• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Yalnız Mutu “çempionluq uğrunda mübarizə aparacağıq” dedi

Premyer-liqa / Manşet

7-08-2023, 12:0

Futbol üzrə ölkə çempionatında fasilə başa çatdı. Mövsümlərarası dövrdə az qala bütün klublarda heyət və idarəçilik baxımından ciddi dəyişikliklər olub.

"Football-plus.az" olaraq ənənəmizə sadiq qalaraq, yeni mövsümlə bağlı anket-sorğu keçirdik. Elitada mübarizə aparan bütün komandaların çalışdırıcılarına konkret 4 sualla müraciət etdik:


1. Təlim-məşq toplanışından razı qaldız?
2. İstədiyiniz transferləri reallaşdıra bildiz?
3. Komanda çempionat neçə faiz hazırdı?
4. Komandanın qarşısına hansı hədəf qoyulub?


Qurban Qurbanov (Qarabağ)
1. Komandamın hazırlığından razı qaldım. Futbolçularım hər məşqdə istəkli görünürdülər.
2. İstədiyim oyunçular transfer edildi.
3. Komanda şəklində 80 faiz hazır olduğumuzu deyə bilərəm.
4. Həmişə olduğu kimi - bütün turnirlərdə daha çox irəli getmək.

Murad Musayev (Sabah)
1. Təlim-məşq toplanışından razı qaldım. Rəhbərlik Avstriyada yaxşı hazırlıq keçməyimiz üçün hər cür şərait yaratmışdı. Meydançalar, yoxlama oyunlarında qarşılaşdığımız rəqiblər yüksək səviyyəli idi. Ümid edirəm ki, bu toplanışın bəhrəsini görəcəyik.
2. Yay fasiləsində 5 futbolçu transfer etdik. Bəzi oyunçular komandaya daha tez, bəziləri isə bir qədər gec qoşuldu. Bu da onların komandaya uyğunlaşma prosesinə təsir göstərir. Ümumilikdə heyətə cəlb etdiyimiz futbolçular məhz komandada görmək istədiyim oyunçulardı. Daha bir transfer etməyi planlaşdırırıq.
3. Yaxşı hazırlıq keçmişik. Lakin hazırlıq səviyyəmizi hansısa rəqəmlə, faizlə ifadə etmək istəmirəm.
4. Əsas məqsədimiz addım-addım irəliləmək, öz oyunumuzu daha da təkmilləşdirməkdi.

Adrian Mutu (Neftçi)
1. Təlim-məşq toplanışı zamanı hələ komandaya gəlməmişdim. Bu haqda nəsə demək düz çıxmaz.
2. Transfer edilən futbolçular mənim istəyimə uyğun oldu.
3. Çempionata tam hazırıq.
4. Yeni mövsümdə yalnız çempionluq uğrunda mübarizə aparacağıq.

Elmar Baxşıyev (Qəbələ)
1. Məhsuldar, çatışmayan cəhətlərimizi görmək və komplektləşmə baxımından yararlı təlim-məşq toplanışı keçdik. Razı qaldığımı deyə bilərəm.
2. İstədiyim transferləri rellaşdıra bildim. Amma heyətin daha da genişlənməsinə ehtiyac var.
3. Faizlə dəyərləndirməzdim. Bunu qarşıdakı həftələr göstərəcək.
4. Həmişəki kimi qarşımıza hər oyunda istədiyimiz oyunu nümayiş etdirməyi və uğurlu nəticə qazanmağı hədəf qoymuşuq.

Rəşad Sadıqov (Zirə)
1. Təlim-məşq toplanışımız ümumilikdə yaxşı keçdi. Təbii ki, yeni qoşulan futbolçularımızın heyətə daha erkən cəlb olunmasını istəyərdik. Yeganə məyus edən məqam o oldu ki, 4-5 futbolçumuz zədə aldı, hazırlıq proqramından bir qədər uzaq düşdü. Futbolçularımız istəkli şəkildə təlim-məşq toplanışını keçirdi.
2. Transfer məsələsi elədi ki, fikrimcə, heç bir komanda istədiyi seleksiyanı tam həyata keçirə bilmir. İstərdik ki, futbolçular komandamıza daha tez qoşulsun. İki futbolçu heyətə iki gün əvvəl qoşulub. Bəzi mövqelər qalıb ki, oranı da gücləndirmək istəyirik. O yöndə danışıqlarımız davam edir.
3. Faizlə qiymətləndirsək, yəqin 60-70 deyərdim. Yoxlama oyunları öz yerində, amma rəsmi oyunların effekti başqadı. Ona görə də yəqin ki, komanda 3-4 tur sonra tam formasını bərpa edəcək.
4. Həm kollektiv, həm də məşqçi olaraq, qarşımıza hədəflər qoymuşuq. Görünən odu ki, qarşıdakı mövsüm son illərin ən çətin çempionatı olacaq. Bütün komandalar güclənir, transferlər edir. Təbii ki, istəyirik mövsümün sonunda ölkəmizi avrokuboklarda təmsil edək. Kubok və ya premyer-liqa vasitəsilə də ola bilər. Hər şeyi zaman göstərəcək. Amma avrokuboklarda oynamaq istəyirik.

