• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Tadiç məsələsində bir andaca mən günahkar sayıldım”

Dünya futbolu

9-08-2023, 20:0

Bir müddət öncə öz istəyi ilə “Beşiktaş”ın idman direktoru vəzifəsindən ayrılan Ceyhun Kazancı “Lider Haber TV”də yayınlanan “Teleqol” verilişinin qonağı olub.

“Football-plus.az” xəbər verir ki, Kazancı istefası, Şenol Günəşlə münasibətləri və başqa məqamlar barədə önəmli açıqlamalar verib. Türkiyə mətbuatında onun Günəşlə münasibətlərinin qaydasında olmaması üzündən istefa verdiyi iddia edilmişdi. Kazancı bunları deyib:

“Hazırda klubumuzun gündəmi başqa şeylərlə məşğuldu. Çox da polemika yaratmaq istəmədim. Ona görə də ayrılarkən heç bir açıqlama vermədim. Rəsmi şəkildə ayrılsam da, yarımçıq qalan işləri davam etdirirəm. Yəni klubdan birdəfəlik qopmamışam. Bu, tam mənim tərəfimdən olan bir ayrılıqdı. Amma “Beşiktaş”ın strategiyasına uyğun hərəkət etməkdə davam edəcəyik. İstefamın Şenol Günəşlə heç bir əlaqəsi yoxdu. Bu söz-söhbəti eşidərkən heyrətə gəldim. Ümumiyyətlə, klub olaraq ünisyyət qurmaqda bir qədər zəifik. Bunu etiraf etməliyik. Amma baş məşqçi ilə heç bir sıxıntım, münaqişəm olmadı. Zatən Günəş özü də mətbuat konfransında bunu dilə gətirdi. Mənim istefa qərarımı təəccüblə qarşıladı. Ayrılmağımı istəmirdi. Günəşin səmimiyyətinə inanırammı? Bilmirəm. Bu məsələ barədə düşünməmişəm. Hər halda, 9 aydı birlikdə işləyirik. Az qala hər gün 2-3 saatı birlikdə keçirirdik. Arada qeyri-səmimilik olsaydı, gec-tez özünü büruzə verərdi. İnsan kimi də maraqlı şəxsiyyətdi. Maraqlı söhbətləri, planları var. Əvəllər onu yaxından tanımırdım. Yəni mən tərəfdən ən kiçik belə problem olmadı. Valerien İsmaelin təyinatının uğursuz olduğunu düşünmürəm. Bu, mənim şəxsi fikrimdi. Həmin vaxt bir strategiya müəyyənləşdirmişdik və bu yolla da hərəkət etməyə qərar verdik. Düzdü, həmin yol bizi heç yerə aparıb çıxarmadı. Amma bu o demək deyil ki, bu layihə uğursuz oldu. Bəlkə də yanlış seçim etdik. Amma biz İsmaelə yeni fəlsəfənin təmsilçisi gözü ilə baxırdıq. Xüsusilə sosial şəbəkələrdə bu məsələ çox şişirdildi. Ümumiyyətlə, biz sosial şəbəkəni idarə etmək baxımından da geri qalırıq. Orda hər kəsin bir hədəfi var. Fanatlar artıq komandanı dəstəkləmək əvəzinə işi “bəziləri çıxıb getməlidi” məsələsinə çevirmişdi. Son aylarda başverənlərdən sonra istefa vermək qərarına gəldim. Mən uzun illərdi “Beşiktaş”lıyam. Son dönəmdə süni bir təşviş havası yaradıldı və bunun da başlıca günahkarı kimi mən göstərildim. Sanki biz oyunçu ala bilmirik... Amma heç kim soruşmadı ki, bəs son illərdə alınan oyunçular bu komandaya necə gəlmişdi? Transfer işinin 50 min parametri var. Səudiyyə Ərəbistanı üzündən bu yay şərtlər çox dəyişdi. Bizim maddi durumumuz rəqiblərimizdəki qədər yaxşı deyil. Biz gözümüzü yumub bir oyunçuya 8-10 milyon avro verə bilmirik. Digər tərəfdən bizim o qədər də çox transferə, heyəti yeniləməyə ehtiyacımız yox idi. Komandanın onurğa sütunu bəllidi. Büdcəmizə uyğun hərəkət etməyə çalışırdıq. Sonra Duşan Tadiç məsələsində bir andaca mən günahkar sayıldım. Sanki onun “Beşiktaş”a gəlməməsi mənim üzümdən baş verdi. Futbolsevərlər arasında belə fikir var ki, çox transfer edən komanda bir addım öndə olacaq. Ümumiyyətlə, yay transfer dönəmi sanki ayrıca bir turnirə çevrilib. Mən bunu “şou liqası” adlandırıram. Sanki hamı bir-biri ilə bəhsə girib. Fanatlar da bir-birinə acıq verir. Belə şeylər mənə qəribə gəlir. Çünki sonda onsuz da kimin güclü, kimin zəif olduğu meydanda bəlli olacaq. Məsələn, “Qalatasaray”ın transferlərinin nə üçün bizim camiənin üzərində təzyiq yaratdığını anlamıram”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

26-07-2023, 23:0

“Beşiktaş”ın oyunçusu hücuma məruz qaldı, idman direktoru istefa verdi

Ölkə futbolu / Dünya futbolu / Manşet

11-05-2023, 18:0

"Sabah"la oyuna hazırlaşan "Beşiktaş"ın məşqində nələr yaşandı?

Dünya futbolu

3-12-2022, 22:0

“Beşiktaş” başqanı TFF-dən nə tələb etdi?

Aktual
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
“Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
“İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
Son xəbərlər
  • Bu gün, 10:40
    "Sabah" Portuqaliya klubundan müdafiəçi aldı
  • Bu gün, 10:27
    “...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
  • Bu gün, 10:00
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 09:41
    Amerika bizi qorxutdu – 4:1 nə idi... - DÇ səhəri
  • Bu gün, 01:06
    Kanada ilə Bosniya və Hersoqovina “sülh”ə razılaşdı - DÇ gecəsi
  • Dünən, 23:59
    Yenə B seriyasında işləyəcək
  • Dünən, 23:30
    Berqamonu tərk etdi
  • Dünən, 23:09
    “Kayzerslautern”də qalır, ya gedir? - Mahirin anasından açıqlama
  • Dünən, 22:53
    Reşfordun yolu haradı?
  • Dünən, 22:20
    Mourinyonun təyinatı rəsmiləşdi
  • Dünən, 22:05
    “Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
  • Dünən, 21:23
    Argentina yığmasında zəruri dəyişiklik
  • Dünən, 20:44
    Açılış günü həyatını itirdi...
  • Dünən, 20:21
    Konqolular üzərindən qadağa götürüldü
  • Dünən, 19:43
    Bu gün meydana çıxa bilməyəcək
  • Dünən, 19:23
    Çempion oldu, müqaviləsi yeniləndi
  • Dünən, 19:05
    AFFA-da klub nümayəndələri ilə görüş keçirildi
  • Dünən, 18:40
    Boksçularımız Dünya kubokunda mübarizə aparacaq
  • Dünən, 18:03
    Əziz Yıldırımın Kocamanla bağlı şübhələri var...
  • Dünən, 17:56
    Aslan Kərimov: “Zirə” indiki heyətlə Konfrans Liqasında 1-2 mərhələ adlaya bilər” - bəs, niyə başlamır?
  • Dünən, 17:30
    Marner: 6 dəqiqə 10 saniyəyə het-trik!
  • Dünən, 17:19
    Ən ucuz biletin qiyməti 9 min dollardı!
  • Dünən, 16:15
    Millidə həyəcan təbili... – narahatıq, Ayxan bəy!
  • Dünən, 15:44
    “Mingəçevir” Ramiz Məmmədovla bağlı qərar verdi – uğursuz mütəxəssislə yollar ayrılacaq?
  • Dünən, 15:13
    "Karvan-Yevlax" növbəti ayrılıq
  • Dünən, 14:42
    “İmişli” jurnalistlər üçün müsabiqə elan etdi, ara qarışdı
  • Dünən, 14:25
    Avstraliya Türkiyə ilə oyundan öncə məşqçisini həvəsləndirdi
  • Dünən, 14:11
    “Fikrimcə, işi pley-offa saxlamaq olmazdı” - komandadan göndərilən kapitan
  • Dünən, 13:56
    “Kaşkilya hələ ki bizim baş məşqçimizdi” – “İmişli” nə edir?
  • Dünən, 13:45
    "Sumqayıt"ın futbolçusu əməliyyat olundu
  • Dünən, 13:19
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 13:18
    Murad Musayev "Şəfa"da
  • Dünən, 13:11
    Debütantda bu təyinat cəmi 8 gün davam etdi
  • Dünən, 12:52
    UEFA-dan ABŞ-yə buraxılmayan hakimə tarixi jest
  • Dünən, 11:49
    İngiltərədə iş yerini dəyişdi
Daha çox
Oxunub: 499
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 208
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Oxunub: 206
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 200
“Ehtiram bəy bildirdi ki, ispaniyalı vəkil tapıb, problemin həlli yolunda çalışır” - "Turan Tovuz"un ilk prezidenti
Oxunub: 175
"Qara xəbər" Tovuzda işləri dayandırıb? – klubdan açıqlama
Oxunub: 175
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə