• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Qvardiol futbol tarixinin ən bahalı müdafiəçisi oldu

Dünya futbolu

9-08-2023, 18:0

Vəssalam-şüttamam, müdafiəçi Yoşko Qvardiol “Mançester Siti”yə keçdi.

“Football-plus.az” xəbər verir ki, “Leyptsiq” 21 yaşlı xorvatın transferindən 90 milyon avro qazandı, əlavə 10 milyon bonus ödəniləcəyini xəbər verən qaynaqlar da var. Müqavilə 5 il üçün nəzərdə tutulub.

Yoşko “Siti”nin bu yay üçün prioritet hədəflərindən biri idi, danışıqlar maydan bəri davam edirdi. “Leyptsiq” konkret 100 milyon tələb etsə də, futbolçunun top-kluba keçmək arzusu hədsiz böyük olduğundan qiyməti bir qədər endirmək mümkün oldu. Çox güman, indi Qvardiol doqaqlarının altında “necə gözəl soyaddı” deyə qımışır. Beləliklə, Qvardioal tarixdə ən baha müdafiəçiyə çevrildi. Aşağıdakı siyahıda məbləğlər avro ilə göstərilib.

oyunçu il hardan hara qiymət
1. Yoşko Qvardiol 2023 Leyptsiq Mançester Siti 90 milyon
2. Harri Maquayr 2019 Lester Mançester Yunayted 87 milyon
3. Matteys de Liqt 2019 Ayaks Yuventus 85,5 milyon
4. Vircil van Diyk 2018 Sauthempton Liverpul 84,6 milyon
5. Uesli Fofana 2022 Lester Çelsi 80,4 milyon
6. Lüka Ernandes 2019 Atletiko Bavariya 80 milyon
7. Ruben Diaş 2020 Benfika Mançester Siti 71,6 milyon
8. Əşrəf Hakimi 2021 Marsel PSJ 68 milyon
9. Matteys de Liqt 2022 Yuventus Bavariya 67 milyon
10. Mark Kukurelya 2022 Brayton Çelsi 65,3 milyon
İndiyə qədər heç bir müdafiəçiyə görə bu qədər pul ödənilməmişdi.
•‎ Əvvəlki rekordçu Harri Maquayr idi. 2019-un yayında “Mançester Yunayted” “Lester”ə bu futbolçuya görə 87 milyon avro ödəmişdi. İngiltərəli müdafiəçi 4 il liderliyi qorudu.

• Üç il əvvəl “Mançester Siti” Ruben Diaşa görə 72 milyon avroya yaxın pul ödədi. Hərçənd portuqaliyalılar daha çox istəyirdi. Nikolas Otamendini sövdələşməyə daxil etməklə qiyməti endirmək mümkün oldu. İndi Diaş ən baha müdafiəçilərin siyahısında yeddincidi.

• “Top-10”dan kənarda isə “Siti”nin iki oyunçusu – Emerik Lyaport və Joao Kanselo bir-birinin ardınca qərarlaşıb. Onların hər birinə görə 65 milyon avro ödənilib. Uyğun olaraq, “Atletiko” ilə “Yuventus”a.

• Maraqlıdı ki, Matteys de Liqt iki dəfə ən baha müdafiəçilərin ilk “10-luğ”una düşüb: niderlandlı “Yuventus”a transferin ardından bir ay zirvədə qərarlaşdı, ancaq sonra Maquayrın keçidi baş tutdu. “Bavariya” üçillik “Yuventus” karyerasının ardından Matteysi nisbətən aşağı məbləğə aldı.

“Siti” yenə müdafiəçiyə çox pul xərcləyir

Aşağıdakı siyahı Pep Qvardiolanın heyətin komplektləşdirilməsindəki prioritetlərini açıq-aydın göstərir. Qiymətləndirmə zamanı müxtəlif amilləri nəzərə almaq lazımdı. Qiymət təkcə futbolçunun keyfiyyətindən yox, həm də onun əlçatanlığından, başqa top-klubların maraq dairəsində olub-olmamasından asılıdı.

Qvardiolanın 2016-23 aralığında MS-də hər mövqe üçün xərclədiyi pul
1 2 3
dayaq yarımmüdafiəçisi 3 43,3 milyon
mərkəz müdafiəçisi 10 37,8 milyon
vinger 9 33,3 milyon
hücumameyilli yarımmüdafiəçi 2 26,2 milyon
cinah müdafiəçisi 9 26,1 milyon
mərkəz hücumçusu 5 24,7 milyon
mərkəz yarımmüdafiəçisi 7 11,6 milyon
qapıçı 6 11,6 milyon
1 – mövqe, 2 – oyunçu sayı, 3 - hər transferin orta qiyməti.

• Mərkəz müdafiəçisi – MS-nin transfer zamanı üstünlük verdiyi ən populyar ampluadı. Pepin dönəmində komandaya 10 belə oyunçu gəlib. Ən ucuzu “Ximnastik”dən 2 milyona alınan Pablo Maridi. Premyer-liqada heç cür möhkəmlənə bilmədi, baxmayaraq ki, “Arsenal”da da sınandı.

• Qvardiola mərkəz müdafiəçilərindən daha çox yalnız dayaq yarımmüdafiəçilərinə pul xərcləyir – 43,3 milyon avro. Ancaq bu mövqedə oynayan yalnız üç futbolçu gəlib, odu ki, müqayisə yersizdi.

• Maraqlıdı ki, Qvardiola mərkəz yarımmüdafiəçilərinə də qapıçılar qədər az xərcləyir. Yalnız yaxınlarda “Çelsi”dən 29,1 milyona alınan Mateo Kovaçiç bu mənada çərçivəni bir qədər qaldırdı.

• Bəli-bəli, Pep dönəmində cəmi 6 qapıçı transfer olunub. Sayaq: Ederson, Klaudio Bravo, Zak Steffen, Xeronimo Rulyi, Stefan Orteqa, Skott Karson.

Qvardiolanın özəlliklərinə gəlincə, topla oyun baxımından dünyanın ən güclü mərkəz müdafiəçilərindən biridi. Bundan başqa, qol vurmaq bacarığı da var. Qvardiol ən baha müdafiəçi, ən baha xorvatdı, lakin bu yayın ən baha transferi deyil.

• Deklan Rays liderliyi hələ də qoruyur – o, “Arsenal”a 116 milyon avroya başa gəlib. Deklanı yalnız bir potensial transfer qabaqlaya bilər. Təbii ki, söhbətin hansı fransalı futbolçudan getdiyini siz də bilirsiz.

• 2-ci yerdə də ingiltərəli – Cud Bellingem qərarlaşıb. “Real” ona görə 103 milyondan keçib.

• İlk “10-luq” İngiltərə premyer-liqasının bazardakı dominantlığını açıq-aydın göstərir. Yalnız üç transfer İngiltərədən kənarda gerçəkləşib: Cud, Manuel Uqartenin “Sportinq”dən PSJ-yə keçidi, Malkomun “Zenit”dən “Əl-Hilal”a gedişi.

• “Leyptsiq” bu yay artıq 220 milyon avro qazanıb: Yoşko ilə yanaşı, klubu Kristofer Nkunku (“Çelsi”yə gedib) və Dominik Soboslai (“Liverpul”a gedib) tərk edib.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

6-01-2023, 22:0

Qvardiol La Liqa yolunda

Dünya futbolu

7-08-2023, 23:0

Futbol tarixinə ən bahalı müdafiəçi kimi düşəcək

Dünya futbolu

9-06-2023, 17:0

Holann dünyada ən dəyərli futbolçudu

Dünya futbolu

6-02-2023, 21:0

Premyer-liqanın ən baha 10 transferi

Dünya futbolu

5-02-2023, 10:0

Premyer-liqanın ən baha 10 transferi

Dünya futbolu

3-07-2023, 13:0

Yayın ən bahalı transferi kimdi?

Aktual
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Son xəbərlər
  • Bu gün, 12:31
    İtaliya klubunda yeni müqavilə
  • Bu gün, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Bu gün, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Bu gün, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Bu gün, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Bu gün, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Bu gün, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Dünən, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Dünən, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Dünən, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Dünən, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Dünən, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Dünən, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Dünən, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 11:33
    Qarsiyaya xələf olacaq
  • Dünən, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 147
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 106
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 101
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə