Millinin rəqibləri bəlli oldu

24.01.2023 16:14 244
İdman
Avqustun 15-dən sentyabrın 3-dək Belçika, İtaliya, Almaniya və Estoniyanın ev sahibi olacağı Avropa çempionatında mübarizə aparacaq qadın voleybolçulardan ibarət Azərbaycan millisinin oyunlarının təqvimi təsdiq olunub.

Football-plus.az xəbər verir ki, final mərhələsində yığmamızın yer aldığı C qrupuna Almaniya ev sahibliyi edəcək. Komandamızın rəqibləri isə meydan sahibləri ilə yanaşı, Çexiya, Türkiyə, Yunanıstan və İsveç olacaq.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsində 24 komanda, 4 qrupda mübarizə aparacaq. Qrupda ilk dörd yeri tutacaq komandalar növbəti mərhələyə yüksələcəklər.


Oyunların təqvimi (C qrupu)
(Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib):

18 avqust
23.00 Azərbaycan - Çexiya

19 avqust
23.00 Azərbaycan - Almaniya

20 avqust
23:00 Türkiyə - Azərbaycan

22 avqust
20.00 Azərbaycan - Yunanıstan

23 avqust
20.00 İsveç - Azərbaycan