Ayxan Abbasov (Turan Tovuz)
1. Çempionatdan əvvəl təlim-məşq toplanışı vacibdi. Çünki futbolçular yay mövsümündə çox istirahətdə olurlar. Bu da oyunçuların özünə gec gəlməsinə şəriat yaradır. Şükürlər olsun, komandamızda ciddi zədələr olmadı.
2. Deyə bilmərəm ki, istədiyim oyunçuların hamısını gətirmişəm. Çünki elə futbolçular var ki, danışıqlar gedir, amma son anda hansı səbəbə görə alınmır. Hazırkı transferlərdən razıyam. İnanıram ki, yeni mövsümdə onların bizə bizə köməyi dəyəcək.
3. Bu suala dəqiq cavab verə bilməyəcəm. Elə olur ki, mövsümün ortasında komandada eniş baş verir.
4. Hədəfimiz inkişaf eləmək, güclü komandalarla başabaş mübarizə aparmaq, çoxlu xal yığmaqdı. Bunun üçün də vaxt tələb olunur. Əsas olanlardan biri də heyəti qorumağımızdı.

Samir Abasov (Sumqayıt)
1. Təlim-məşq toplanışının tam ürəkaçan keçdiyini deyə bilmərəm. Çünki bizdən asılı olmayan müyyən səbəblərdən transferlərimiz gecikdi, yeni oyunçular komandaya gec qoşuldu, tam şəkildə, birlikdə hazırlıq keçə bilmədik. Amma hansı oyunçular ki, əvvəldən bizimlə idi, onlar fiziki cəhətdən tam hazırdı.
2. Belə deyim ki, reallaşan bütün transferlər istədiyimiz oyunçulardı. Amma təəssüf ki, istədiyimiz bütün oyunçuları transfer edə bilmədik. Burda müyyən nüanslar rol oynadı. Təəssüf ki, bizdən, klubdan asılı olmayan səbəblər var. Bəzən oyunçu ilkin razılığını bildirsə də, son anda fikrini dəyişir, bəzən ailəsi razı olmur, bəzən hansısa, futbolu daha yüksək səviyyədə olan ölkədən təklif alır, bir sözlə, bu və ya başqa səbəblərdən keçid alınmaya bilir. Biz də belə problemlərlə qarşı-qarşıya qaldıq, bir az vaxt itirdik. Amma danışıqlarımızın davam etdiyi oyunçular var, yeni gələnlər olacaq.
3. Faiz nisbəti ilə nəsə desəm, düzgün olmaz. Yuxarıda qeyd etdiyim səbəbləri göz önünə alsaq, deyə bilərəm ki, çempionatın ilk turlarına tam hazır deyilik. Amma oyundan-oyuna, zamanla formaya düşəcəyimizə inanırıq.
4. Hədəflərimiz ondan ibarətdi ki, bu mövsümü ötənilkindən daha uğurlu, daha maraqlı keçirək. Ötən il yaşadığımız çətinlikləri bu il yaşamaq istəmirik. Əvvəlcə yerimizi sağlamlaşdırıb daha sonra yüksək yerlər uğrunda mübarizə aparan komanda qurmaq istəyirik.

Azər Məmmədov (Kəpəz)
1. Təlim-məşq toplanışından tam razı qaldığımı deyə bilmərəm. Lakin məni sevindirən məqamlar da oldu. Bakıda keçdiyimiz hazırlıqda hava çox isti idi. Amma uşaqlar istəkli görünürdülər.
2. Büdcəmizə uyğun transferlər elədik. 3-4 futbolçu da heyətimizə qatmağı planlaşdırırıq. Onlardan ikisi və ya üçü legioner olacaq.
3. Düşünürəm ki, komandamız çempionata 70 faiz hazırdı. 3-4 turdan sonra daha yaxşı olacağıq.
4. Hədəfimiz premyer-liqada qalmaq, mübariz, döyüşkən və mehriban kollektiv yaratmaqdı.

