idman icmasının bir hissəsi sayırsa, ən azı WADA-nın yasaq maddələr siyahısında olan preparatları qəbul edənləri mühakimə etməlidi.
Hətta hansısa liqanın çərçivəsində marixuananın tam leqallaşması bütövlükdə idman üçün çox həyəcan doğuran mesajdı. WADA buna sərt şəkildə reaksiya verməlidi. Ancaq o da aydındı ki, idman dünyasında da ikili standartlar var. WADA, yəni Ümumdünya Antidopinq Agentliyi bəzi ölkələrə münasibətdə qılıncı itiləmiş halda dayanıbsa, bəzilərinə də loyal yanaşır, sərt cəzadan qaçır.

Amerikalılar bu qurumu Olimpiya Oyunlarında aldatdıqlarını da gizlətmirlər. MBA-nın ikiqat çempionu, bu liqanın tarixindəki ən qalmaqalçı basketbolçulardan biri Lamar Odom etiraf edir ki, Afinada keçirilən 2004-cü ilin Yay Olimpiya Oyunları ərəfəsində hər gün marixuana çəkirmiş, ancaq dopinq-testdən keçmək üçün hiylə işlədib: “İnternetdəki axtarış sistemlərində “süni cinsiyyət orqanları” yazıb, dopinq-testi aldatmaq imkanlarını öyrəndik. Axtarışın ardından nəhəng qara cinsiyyət orqanı sifariş etdik, ertəsi o bizə çatdırıldı. Dopinq zabiti test üçün evimə gələndə mən artıq hazır idim. Narkotik qəbul etməyən məşqçim həmin cinsiyyət orqanının daxilinə sidik yeritdi. Məndən bir neçə metr aralıda dayanan dopinq zabiti heç nədən sübhələnmədi. Nəticədə testdən uğurla keçdim və Olimpiadaya yollana bildim”.

Odomun dedikləri ilə tanış olandan sonra adam deməyə söz tapmır. Doğrudan da, idman dünyası hiyləgərliklər və çirkinliklər ilə doludu. İdmanın ilkin gözəlliyini qorumaq üçün daha sərt cəza tədbirlərinə ehtiyac var. Həmin tədbirlərin ağırlığını azərbaycanlı da, amerikalı da eyni dərədəcə öz dərisində hiss etməlidi.

Paylaş:
Digər xəbərlər

İdman

20-08-2022, 16:0

Norveç idmançıları cəzalanacaq?

Premyer-liqa

14-12-2022, 10:0

"Sabah"da antidopinq seminarı

Dünya futbolu

12-03-2022, 18:0

Dünya çempionu dopinqə gözə cəzalandı

Dünya futbolu

28-07-2022, 19:0

Orqanizmində dopinq aşkarlandı

Aktual
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Xəyal nə vaxt qayıdacaq?
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
Son xəbərlər
  • Bu gün, 19:24
    Paytaxt klubunu tərk edəcək
  • Bu gün, 18:53
    “Neftçi”nin rəqibi məlum oldu
  • Bu gün, 18:22
    "Sabah" futbolçusunu icarəyə verdi
  • Bu gün, 17:51
    “İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
  • Bu gün, 17:28
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 17:27
    "Şəfa"da daha üç ayrılıq
  • Bu gün, 17:13
    "Zirə"nin yay hazırlıq planı bilindi
  • Bu gün, 16:52
    “Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
  • Bu gün, 16:31
    "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
  • Bu gün, 16:10
    AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
  • Bu gün, 15:59
    La Liqada yeni təyinat
  • Bu gün, 15:28
    Sekidika özünə yeni klub tapdı
  • Bu gün, 14:57
    Xəyal nə vaxt qayıdacaq?
  • Bu gün, 14:26
    Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
  • Bu gün, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Bu gün, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Bu gün, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Bu gün, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 12:03
    48 milli komanda, 48 fakt
  • Bu gün, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Bu gün, 11:24
    Milli komandada yeni müqavilə
  • Bu gün, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Bu gün, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Bu gün, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Bu gün, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
  • Bu gün, 09:36
    "Neftçi" Orlean mərhələsində çempion oldu - Dünya Qadın Seriyası
  • Bu gün, 09:23
    "Qarabağ"ın rəqibi qələbə qazandı
  • Bu gün, 08:00
    Qana və Kolumbiya qalib gəldi - DÇ səhəri
  • Bu gün, 07:11
    Miller ilk matçda şans qazanmadı
  • Bu gün, 01:58
    İngiltərə inamlı qələbə ilə başladı - DÇ gecəsi
  • Dünən, 23:32
    "Səbail"in yeni rəhbəri bəlli oldu
  • Dünən, 22:50
    “Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
  • Dünən, 22:16
    “Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
  • Dünən, 21:55
    Ulduz futbolçunun 5-ci sevinci
  • Dünən, 21:49
    Mançesterdən Madridə yollandı
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 243
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 239
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 237
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə