“Milan”a keçidi rəsmiləşdi

29.07.2023 21:13 207
Dünya futbolu
Samuel Çukvueze artıq “Milan”ın oyunçusu sayılır.

"Football-plus.az" xəbər verir ki, onun İtaliya klubuna keçidi rəsmiləşib. 24 yaşlı nigeriyalı yarımmüdafiəçi ilə 5 illik müqavilə bağlanılıb. Samuel yeni komandasında “21” nömrəli formanı daşıyacaq.

Keçidin “Vilyarreal”ı nə qədər irəli saldığı haqda rəsmi məlumat verilmir.

Xatırladaq ki, İspaniya klubunun yetirməsi olan Çukvueze əsas komandada 2018-ci ildən çıxış edirdi.