Şahin Diniyev (Səbail)
1. Təlim-məşq toplanışından razı qaldım. Futbolçularımızın işə həvəslə yanaşması məni sevindirdi. İstədiyimi oyunçulardan ala bildim.
2. Deyərdim ki, heç bir məşqçi etdiyi transferlərlə razılaşa bilməz. Daha yaxşı futbolçuların keçidini istəyərik. Düşünürəm ki, imkanımız daxilində lazım olan mövqelərə transferlər elədik. Bundan sonra da bir futbolçu ilə güclənmək istəyirik.
3. Bu sualı sevmirəm. Mən kollektivi faizə bölməyi xoşlamıram. "Səbail" bu mövsüm yaxşı səviyyədədi. Düzdü, çatışmazlıqlar olacaq, lakin irəlidə hər şey həllini tapacaq. Bilirsiz ki, komandamızda olan oyunçular yenidi və onların bir-birinə uyğunlaşması vaxt alacaq.
4. Hədəfimiz olmasa, işləyə bilmərik. Məqsəd ilk “6-lıq”da olmaqdı.

Azər Bağırov (Araz-Naxçıvan)
1. İstədiyimiz kimi təlim-məşq toplanışı keçdiyimizi deyə bilmərəm. Çünki komanda tam deyildi. Qəbələdəki birhəftəlik hazırlıqla kifayətlənə bildik. Yoldaşlıq görüşləri də az keçirdik. Bu da xeyrimizə olmayan amildi.
2. İstədiyimiz transferləri edə bilmədik. Bunun da bəzi səbəbləri var idi. Ümid edirəm ki, gələcək illərdə "Araz-Naxçıvan" adına yaxşı transferlər ediləcək. Köklü kluba daha yaxşı futbolçuları cəlb etmək asan olur. Gəlmək istəyən oyunçular əvvəlcə komandanın tarixinə, nəticələrinə və cari durumuna baxır.
3. Bir qədər əvvəl dediyim kimi, məhdud sayda yoldaşlıq oyunları keçirdiyimiz üçün yeni mövsümə tam hazır olduğumuzu söyləyə bilmərəm.
4. Hədəfimiz yaxşı komanda formalaşdırmaq və ilk sıralarda olmaqdı.

CAVİD ƏLİYEV

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

5-08-2022, 19:0

"Yeni mövsümə 75 faiz hazırıq" - Murad Musayev

Ölkə futbolu

5-08-2022, 22:0

"Çempionata tam hazır deyilik" - Mahmud Qurbanov

Ölkə futbolu

5-08-2022, 23:0

"Qarşıdakı illərdə bizə daha asan olacaq" - Ayxan Abbasov

Ölkə futbolu / Manşet

5-08-2022, 18:0

"Lazımi transferləri edə bildik" - Elmar Baxşıyev

Ölkə futbolu / Manşet

5-08-2022, 16:0

"Lazım olan transferləri həyata keçirmişik" - Regekampf

Ölkə futbolu / Manşet

5-08-2022, 15:0

"Çempionata müəyyən səviyyədə hazırıq" - Rəşad Sadıqov

Aktual
Ferrer avrokuboklarda debüt etməyib, Radina və Kaprali isə ortababdı
"Sabah"ın səfər matçı üçün satılan bilet sayı bilindi - yüzlərlə yer hələ boşdu
“Nyu Seynts” “Sabah”ın gücünə şübhə etdi! – 5:2, 4:1 və ya 3:0 hesablı qələbə arzusu...
“Sabah” cavab oyununun yayınıyla bağlı razılığa gələ bilmir! - tələb 50 min, təklif 9 min avro?
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
Son xəbərlər
  • Bu gün, 15:14
    Ferrer avrokuboklarda debüt etməyib, Radina və Kaprali isə ortababdı
  • Bu gün, 15:00
    “Sabah”, “Zirə” və “Qarabağ” səfərdən vəsiqə ilə qayıda biləcək? - YENİLƏNİR
  • Bu gün, 14:53
    "Sabah"ın səfər matçı üçün satılan bilet sayı bilindi - yüzlərlə yer hələ boşdu
  • Bu gün, 14:22
    Hansı nəhənglər finalın astanasında büdrəyəcək? - DÇ-nin AFİŞASI
  • Bu gün, 13:51
    “Nyu Seynts” “Sabah”ın gücünə şübhə etdi! – 5:2, 4:1 və ya 3:0 hesablı qələbə arzusu...
  • Bu gün, 13:20
    "Vestri" "Qarabağ"la oyundan əvvəl darmadağın oldu
  • Bu gün, 12:25
    PFL Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirdi
  • Bu gün, 11:54
    “Sabah” cavab oyununun yayınıyla bağlı razılığa gələ bilmir! - tələb 50 min, təklif 9 min avro?
  • Bu gün, 11:23
    Millimiz İrlandiya ilə qarşılaşacaq
  • Bu gün, 10:52
    Vernidub çempion olmaq istəyir, bəs "Neftçi"? - YAZI
  • Bu gün, 10:31
    "Hesab edirəm ki, tam hazırıq" - Yuri Vernidub
  • Bu gün, 10:00
    Yusif İmanov "İmişli"də
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
Daha çox
Oxunub: 220
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 202
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 157
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 144
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 137
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə